Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
21 aprel 2024 18:57
476

AYPARA - 1.Bölüm

Səhnə1. Yol.                       Çöl. Səhər. 

Sükanı arxasında 32 yaşlı Bahar’ın əyləşdiyi ağ rəngli avtomobil yolla hərəkət edir. Radioda isə xəbərlər başlayır.. 


Spiker:

-İndi isə, idman xəbərlərini nəzərinizə çatdırıram. Dünən axşam saatlarında sosial şəbəkələrdə Qızlardan yığma “Günəş” basketbol komandasının baş məşqçisi 32 yaşlı Bahar Məmmədovanın sosial mediada xoşagəlməz görüntüləri yayılıb. Final oyununa 5 dəqiqə qalmış yayılmış bu görüntülər haqqında klubun sahibi Elgün Kərimov açıqlamasında bildirdi ki, Bahar vəzifəsindən azad olunub. Xatırladaq ki, Bahar’la Elgün 8 ildir evlidir və onların 6 yaşlı bir Qızı var. Elgün açıqlamasında onu da bildirib ki, Bahar’dan boşanacaq. 


Bahar radionun stansiyasını dəyişir, arxanı göstərən aynadan arxa oturacaqda əyləşmiş 6 yaşlı Mələk’ə baxır.. 


Mələk:

-Ana, hara gedirik ? 

Bahar:

-Gəzməyə, Qızım.) 

Mələk:

-Atam niyə gəlmir bizimlə ? 

Bahar:

-İşləri çoxdur onun. Biz Ana-Qız gəzəcəyik.) 

Mələk:

-Evə nə vaxt gedəcəyik ? 

Bahar:

(asta səslə) 

-Heç vaxt. 


Mələk qaş-qabağını sallamış halda Bahar’a, Bahar isə yola baxır.


Avtomobil üzərində Aşiqlər Kəndi yazılmış taxta lövhənin yanından keçib, kəndə giriş edir… 


… Bakı şəhəri … 


Səhnə2. Ev.                        İç. Səhər. 

2 mərtəbəli evin 2'ci mərtəbəsindən Elgün təşviş içində pilləkənlərlə aşağı mərtəbəyə düşür.. 


Elgün:

(aşağı mərtəbədəki otaqları axtararaq) 

-Mələk ! Qızım ! Hardasan ?! 


Elgün tənginəfəs halda qonaq otağındakı divanda əyləşib, əlindəki telefonu ilə Bahar’a zəng edir, amma, zəng çatmır.. 


Elgün:

(səsli halda öz - özünə) 

-Demək, savaş istəyirsən, Bahar. Onu bil ki, yerin dibinə girsən belə, tapacam sənə. Qızımın özün kimi olmasına icazə verməyəcəm ! 


Elgün ayağa qalxıb, otaqdan və evdən çıxır… 


… Aşiqlər kəndi … 


Səhnə3. Nuray'ın yaşadığı ev.       İç. Səhər. 

2 mərtəbəli evin 2'ci mərtəbəsindəki yataq otağındakı çarpayıda Nuray yatır.. 


Otağın divarlarına və şkafın qapıları üzərinə Qadın basketbolçularının şəkilləri yapışdırılıb. Otağın qapısının iç tərəfindən kiçik basketbol səbəti asılıb. Çarpayının yanındakı çəkməcənin üzərində basketbol topu heykəli, şkafın qarşısında isə basketbol topu var. 


Həyətdəki xoruzun səsinə Nuray yuxudan oyanır. Gözlərini ovuşdurub, gərnəşdikdən sonra, çəkməcənin üstündən telefonunu götürür. Telefonun qoruyucusunun arxasında da basketbol topu şəkli var. Nuray saata baxır - 7:00. Yataqdan durub, paltarını dəyişir və çəkələklərini geyinib, otağı tərk edir… 


Səhnə4. Kənd meydanı.             İç. Səhər. 

Bahar'ın avtomobili kənd meydanındakı mağazanın qarşısında dayanır.. 


Bahar:

-Mələyim, ürəyin nə istəyir aləm sənə.) 

Mələk:

-Çubuq. 

Bahar:

-Yaxşı. Sən sakitcə otur, mən çubuq alıb gəlirəm. 

Mələk:

-Yaxşı. 


Bahar avtomobildən düşüb, marketə gedir. Mələk pəncərədən anasının marketə daxil olduğunu görüb, qabaq oturacağın üstündəki Bahar'ın telefonunu götürür. Telefonun telefon kitabçası bölməsinə daxil olaraq, axtarış yerinə “E” hərfi yazır. Axtarış nəticəsində çıxan ilk ad “Elgün” olur. Mələk Elgün’ə zəng etmək istəyəndə, Bahar əlində salafan paketlə marketdən çıxır. Bunu görən Mələk, telefon kitabçası bölməsindən çıxıb, telefonu qabaq oturacağın üstünə qoyur. Bahar avtomobilə minir..


Bahar:

(çubuq paketini Mələk’ə uzadaraq) 

-Buyurun, Mələk xanım, sifarişinizi gətirdim.) Hətta, çöplü meyvə şirəsi də aldım sizin üçün.) 


Mələk bir söz demədən çubuğu və meyvə şirəsi paketini alır. Bahar isə özünə aldığı sudan içərək, mühərriki işə salıb, yola davam edir… 


Səhnə5. Nuray'ın yaşadığı ev.      İç. Səhər. 

