Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
7 may 2024 19:39
352

AYPARA - 3.Bölüm

… Qaldığımız yerdən davam edirik … 


Səhnə1. Məktəb - İdman zalı.               İç. Səhər. 

Qızlar Bahar ilə Anar və Mələk’i sonunda görüb, oyunu dayandırırlar.


Anar:

-Qızlar, maşAllah sabah - sabah enerjilisiniz.) 

Nuray:

-Sabahınız xeyir, Anar müəllim. Mövzu basketbol olunca, enerjinin özü gəlir.) 

Anar:

-Sizin də sabahınız xeyir.) 

Aytac:

(Mələk’ə baxaraq)

-Qızınızdı, Anar bəy.) ? Allah saxlasın. 

Mələk:

-Yox, mən bunun qızı deyiləm. 

Anar:

-Tanış edim sizi, Qızlar. Bahar mənim sinif yoldaşım olub. Mələk də onun Qızıdır, mənim deyil. 

Aytac:

-Bağışlayın, mən elə bildim sizin qızınızdı. 

Anar:

-Allah bağışlasın.) 

Bahar:

-Adlarınız nədir, Qızlar ? 

Nuray:

-Mən Nuray. 

Aytac:

-Mən Aytac. 

Gülşən:

-Mən Gülşən. 

Aysu:

-Mən Aysu. 

Şəms:

-Mən də Şəms. 

Bahar:

-Tanlığımıza məmnun oldum.) 

Qızlar:

(birlikdə) 

-Biz də.) 

Bahar:

-Çox gözəl basketbol oynayırsınız. Neçə ildir məşğulsunuz ? 

Anar:

-Səkkizinci sinifdən məşğuldular. Hər şey Nuray'ın yanıma gəlib, “Mənə asketbol oynamağı öyrədə bilərsinizmi, müəllim” deməsilə başladı. Sonra, öz sinif yoldaşlarını da cəlbetməyi bacardı. İndi də onuncu sinifdə oxuyurlar. 

Bahar:

-Çox gözəl.) 

Nuray:

-Çox gözəl görünür kənardan baxana, amma, bizim ciddi sayıla biləcək problemlərimiz var. 

Bahar:

-Nədir o problemlər ? 

Gülşən:

-Birincisi, kənd yerində yaşamağımız. Mentalitet anlayışı basqısı. 

Aytac:

-Biz dünənə qədər birlikdə basketbol oynamağımızı həm ailəmizdən, həm də sevgili - nişanlılarımızdan saxlayırdıq.

Şəms:

-Dünən açdıq sandığı, tökdük pambığı. Nəticəsi də kimisi sevgilisindən, kimisi nişanlısından, kimisi də ailəsindən ayrıldı. 

Bahar:

-Sizin yaşda Qızların təhsil alması önəmlidir, sevgili, nişanlı və ya evli olması deyil. Məncə, ayrılmaqla ən doğru qərarı veribsiniz. Amma, ailəsindən ayrıldı, dedin. Bunu tam olaraq başa düşmədim. 

Aysu:

-O ailəsi, daha dəqiq atası tərəfindən övladlıqdan imtina edilən mənəm. 

Bahar və Anar:

(birlikdə) 

-Nə ?! 

Bahar və Anar Aysu’ya, Aysu həm onlara, həm də rəfiqələrinə baxır. Mələk isə yerdəki basketbol topunun üstündə oturub, onlara baxır…

Səhnə2. Yol.                Çöl. Günorta. 

Elgün avtomobillə Aşiqlər Kəndi’nə daxil olur. Bu vaxt telefonuna Gülay’ım adlı nömrədən zəng gəlir. Elgün telefonu səsucaldıcıya alaraq, zəngə cavab verir.. 

Elgün:

-Eşidirəm, Gülayım.) 

Gülay:

-Neylirsən, sevgilim.) ? 

Elgün:

-Bir işim var, ora gedirəm. Sən neylirsən ? 

Gülay:

-Mən də heç oturmuşam, səni, bizi, gələcəyimizi düşünürəm.) 

Elgün:

-Nə yalan deyim, mən də yol boyu səni düşünürəm.) 

Gülay:

-Yaaa.) Axşam gəl, darıxmışam eee sənin üçün. 

Elgün:

-Mən də sənin üçün darıxmışam. Görüm, işim tez qurtarsa, gələcəm. İndi, sağollaşaq, sonra, danışarıq. 

Gülay:

-Yaxşı. Gəlsən, xəbər elə, hazırlaşım.)

Elgün:

-Yaxşı.) Ən sevdiyimi geyinərsən.) 

Gülay:

-Oldu.) Öpdüm.) 

Elgün:

-Mən də səni öpürəm.) 


Əlaqə kəsilir. Elgün’ün üzündəki təbəssüm, anidən dəyişib, ciddi baxışlara çevrilir..


Elgün:

(öz - özünə) 

-Bahar imkan versə, səni alacam, Gülay. 


Avtomobil kənd yolu ilə hərəkət edir… 


Səhnə3. Məktəb.             Çöl. Günorta. 

Bahar ilə Anar və Mələk məktəbin həyətinə çıxır.. 


