Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
25 may 2024 19:39
350

AYPARA - 6.Bölüm - 1.Sezon Finalı

… Qaldığımız yerdən davam edirik … 


Səhnə1. Stadion.               İç. Axşam. 


Məlahət:

-Budur, püşk atma baş tutur və oyuna “Qala” komandasının oyunçuları başlayır ! 


Tamaşaçılar arasında əyləşən ortayaşlı kişi - Babakişi Aysu’dan gözlərini çəkmir. Aysu topu rəqib oyunçudan alaraq, topu çiləyərək irəliləyir. Aysu’nun qarşısını digər rəqib oyunçu çıxır. Aysu topu oyunçunun başının üstündən topu səbətə doğru atır, top səbətdən keçir. Babakişi, Bahar, Anar və Mələk sevincdən gülümsəyir. Aysu isə sevincini komandanın digər oyunçuları ilə qucaqlaşaraq bölüşür.. 


Məlahət:

-Hesabı “Aypara”nın oyunçusu Aysu açır ! Görünür, Bahar’ın komandası rəqibə gün verib, işıq verməyəcək.) 


*


Bu vaxt arxa qapıdan stadiona qara paltarlı və əlində qara rəngli çanta olan adam - Elgün daxil olur. Elgün stadionun dəhlizi ilə irəliləyərək, hamam otağına daxil olur. Otağın qapısını arxadan bağlayan Elgün, çamadanı əl-üz yuyulan çəkməcənin üstünə qoyur. Çantanı açıb, içərisindən saatlı bombanı çıxarır.. 


Elgün:

-Mənim həyatımı məhv etmək nədir, göstərəcəm sizə. Madəm, mən zamanında yandım. İndi, sıra sizdədi. 


Elgün bombanı yenidən çantaya qoyur və çantanı götürüb, otaqdan çıxır.. 


*


Aytac topu çiləyərək mərkəzə gəlir və Gülşən’ə tərəf pas atır. Gülşən topu alıb, çiləyərək rəqib tərəfə keçir və topu səbətə atır. Gülşən sevincini komanda yoldaşları ilə qucaqlaşaraq bölüşür. Bahar ilə Anar və Mələk də sevincdən gülümsəyir.. 


Məlahət:

-”Aypara” sayca ikinci qolunu atır ! Gülşən’in atdığı qol bir daha göstərir ki, rəqibin ikinci hissədə işi çətin olacaq ! 


*


Elgün stadionun qarajına daxil olur. Çantasından çıxartdığı bombanı stadionun dirəyinə yerləşdirir. Bombanın üstündəki saat geri sayıma başlayır - 00:09:59. Elgün boş çantanı götürüb, qarajdan çıxır. Bu vaxt qarşısına mühafizəçi çıxır.. 


Mühafizəçi:

-Sən kimsən ?! 


Elgün və mühafizəçi bir - birinə baxır.


Mühafizəçi:

-Səninləyəm ! Kimsən ?! 


Elgün anidən çantanı yerə atır və cib bıçağını çıxarıb, mühafizəçinin qarın hissəsinə soxur, sonra isə, bıçağı geri çıxarıb, əlində bıçaq qaçaraq oradan uzaqlaşanda, mühafizəçi silahını çıxarıb atəş açır. Güllə Elgiz’in kürəyinə tuş gəlir. Elgizin əlindən bıçaq yerə düşür, özü isə ağzıüstə yerə yıxılır. Mühafizəçi isə əli ilə qanlı qarnını tutub, kürəyini divara söyləmiş halda yerdə əyləşir. Mühafizəçi əlaqə vasitəsini çıxarır.. 


Mühafizəçi:

(aram - aram əlaqə vasitəsinə) 

-Hər kəsin diqqətinə. Qarajda əli bıçaqlı şəxs var. Mən onu zərərsizləşdirdim. Bomba da ola bilər. Ambulans və polisləri göndərin təəccili ! 


Mühafizəçi əlaqə cihazını yanına qoyur, gözləri yumulur.. 


*


Məlahət:

-İndi isə, qısa fasiləyə ayrılırıq. Fasilədən sonra, ikinci hissədə sizlərlə olacağıq. Bu dəqiqə mənə verilən məlumata görə, stadionun qarajında silahlı atışma baş verib. Oyun təxirə salınır. 


Tamaşaçılar arasında təşviş düşür.. 


Bahar:

-Qızlar, gəlin, gedirik, tez olun ! 

Aysu:

-Hamısı bizim bəxtimizdəndir ! 