Nuray həyətdəki masa ətrafında ailəsi - valideynləri Səadət və Şirxan’la birlikdə səhər yeməyi yeyir. Aralarındakı səssizliyi Şirxan pozur.. 


Şirxan:

-Bu səssizlik heç xeyirli əlamət deyil, deyirəm. Niyə danışmırsınız ? Gərək, mən söhbətə başlayım ? 

Səadət:

-Nə danışaq, ay Şirxan ? 

Şirxan:

-Məsələn, Qızım, Nurayım, işlərin necə gedir ? 

Nuray:

-Hansı işlər, Ata ? 

Şirxan:

-Topu səbətə atmaq işi.

Nuray:

-Ata, onun adı basketboldu. 

Şirxan:

-Ay, nə yaxşı dedin, mən bilmirdim. Qızım, bilirəm basketbol olduğunu. Anar söz vermişdi sizə, noldu o sözə ? 

Nuray:

-Bilmirəm. Noldu ? 

Şirxan:

-Məzələnirsən mənimlə ? Necə yəni bilmirsən ? Anar demədi ki, komanda olaraq yarışlarda iştirak edəcəksiniz, pula pul deməyəcəksiniz.

Nuray:

-Nə deyəcəyik bəs pula ? 

Şirxan:

-Konfet kağızı. VAllah bizim Qız məzələnir bizimlə, Səadət. 

Nuray:

-Ata, mən məzələnmirəm. Haqlısan, Anar bəy bir söz verdi. Amma, onun sözünə əməl etməsi üçün, digər Qızların da ailə üzvlərinin razılığı olmalıdır. 

Səadət:

-Razı olmurlar yəni. 

Nuray:

-Hə, razı olmurlar. 

Şirxan:

-Buna heç təəccüblənmədim. Birincisi, kimsə mənim kimi Ata ola bilməz ki, Qızına basketbol oynamasına icazə versin. İkincisi də, burası kənd yeridir. Hansı valideyn Qızının şortikdə minlərlə insanın gözü önündə bir top dalınca qaçmasına razı olar ? Heç bir valideyn. 

Nuray:

-Xatırladım, sən də ilk başda razı deyildin, Ata. Pulun adını eşitdin, razı oldun. 

Şirxan:

-Yox daha nələr ! Qızım, mən hər zaman yanındayam və hər verdiyin qərara hörmətlə yanaşmışam. İlk başda razı olmamışdım, çünki, hər Ata kimi Qızımın həkim, müəllimə falan olmasını istəyirdim. Amma, sonra, sənin istəkli və qərarlı olduğunu gördüm. İnan Allah’a, pulun bir önəmi yoxdur. 

Nuray:

(ayağa qalxaraq Atasını qucaqlayır) 

-Çox sağol, Ata. Həqiqətən, təşəkkür edirəm.) 


Nuray və Şirxan qucaqlaşır.. 


Səadət:

-Bax, qısqanıram aaa.) 

Nuray:

-Qısqanma, Ana. Səni də çox istəyirəm.) 


Nuray Səadət’i qucaqlayır. Nuray və Səadət qucaqlaşır… 


Səhnə6. Məktəb - İdman zalı.      İç. Səhər. 

Aytac, Aysu, Gülşən və Şəms idman formasında zalda basketbol oynayır. Bu vaxt Nuray içəri daxil olur.. 


Nuray:

-Ooo, Qızlar, toplanıbsınız.) 

Aytac:

-Həmişə birinci sən gələsi deyilsən ki.) 

Aysu:

-Sənin də sabahın xeyir.) 

Nuray:

-Sabahınız xeyir.) Nə yaxşı tez gəlibsiniz ? Evdəkilərə bu səfər nə yalan danışdınız ? 

Gülşən:

-Şəxsən mən yalana tövbə dedim. Hətta, mənim qardaşım razı deyildi aaa, artıq, razıdı.) 

Nuray:

-Vauu.) Eee, Şəms, sən sevgilini necə razı saldın ? 

Şəms:

-Sevgilimi ? O kimdir ? Artıq, elə biri yoxdur. Ayrıldım.) 

Nuray:

-Oha.) Aytac, bəs, sən atana nə dedin ? 

Aytac:

-Atam pulun adını eşidən kimi, iki əlli razı oldu. Deyir, bunu mənə əvvəlcədən niyə demirdin. Burdan da bəlli oldu ki, Atam pulu məndən çox istəyir. Amma, əsas odur razıdır.) 

Nuray:

-Keyfini pozma, sən də onu çox istəməzsən, bu qədər sadə.) Zarafat edirəm təbiiki də.) Aysu, əsas sən, necə razı saldın həm Atanı, həm Ananı, həm qardaşını, həm də nişanlını ? 

Aysu:

-Nişanı atdım, artıq, bir ailəm yoxdur. 

Qızlar:

(birlikdə) 

-Nə ?! 


Qızlar Aysu’ya, Aysu Qızlara baxır… 


Səhnə7. Yol.                         Çöl. Səhər. 

Bahar'ın avtomobili kənd yolu ilə hərəkət edir. Qarşıdan da qəhvəyi rəngli at belində Anar gəlir. Onlar bir - birinin yanından keçəndə, Bahar pəncərədən Anar’a, Anar isə Bahar’a baxır… 


1.Bölümün sonu 


5
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər