Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Apple Vision Pro nədir və nəyə gərəkdir?
18 fevral 2024 06:12
401

Apple Vision Pro nədir və nəyə gərəkdir?

Əgər ki detoks üçün sosial media hesablarınızı dondurmamısınızsa, 3500 $-lıq lobyaya bənzər bu qurğunun qısa vaxtda necə də “vau” effekt yaratdığının fərqindəsiniz. Daha az qala Silikon vadisinin bütün əhli sükan arxasında, küçədə, metroda bununla gəzməyə başlayıb.

Apple hər nə qədər də bu aləti xüsusi ad ilə (“Spatial Computing System”) tanıtsa da, bu onun VR və AR-a əsaslanmadığını təkzib etmir.

Apple Vision Pro ilə bu sektoru sirkələdi desək yanılmarıq. Hal hazırki bazarda rəqibindən — Meta-nın Quest 3 (500$) və Quest Pro (1000$) modellərindən qiymət faktoruna görə geridə qalır. 3500 $ satış qiymətinə sahib model Apple-ın bazara təqdim etditi ilk modeldir.

Vision Pro VR/AR bazarına 2024-cü ilin yanvarında daxil olub və çıxdığı gündən innovativ texnologiyası və dəbli dizaynı ilə həyəcan yaradıb. Meta Quest Pro-dan daha az istehsal edilən modelin 80 000-ə yaxın satıldığı təxmin edilir. Hər iki alət yüksək keyfiyyətli displeylərlə öyündüyü halda, Vision Pro inqilabi göz izləmə texnologiyası ilə işləri bir addım da irəli aparır. Bu, istifadəçilərə göz qırpmaları və digər göz hərəkətləri vasitəsilə virtual dünya ilə qarşılıqlı əlaqə yaratmağa imkan verir və unikal səviyyəli immersiv təcrübə vəd edir. Bundan əlavə, Vision Pro-nun real dünya mühitlərini dəqiqliklə xəritələmək bacarığı Quest Pro-nun imkanlarını üstələyir.

Vision Pro həmçinin öz əməliyyat sistemi — Vision OS platforması üçün xüsusi olaraq qurulmuş 600-dən çox proqram ekosistemə malikdir. Bu, yeni platforma üçün əhəmiyyətli bir başlanğıcdır. Bundan əlavə, Vision Pro iPhone və MacBook kompüterləri də daxil olmaqla Apple ekosistemi ilə mükəmməl inteqrasiya edir. Daha böyük ekranda işlərinizə davam etmək istəyirsinizsə, Vision Pro-nu başınıza taxıb, əlavə heç bir proqramla vaxt itirmədən MacBook-u əlinizə almaq kifayət edir ki, qaldığınız yerdən davam edə biləsiniz.

Gəlin, Apple Vision Pro ilə edə biləcəklərinizin daha çoxu ilə tanış olaq:


İdman yayımları

Formula 1 üçün hazırlanan bu konsept, idmanın həvəskarları üçün xəyalları gerçək edir.

İncəsənət Sahəsində

3D müstəvidə, real dünyanı səhnənə çevir.

Bunu da izləməyiniz tövsiyəmdir!


AI Assistent:
Masa arxasında işlədiyinizi xəyal edin və yanınızda da belə bir şirin süni intellekt dəstəkli ağıllı asistent. Xəyal etməyə ehtiyac yoxdur, artıq Vision Pro-da bu da realdır. 


Canlı tərcümə:
Sən danış, mən başa düşəcəm.


İnteraktiv təcrübələr:


Bir saniyə, bunlar realdır?


Meyvələri doğramaq zamanı!


Təmizlik heç vaxt bu qədər əyləncəli olmamışdı. Görək rekord kimdə olacaq?

Dostlarınla, əzizlərinlə olan xatirələri bu alətlə belə rahat “canlandırmaq” olar

Yenilik yoxsa Səhv?

Vision Pro-nun qabaqcıl xüsusiyyətləri, genişlənən proqramlar kitabxanası və Apple ekosisteminə qoşulması onu VR/AR bazarında güclü rəqib kimi yerləşdirir. Bununla belə, bazarda rəqabət var və Meta kimi oyunçular daim innovasiyalarını təqdim edir.

İlkin istifadəçi təəssüratları müsbət olsa da, bəzi istifadəçilərin 14 günlük müddətdə cihazlarını geri qaytarmağa başladığı deyilir. Göstərilən səbəblər arasında narahatlıq, göz yorğunluğu və ürəkbulanma daxildir. Hətta çəpgözlükdən əziyyət çəkən bir istifadəçi də cihazın həddən artıq həssas olduğunu və bunun əziyyətə çevrildiyini bildirib. Qaytarılmaların başlıca səbəbi təbii ki, yüksək qiyməti ($3,499) də ola bilər. İstifadəçilərin bəziləri cihazı çox tərifləsə də, bu kimi hallar istifadəçi rahatlığı və texnologiyanın əlçatanlığı ilə bağlı suallar yaradır. Apple istifadəçilərin üzləşdiyi çətinliklərlə və ya cihazın qaytarılma faizi ilə bağlı xüsusi açıqlama etməsə də bəzi ekspertlərə görə, hələ bu texnologiyanın inkişafı üçün daha çox yol var. Vision Pro-nun yenilik və ya səhv addım olduğunu isə zaman göstərəcək.


6
Müəllif
Şərhlər