Bahar:

-Anar, olmaz belə. Aysu’nun atası ilə danışmağın lazımdır. Qızı basketbol oynayır deyə, övladlıqdan imtina etmək nədir ?! Özü də kəndin adı Aşiqlər’di deyə, onuncu sinifdə oxuyan Qızları nişanlandırırlar. Hansı zəmanədə yaşayırıq, Allah'ını sevirsən ?! 

Anar:

-VAllah nə desən, haqlısan. Mən Aysu’nun atası ilə danışaram, narahat olma. 

Bahar:

-Narahatam, Anar. Mövzu bir Qız - Qadın olduğunda, sadəcə, mən deyil, hərkəs narahat olmalıdır ! 

Anar:

-Yenə, haqlısan. Əsəbiləşmə, sakitləş. Birdə, birşey soruşum, qalacaq yerin varmı ? Harda qalacan ? 

Bahar:

-Mən də onu soruşacaqdım ki, evini kirayə verən varmı ? 

Anar:

-Var. Amma, mənim sənə başqa bir təklifim var.

Bahar:

-Nədir ? 

Anar:

-Mənim burdakı evimdə qala bilərsən. Təbiiki də, qəbul edərsənsə. Mənim ailəm Bakıda yaşayır, mən tək yaşayıram burda. Narahat olma, öz evimdi və ayrı - ayrı otaqlarda yatacağıq. 

Bahar:

-Bir şərtlə. 

Anar:

-Buyur. 

Bahar:

-Mən sənə kirayə pulu ödəyəcəm. 

Anar:

-Yox daha nələr. Bahar, biz sinif yoldaşı olmuşuq. Mən səndən pul ala bilmərəm. 

Bahar:

-O zaman mən də təklifi qəbul etmirəm. 

Anar:

-Yaxşı, sən deyən olsun. Ayda 200 verərsən. 

Bahar:

(əlini uzadaraq) 

-Razılaşdıq.)

Anar:

(Bahar'ın əlini sıxaraq) 

-Razılaşdıq.) 


Bahar ilə Anar gülümsəyərək əl sıxışaraq, bir - birinin gözlərinə baxır. Mələk isə əlində Bahar'ın telefonu ilə ciddi baxışlarla onlara baxır.. 


Bu vaxt Bahar'ın telefonuna mesaj gəlir. Bahar Anar’ın əlini buraxaraq, Mələk’dən telefonu alıb, mesajı oxuyur.. 


Şərik:

(mesaj) 

-Elgiz kəndə giriş etdi, Bahar. 


Anar:

-Kimdir ? 

Bahar:

-Mobil operatordan gəlib, xəttinizin açıq qalma müddəti bitəcək, deyir. Gedəkmi evə ? 

Anar:

-Gedək.) 

Bahar ilə Mələk avtomobilə, Anar isə atına minərək, yola düşür… 


Səhnə4. Anar’ın evi.             İç. Axşam. 

2 mərtəbəli evin 2'ci mərtəbəsindəki otaqda iki nəfərlik çarpayıda Bahar və Mələk uzanıb. Mələk yatıb, Bahar’ın isə gözünün önünə yeniyetmə Qızların basketbol oynadığı səhnə gəlir… 


1 mərtəbədəki qonaq otağındakı divanda isə Anar uzanıb.. 


Anar:

(öz - özünə asta səslə) 

-Ey, Allah'ım, sənin bəxş etdiyin bu həyat həqiqətən sürprizlərlə bolmuş. Hələ də inana bilmirəm, ilk aşiq olduğum Qızın illər sonra evimdə, həyatımda olmasına. Özümə yuxuda hiss edirəm.) İnşAllah bitməz bu yuxu. Bunun üçün Sənə təşəkkür və şükür edirəm, Allah'ım. 


Anar gülümsəyərək gözlərini yumur və yuxuya gedir… 


Səhnə5. Məktəb - İdman zalı.              İç. Axşam. 

İdman zalının qapısı açılır, içəri səssizcə Aysu daxil olur. Aysu kurtkasını çıxarıb, skamyanın üstünə qoyur. Skamyada uzanıb, başını kurtkasının üstünə qoyaraq, gözlərini yumur və yuxuya gedir… 


… Səhərisi gün … 


Səhnə6. Məktəb - İdman zalı.             İç. Səhər. 

Aysu yuxudan oyanıb, astaca idman zalını tərk edir…


Səhnə7. Kənd meydanı.                    Çöl. Səhər. 

Kənd meydanında dayanan avtomobilin sükanı arxasında yatan Elgün, yuxudan oyanır.. 


Bu vaxt Anar’ın kənd meydanında - məktəbin darvazasının çöl tərəfində dayanır. Sükan arxasından Anar, qabaq oturacaqdan Bahar, arxa oturacaqdan da Mələk düşür. Onları Elgün görür. Bahar ilə Anar və Mələk məktəbə daxil olur.. 


Elgün:

(öz - özünə) 

-Demək, özünə yeni birini tapıbsan. Heç təəccüblənmədim. Amma, Qızımı səndən alacam, Bahar ! Bu həyatı sənə zindan edəcəm ! 


Elgün yumruğunu sıxaraq, sərt baxışlarla məktəb binasına baxır…

2.Bölümün sonu 

3
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər