Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
8 avqust 2024 03:45
336

16 yaşlı dizayner.

Başlanğıc

Əslində hər şey mənim çox kiçik yaşlarımda anamın mənə "Səni moda dizayneri kimi görmək istəyirəm ." Deməsi ilə başladı .Uşaqlıqdan bildim biləli rəsm çəkmişəm .

Anamın təklifi ilə 13 yaşımda Instagramda rəsm hesabı açdım .Başladım rəsmlər paylaşmağa və əlimdən gəldiyincə aktiv olmağa ki ,insanlar əsərlərimi görsünlər .İlk başlarda bəzi insanların qarşılıqsız rəsmini çəkməyə başladım .Getdikcə özümə bir kütlə yığırdım ,amma o kütlənin içində əlbəttə ki ,toxic olanlar da var idi .Bəziləri məni həvəsdən salmaq üçün əlindən gələni edirdi ,amma bu mənim üçün o qədər də əhəmiyyət kəsb etmirdi çünki uğura gedən yolda bunların olacağını bilirdim .Artıq sifarişlər qəbul edərək 13 yaşımda pul qazanmağa başlamışdım .Bir çox rəsm yarışlarında Respublika üzrə 1-cilik və 2-ciliklərim və bəzi layihələrdə fərqlənmələrim olub .Bir müddət sonra həmin dövrlərdə "GİKM" də ən gənc könüllü olaraq 14 yaşında fəaliyyətə başladım . Gözəl bir təcrübə idi .Əlbəttə bu rəssam tərəfim idi ,artıq geyim dizaynları da çəkirdim və bəzi butiklər mənimlə iş birliyi etmək istəyirdi .Moda dizaynla əlaqədar seminarlarda iştirak etmişəm .Ancaq yenə də mənə qarşı iyrənc rəylər gəlirdi . Anam-atam yaşda insanlar rəylərdə savadsızcasına sözün əsil mənasında ağıllarına gələni yazırdılar .Ancaq əlbəttə ki ,mənə dəstək verənləri görməzdən gələ bilmərəm .

Azərbaycanda bəzi sahələr var ki, daha məşhurdular və o işlərə hər kəs yönəldilir .Bir ara dizaynerlikdən ətraf mühit məni uzaqlaşdırdı .Hüquqa yönəldim .Hüququ sevirəm ,amma 1 il sonra yenidən dizayn sahəsinə qayıtdım çünki öz işığımı bilə bilə söndürmək istəmədim .Bu müddət ərzində mənim ən böyük dəstəkçim anam idi .

Hal hazırda 16 yaşım var və artıq tikilmiş 2 dizaynım var .Aşağıda dizaynlarımın bir neçəsinə göz ata bilərsiniz .

Diqqətiniz üçün təşəkkür edirəm :)Son deyəcəyim odur ki , həqiqətən insan içindəki səsi dinləməlidir .Çünki zamanla bizim üçün nəyin doğru olduğu daha da üzə çıxır💙 

 @shahana_asgarzadeh_  Instagram səhifəmdir ,orada digər dizaynlarıma və rəsm əsərlərimə baxa bilərsiniz✨


5
Müəllif
Şərhlər