Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
1 may 2024 19:49
322

AYPARA - 2.Bölüm

… Qaldığımız yerdən davam edirik … 


Səhnə1. Yol.                    Çöl. Səhər. 

Bahar'ın avtomobili kənd yolu ilə hərəkət edir. Qarşıdan da qəhvəyi rəngli at belində Anar gəlir. Onlar bir - birinin yanından keçəndə, Bahar pəncərədən Anar’a, Anar isə Bahar’a baxır. Bahar avtomobili, Anar da atını saxlayır. Bahar avtomobildən, Anar da atdan düşür. Bahar ilə Anar üzbəüz dayanır.. 


Anar:

-Bahar.) ? 

Bahar:

-Anar.) ? 

Bahar ilə Anar:

(birlikdə) 

-Nə işin var burda.) ? 


Bahar ilə Anar bir - birinə gülümsəyərək baxır… 


Səhnə2. Məktəb - İdman zalı.         İç. Səhər. 

Nuray, Aytac, Gülşən və Şəms Aysu’ya, Aysu da onlara baxır.. 

Nuray:

-Aysu, nə demək mənim bir ailəm yoxdur ? 

Aysu:

-Niyə bu qədər təəccüblənirsən ki ? Belə olacağı bəlli idi onsuz. 

Aytac:

-Nişanı atdın, bunu boş verdik. Amma, insan ailəsindən imtina edərmi, ay Aysu ? 

Aysu:

-Mən deyil, onlar məndən imtina etdi. 

Gülşən:

-Necə yəni ? 

Aysu:

-Basketbolçu olacam, Qızlarla həmişə basketbol oynayırıq, dedim. Onlar da razı olmadı. Mən də evdən çıxmaq istəyəndə, Ata adlandırdığım şəxs “Bu evdən gedərsən, bir daha geri qayıda bilməyəcəksən” dedi. Mən də qapını çırpıb evdən çıxdım. 

Şəms:

-Oha ! Bildiyin seriallardakı kimi olub. Amma, məncə, atan əsəbindən elə deyib. Bir Ata Qızından imtina edərmi ? 

Aysu:

-Edə bilirmiş, demək. Nəysə, keyfimizi pozmayaq, oyunumuzu oynayaq. 


Aysu basketbol topunu Nuray'dan alıb, çiləyir və səbətdən atır. Qızlar isə təəccüblə içində qalır… 


Səhnə3. Yol.                   Çöl. Səhər. 

Bahar ilə Anar üz - üzə dayanıb, söhbət edir.. 

Bahar:

-Gör, neçə ildir görüşmürük. MaşAllah böyük oğlan olubsan.)

Anar:

-Məktəb bitəndən bəri səni heç görməmişəm ki. MaşAllah sən də böyük Qız olubsan.) 

Bahar:

-Haqlısan, məktəb bitdi, əlaqəmiz kəsildi. 

Anar:

-Eşitdim, evlənibsən, basketbol məşqçisi falan olubsan. 

Bahar:

-Düz eşidibsən. Yəqin, haqqımda yayılan xəbərdən də xəbərin var. 

Anar:

-Bəli, var. Amma, sənin xəbərdə deyildiyi kimi biri olduğuna inanmıram. 

Bahar:

-İnsanlar bəzən göründüyü kimi deyil, Anar. 

Anar:

-Yəni, demək istəyirsən, həqiqətdi xəbərdə deyilənlər ?

Bahar:

-Zamanı gəldiyində öyrənərsən həqiqəti. 

Anar:

-Nə zaman gələcək o zaman ? 

Bahar:

-Bilmirəm. Nəysə. Səndə nə var - nə yox.) ? 

Anar:

-Məktəbi bitirdikdən sonra, idman universitetinə qəbul oldum. Sonra, imtahan verib, bu kənddəki məktəbə işə qəbul oldum. Artıq, 10 il olar bu kəndin məktəbində idman müəllimi işləyirəm. Hətta, indi, atla ora gedirdim. Əgər, istəyirsənsə, birlikdə gedə bilərik. Məktəbin bufetində birşeylər yeyərsən, çay da içərik. Hiss edirəm, acsan, ona görə dedim.) 

Bahar:

-Sən məktəb vaxtı belə idin, birşey istədiyimi hiss edirdin.) Heç dəyişməyibsən.)

Anar:

-Sən də unutmayıbsan və heç dəyişməyibsən.) Gedəkmi ? 

Bahar:

-Gedək.) 


Bu vaxt maşının pəncərəsindən Mələk başını çıxarır.. 


Mələk:

-Ana, getmirikmi ? 


Anar Mələk’i görüb, təəccüblənir.. 


Anar:

-Anamı.) ? 

Mələk:

-Nə deyim ? Dayımı deyim ? Sən kimsən ? 

Bahar:

-Mələk, Qızım, tanış edim. Bu Anar dayıdı.) Anar dayı, bu da qızım Mələk’di.) 

Anar:

-Mələk, nə qəşəng adın var sənin.) 

Mələk:

-Sənin adın qəşəng deyil. 

Anar:

-Hə, mən də sevmirəm öz adımı.) Mələk, neçə yaşın var sənin ? 

Mələk:

-Sənə nə ! 

Anar:

-Yaxşı, əsəbiləşmə.) Məktəbə gedəkmi ? 

Mələk:

-Mən evə getmək istəyirəm. Amma, səni də ağlatmaq istəmirəm. Ona görə də məktəbə gedək. 

Anar:

-Ağlatmadığın üçün təşəkkürlər.) 

Mələk:

-Yaxşı, şımarma. Gedək məktəbə. 


Anar gülümsəyərək at’a, Bahar isə gülümsəyərək avtomobilə minir və onlar yola düşür… 


Səhnə4. Məktəb.               İç. Səhər. 

Bahar ilə Anar və Mələk məktəbin içərisinə daxil olur. Dəhlizlə irəliləyərkən, dəhlizdəki şagirdlər, müəllim - müəllimələr onlara təəccüblə baxır… 


Səhnə5. Məktəb - İdman zalı.           İç. Səhər. 

Bahar ilə Anar və Mələk məktəbin qapalı idman zalına daxil olur. Onlar basketbol olan Nuray, Gülşən, Aytac, Aysu və Şəms'i görürlər. Bahar yeniyetmə Qızların oyununa heyranlıqla baxır… 


Səhnə6. Yol.                  Çöl. Səhər. 

Qara rəngli avtomobil yolla hərəkət edir. Sükan arxasında əyləşən Elgün’ün telefonuna Musa’dan zəng gəlir. Elgün telefonu səsucaldıcıya alaraq, zəngə cavab verir.. 


Elgün:

-Eşidirəm, Musa. 

Musa:

-Elgün, telefon siqnalından Bahar'ın harda olduğunu öyrəndim. 

Elgün:

-Afərin. Hardadır ? 

Musa:

-Aşiqlər kəndində. Sənə konumu göndərirəm. 


Elgün əlaqəni kəsir və qazı basır. Avtomobil 120 sürətlə hərəkətə davam edir… 

              2.Bölümün sonu 

4
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər