Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Açıq Məlumatlar: 5 Ulduz ★ Modeli.
21 dekabr 2024 12:36
68

Açıq Məlumatlar: 5 Ulduz ★ Modeli.

 Açıq Məlumatlar hər kəsin sərbəst şəkildə əldə edə, istifadə edə və yenidən paylaşa biləcəyi məlumatlardır. Bu məlumatlar adətən dövlət qurumları, özəl təşkilatlar və ya fərdlər tərəfindən təqdim olunur. Onlar müxtəlif formatlarda (mətn, rəqəmsal, qrafik, coğrafi və s.) mövcud olur və hökumət xərcləri, ətraf mühitlə bağlı məlumatlar, səhiyyə statistikası, nəqliyyat məlumatları kimi geniş mövzuları əhatə edə bilər. Açıq Məlumat cəmiyyətin daha şəffaf, məlumatlı və innovativ olmasına töhfə verir.

Açıq Məlumatlar cəmiyyətin daha şəffaf, məlumatlı və innovativ olmasına töhfə verir. Lakin Açıq Məlumatların effektiv istifadəsi və paylaşılması üçün müəyyən prinsiplərə əməl etmək vacibdir. Bu baxımdan, Vebin yaradıcısı Tim Berners-Lee Açıq Məlumatlar üçün 5 ulduzlu açıqlama modeli təqdim edib. Bu yazıda, hər bir ulduz mərhələsini izah edir və nümunələr təqdim edirik.

Beş ★ Modeli.

★ Məlumatlarınızı Vebdə əlçatan edin (istənilən formatda) və açıq lisenziya altında paylaşın

İlk addım, məlumatlarınızı hər kəsin əldə edə bilməsi üçün Vebdə paylaşmaqdır. Onları açıq lisenziya ilə təmin etməklə, istifadəçilərə məlumatlardan sərbəst şəkildə istifadə etməyə və paylaşmağa imkan yaradırsınız.

Məsələn: Şəhərin ictimai nəqliyyat marşrutlarının, dayanacaqların və işləmə saatlarının PDF, PNG və.s formatında təqdim olunması.

Bakı şəhəri ictimai nəqliyyat marşurtları (PNG)
Bakı şəhəri ictimai nəqliyyat marşurtları (PNG)

★  Məlumatların özəllikləri

Məlumat tükəticisi kimi:

  • Məlumatlara baxa, çap edə, lokal diskdə saxlaya bilərsiniz 
  • Dəyişdirə və paylaşa bilərsiniz.

Məlumatı açıqlayan tərəf kimi:

  •  Məlumatı asanlıqla dərc edə bilərsiniz 
  • Məlumatın istifadəsi ilə bağlı hər hansı izahata ehtiyyac yoxdur.

★★ Məlumatlarınızı strukturlaşdırılmış formada təqdim edin

İkinci addım, məlumatların strukturlaşdırılmış, maşının oxuna bilən şəkildə təqdim edilməsidir. Bu, məlumatların daha asan istifadəsi və emalı üçün vacibdir.

Məsələn: Şəhərin ictimai nəqliyyat marşrutlarının, dayanacaqların və işləmə saatlarının EXCEL formatında təqdim olunması.

Avtobus nömrəsiMarşrutBaşlanğıc nöqtəsiDayanacaqlarİşləmə saatları
2Gənclik - NərimanovGənclik MetrostansiyasıDədə Qorqud  Parkı, 28 may, Nərimanov06:00 - 23:00
5Azneft - İçərişəhərAzneft DairəsiQız Qalası, İçərişəhər07:00 - 22:30
20Hava Limanı - 28 MayHeydər Əliyev Hava LimanıKoroğlu, Heydər Əliyev Mərkəzi, 28 May05:30 - 23:30
Bakı şəhəri ictimai nəqliyyat marşurtları (Excel)

★★ Məlumatların özəllikləri

Məlumat tükəticisi kimi:

  • İlk səviyyədəki bütün imkanlara malik olursunuz.
  • Məlumatları xüsusi proqramlarla emal edə, hesablama və vizuallaşdırma edə bilərsiniz.
  • Məlumatları digər strukturlaşdırılmış formatda ixrac etmək mümkündür.

Məlumatı açıqlayan tərəf kimi:

  • Yayım hələ də asandır.


★★★ Məlumatlarınızı açıq və hər kəsin istifadə edə biləcəyi formatda paylaşın

Üçüncü addım, məlumatların daha geniş istifadəsi üçün açıq və asanlıqla istifadə edilə bilən(İstifadəçinin heç bir halda ödənişli alət və programlardan istifadə etmədən əldə edib, istifadə edə biləcəyi) formatda təqdim edilməsidir. Bu, məlumatların müxtəlif proqramlar və platformalarla uyğun şəkildə işlənməsinə imkan yaradır.

Məsələn: Şəhərin avtobus marşrutlarının məlumatlarının CSV formatında paylaşılması, çünki CSV hər kəs tərəfindən açılıb redaktə edilə bilən sadə və əlçatan bir formadır.

★★★ Məlumatların özəllikləri

Məlumat tükəticisi kimi:

  • ★★ səviyyəsindəki bütün imkanlardan istifadə edə bilərsiniz.  
  • Məlumatları xüsusi proqram təminatına ehtiyac olmadan istədiyiniz kimi istifadə edə bilərsiniz. 

Məlumatı açıqlayan tərəf kimi:

  • Məlumatı açıqlamaq üçün çeviricilər və ya plaginlər tələb oluna bilər.
  • Yayım hələ də sadədir.


★★★★ Resursları müəyyən etmək üçün URI-lərdən istifadə edin

Dördüncü addım, məlumatların unikal resurs identifikatorları (URI) ilə təqdim edilməsidir. Bu, istifadəçilərə spesifik məlumatlara birbaşa istinad etməyə imkan verir.

Məsələn: Hər bir dayanacağın URI-lə təyin olunması, nümunə: 

★★★★ Məlumatların özəllikləri

Məlumat tükəticisi kimi:

  • ★★★ səviyyəsindəki bütün imkanlara malik olursunuz.
  • Məlumatlara istənilən yerdən keçid verə bilərsiniz (Veb və ya lokal).
  • Məlumatları təkrar baxmaq məqsədi ilə nişanlaya (bookmark edə) bilərsiniz.
  • Məlumatları təhlükəsiz şəkildə digər məlumatlarla birləşdirə bilərsiniz.

Məlumatı açıqlayan tərəf kimi:

  • Məlumat elementlərinə detallı nəzarət edə və optimallaşdırmalar tətbiq edə bilərsiniz (yüklənmə balansı, keşləmə və s.).
  • Məlumatların strukturlaşdırılması və URI-lərin təyin edilməsi üçün əlavə resurs və zaman tələb olunur.


★★★★★ Məlumatlarınızı digər məlumatlarla əlaqələndirin

Beşinci və ən vacib addım, məlumatların digər mənbələrlə əlaqələndirilməsidir. Bu, məlumatların daha zəngin və istifadə olunacaq formaya salınmasını təmin edir.

Məsələn: Nəqliyyat marşrutlarının əhalinin yaşayış yerlərinə və sıxlıq statistikalarına bağlı məlumatlarla əlaqələndirilməsi. Bu, istifadəçilərə marşrutların effektivliyini analiz etməyə və yeni marşrutlar təklif etməyə imkan yaradır.

★★★★★ Məlumatların özəllikləri

Məlumat tükəticisi kimi:

  • ★★★★ səviyyəsindəki bütün imkanlara malik olursunuz.
  • Məlumatlardan istifadə edərkən daha çox (əlaqəli) məlumat kəşf edə bilərsiniz.
  •  Qırılmış məlumat bağlantıları ilə qarşılaşa bilərsiniz (404 error kimi).

Məlumatı açıqlayan tərəf kimi:

  • Məlumatlarınızı daha asan kəşf edilə bilən edirsiniz.Məlumatlarınızın dəyərini artırırsınız.
  • Təşkilatınız əlaqələrdən məlumat tükəticiləri kimi eyni üstünlükləri əldə edir.
  • Məlumatları digər məlumat mənbələri ilə əlaqələndirmək üçün resurs sərf etməlisiniz.
  • Qırılmış və ya yanlış bağlantıları zamanla düzəltmə ehtiyyacı yarana bilər.


 Tim Berners-Lee tərəfindən təklif edilən 5 Ulduzlu Açıq Məlumat Modeli, məlumatların əlçatanlığı, istifadəsi və dəyəri baxımından davamlı olaraq təkmilləşir. Hər bir səviyyə məlumat tükəticiləri üçün əlavə imkanlar təmin edir:

  1. ★ səviyyəsindən başlayaraq məlumatın istifadəsi sadə baxış və saxlanma ilə məhdudlaşır.
  2. ★★ və ★★★ səviyyələrində strukturlaşdırılmış və açıq formatlar vasitəsilə məlumatların emalı daha çevik və rahat olur.
  3. ★★★★ səviyyəsində URI-lərin tətbiqi məlumatları daha dərin əlaqələndirir, bu da məlumatın təkrar istifadəsini və təhlükəsiz birləşdirilməsini təmin edir.
  4. ★★★★★ səviyyəsi isə ən yüksək funksionallığı təklif edərək əlaqəli məlumatların kəşfini və inteqrasiyasını təmin edir.

Modelin səviyyələri artdıqca, məlumat tükəticiləri üçün məlumatlara çıxış və istifadənin rahatlığı artır, eyni zamanda məlumatı açıqlayan tərəflər üçün məlumatın təsir dairəsi genişlənir. Açıq Məlumat cəmiyyət üçün şəffaflığı artırmaqla yanaşı, həm iqtisadi, həm də sosial sahələrdə innovasiyalara şərait yaradır.

Bu model həm istehlakçıların, həm də yayımlayıcıların məlumatlardan daha effektiv istifadə etməsinə imkan verən bir yol xəritəsidir🌟.











5
Müəllif
Şərhlər