Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
3 ildən artıq MetaVerse təcrübəm, nəyə yarayır bu VR? Meta Quest 2 almağa dəyərmi?
4 mart 2024 04:07
435

3 ildən artıq MetaVerse təcrübəm, nəyə yarayır bu VR? Meta Quest 2 almağa dəyərmi?

MetaVerse-in yerli sakinindən salamlar! Məni sosial media hesablarımdan izləyənlər yəqin ki, texnologiyaya olan həvəsimi bilir. Sosial media hesabımı açdığım çox erkən vaxtlardan burada daim müəyyən keyfiyyəti qoruyaraq , öz şəxsi təcrübələrimi paylaşmaqla faydalı olmağı məqsəd qoymuşam. Bu proses hər nə qədər müəyyən səbəblərdən davamlılığını qoruya bilməsə də, son zamanlarda daha aktiv və davamlı paylaşımlar etməyi özümə hədəfləmişəm. . Bu girişi nəyə görə etdim? Çünki mükəmməliyyətçiliyin ucbatındanindiyəcən haradasa üç ildən çoxdur ki, istifadə etdiyim VR eynəyim Quest 2 barəsində heç ətraflı danışmamışam. Nə isə, bir az uzun giriş oldu, amma sizin üçün faydalı və maraqlı olacaq bloq yazımıza da belə bir başlanğıc etmiş olduq. 

VR ilə ilk tanışlığım

Axundov kitabxanasında
Axundov kitabxanasında

Dediyim kimi, texnologiya gündəmi ilə uşaq yaşlarımdan maraqlanırdım. Ələxsus xarici mənbələrdən. Yadıma düşür, hələ Oculus şirkəti Meta-ya (O vaxtkı Facebook-a) satılmamışdan ilk kommersiya məqsədi ilə çıxarılan Rift modelinin uğurundan bütün dünya danışırdı.

Oculus Rift
Oculus Rift

Ona qədər VR anlayışı insanlar üçün bu qədər əlçatan olmamışdı. İlk dəfə bu qurğu istifadəçiyə kontroller sayəsində virtual aləmlə əlaqədə olmaq fürsəti vermişdi. Əlçatan deyəndə, qiyməti həmin il üçün (2016) çox da əlçatan idi deyə bilmərik. Vision Pro kimi 3500 $ qiymətində olmasa da, 600 $ yenə də hamının rahatlıqla ödəmək istədiyi bir qiymət deyildi. Hələ nəzərə almaq lazımdır ki, bu Rift modeli tam ideal versiya sayılmırdı. İstifadə üçün çox güclü parametrləri olan oyun kompüterinə sahib olmaq və virtual aləmdə hərəkəti təmin etmək üçün otağı sensorlarla təchiz etmək lazım idi. Elədir, o vaxtlar indiki Vision Pro kimi başlığı taxıb şəhərə çıxa, istədiyin yerdə, istədiyin işlə məşğul ola bilməzdin. Limitləmələr var idi…


HTC Vive və Oculus Quest 2 (Paylaşılmayan icmal videosu :D)
HTC Vive və Oculus Quest 2 (Paylaşılmayan icmal videosu :D)

Amma üstündən çox keçmədi ki, həmin Oculus bizi əlavə naqillərdən və sensorlardan qurtararaq VR-ın bugünki halını məşhurlaşdırdı! 2019-cu ildə Quest modeli təqdim olundu. Beləcə, VR eynəklər portativ, azad qurğulara çevrildi. Quest yüngül olmaqla bərabər, həm də öz prossesoru və əməliyyat sisteminə sahib idi. Buna görə, VR eynəyi əlavə heç bir alətə qoşmadan birbaşa işlətmək mümkün idi. 

Mən və Quest 2
Mən və Quest 2

Hələ bu harasıdır? Artıq kontrollerlərə də ehtiyac qalmamışdı. Çünki üstündəki 4 kamera sensoru jestləri anlamağa başlamışdı. Artıq əlləri istifadə edərək virtual aləmlə “fiziki” təmas etmək mümkün idi. Əşyaları götürüb yerini dəyişə bilir, həmin aləmdə baş verən proseslərə təsir edərək daha immersiv təcrübələr yaşaya bilirdik. 

Bax bu anda VR mənim üçün daha maraqlı olmağa başladı. Xatırlayıram, sevdiyim texnologiya influenserləriində bu cihazın məharətlərini izləyir, VR-a daha çox can atırdım.

Çox keçmədi ki Oculus yeni modelini – Quest 2-ni bazara çıxartdı. Daha təkmil və güclü model Snapdragon-un xüsusi XR2 prosessoru ilə təchiz edilmişdi. Xüsusi ilə də ekranda edilən təkmilləşdirilmələr diqqət cəlb edirdi. Bütün texnobloqerlər modeli test edir, tərifləyirdilər. Ad günüm də yaxınlaşırdı, bu mənim üçün əla fürsət idi. Atamı razı sala bilib, ad günümə ilk VR eynəyimi sifariş verdim.

Meta (Oculus) Quest 2-im
Meta (Oculus) Quest 2-im

O vaxtlar baza model 64 GB yaddaş həcminə sahib idi. Bir müddət sonra, bu yaddaş seçimi çox istifadəçilər tərəfindən narazılıqla qarşılandı və satışa minimum 256 GB-lıq versiyalar çıxdı. VR başlığımı dəyişməyim elə də çox vaxt almadı. Bir neçə ay sonra daha böyük yaddaş həcmi olan bu modelə keçdim. 

Qutu açılışı və ilk təəssürat videosu:

Artıq bu aləti işlətmək üçün Meta (FB) hesabınız olmalı deyil, video çəkildiyi tarixdə belə bir tələb var idi.

Quest 2-i bir müddət istifadə etdikdən sonra, necə işlədiyi və hansı oyunları dəstəklədiyini göstərdiyim videonu hazırladım. İlk videodan daha maraqla alınsa da, mükəmməlliyyətçiliyimdən dolayı paylaşmamışdım. Üstündən hardasa 3 il keçir və mən videonu bu məqalə ilə birgə paylaşıram. Xoş seyirlər! Mənə elə gəlir, zövq alacaqsınız videodan!

Günü bu gün Quest üçün hələ də çox maraqlı və keyfiyyətli oyunlar çıxır. Çox məşhur qorxu oyunu Resident Evil-in kompüter oyunu bu platforma üçün portlandı. Ubisoft-un məşhur oyun seriyası Assasins Creed oyunu da bu yaxınlarda Quest üçün buraxılıb. Üstəlik GTA San Andreas-ın da Quest üçün xüsusi versiyasının hazırlandığını Mark Zuckerberg özü açıqlamışdı. Daha onlarla uğurlu oyun bu platformanı “diri” saxlaya bilib.

Bu VR qırıq laptopuma da ekran oldu 

Bundan öncə işlətdiyim ROG Strix oyunçu laptopumu çox uzun müddət ekranını təmir etmədən, VR ilə işlədirdim. Qəribə səslənir elədir? Vallah, nə yalan deyim, təmir ucuz başa gəlməyəcəkdi deyə noutbuku VR işlədirdim. Əlavə etdiyim böyük, geniş virtual ekranları istədiyim yerə yerləşdirir, başımdakı VR-ı heç çıxartmadan iş yoldaşlarımla danışıb, rahat söhbət də edə bilirdim. Çünki qurğu özü işləyə bilməsi üçün kameralarından aktiv şəkildə istifadə edir. Həmin kameralardakı görüntü virtual aləmlə real aləm arasında körpü yaradırdı.


İstər əylən, istər işlə!

Quest 2 VR eynəyimi müxtəlif məqsədlər üçün istifadə edirəm. İstər əyləncə, istər iş üçün. 16 dekabr 2020-ci ildən bəri mənə xidmət göstərən bu VR eynəyinin hələ də aktual olduğunu deyə bilərəm. Model bütün oyunları dəstəkləyir və gündəlik istifadə də heç bir çətinlik yaratmır. Yeni Quest 3 və Quest Pro modellərinə görə Meta bu eyni ən ucuz qiymətə satmağa davam edir. 

Əgər siz də bu eynəyixüsusi suallar varsa mənə birbaşa Instagram səhifəmə yaza bilərsiniz! Özünüzə yaxşı baxın, hələlik!
6
Müəllif
Şərhlər