Gülşən:

-Haydaaa, hardan çıxdı bu ! 

Anar:

-Oyun qaçmır, əsas canımız sağ olsun. Gəlin, gedək ! 

Şəms:

-Yüz faiz ermənilər edir. Gözü götürmürlər bizi ! 

Aytac:

-VAllah sapı özümüzdən baltalar da ola bilər ! 

Nuray:

-Az danışın, çox iş görün ! 


Onlar təşviş dolu insanların arasından stadionu tərk edəndə, Aysu Babakişi’nin arxasından keçib gedir. Babakişi’nin gözləri Aysu’nu axtarır, amma, tapmır… 


… 27 May - Bakı şəhəri… 


Səhnə2. Dayanacaq.          Çöl. Səhər. 

Aysu dayanacaqda dayanıb, avtobus gözləyir. Bu vaxt dayanacaqda ağ rəngli 07 markalı avtomobil dayanır. Sükan arxasından düşən Babakişi’ni görən Aysu təəccüblənir.. 


Aysu:

-Ata ?! 

Babakişi:

-Qızım. 


Aysu və Babakişi bir - birinə baxır.. 


Aysu:

-Sənin nə işin var burda ? 

Babakişi:

-Səni görməyə gəldim. 

Aysu:

-Məni görməyə ? Məni övladlıqdan rədd edən Ataya noldu ? 

Babakişi:

-Peşiman oldu. Sən haqlı idin. 

Aysu:

-Hansı mövzuda ? 

Babakişi:

-Hər mövzuda. Aysu, qızım, mən hər şey üçün səndən üzür istəyirəm. 

Aysu:

-İndimi yadına düşdü üzür istəmək ? Bu zamana qədər harda idin ? 

Babakişi:

-Yanında. Mən sənin cismən də olmasa, ruhən hər zaman yanında olmuşam. Hətta, ilk oyununda belə stadionda idim. Amma, çaxnaşma düşəndə səni itirdim. Aysu, Atalar Qızlarını inciməz. Əgər, səni incitmişəmsə, çoxlu, lap çox, daha çox üzür istəyirəm. Gəl, barışaq. Bağışla məni. 


Dayanacaqda dayananlar onlara, Aysu və Babakişi isə bir - birinə baxır.. 


Aysu:

-Yaxşı. Bağışlayıram səni. 

Babakişi:

-Qızım.) 

Aysu:

-Ata.) 


Aysu və Babakişi qucaqlaşır. Dayanacaqdakılar onları alqışlayır… 


Səhnə3. Kafe.                   İç. Axşam. 

Bahar və Anar masa arxasında əyləşib.. 


Bahar:

-Anar, xeyirdimi gəlmişik bura.) ? 

Anar:

-Xeyirdi.) Mən sənə bir şey etiraf edəcəm. 

Bahar:

-Buyur.) 

Anar:

-Bilirsən, mən söhbəti uzatmağı sevmirəm. Ona görə birbaşa deyəcəm. 

Bahar:

-De, görək.) 

Anar:

-Mən sənə aşiqəm. Hətta, mən sənə səni ilk gördüyüm gündən, yəni, məktəb illərindən aşiqəm. Bilirəm, bəlkə də sən aşiq deyilsən. Və xəyanətə uğrayan birinin bundan sonra birinə inanması, güvənməsi çətin olur. Amma, sənə qarşı olan hisslərimi artıq gizlədə bilməzdim. Gün bu gün idi və mən də az əvvəl etiraf etdim. 


Bahar ilə Anar bir - birinə baxır.. 


Bahar:

-Hmm. 

Anar:

-Hmm ? Bu qədər şey dedim, sadəcə hmm’mı deyirsən ? Yaxşı, de. Nəysə, unut dediklərimi. Nə sifariş verək ? 

Bahar:

-Yox, unutmayacam. 

Anar:

-Nəyi ? 

Bahar:

-Etirafını. Madəm, sən etiraf etdin. O zaman mən də etiraf edim. 

Anar:

-Nəyi ? 

Bahar:

-Aşiq olduğumu. 

Anar:

-Kimə ? 

Bahar:

-Offf, Anar. Kimə olacaq, təbiiki də sənə.) 

Anar:

-Yox daha nələr.) Həqiqətən, sən də mənə aşiqsən ? 

Bahar:

-İstəyirsənsə, olmayım.) 

Anar:

-Yox ol.) Bir - birimizə aşiq olduğumuza görə, mənim Sənə bir təklifim var. 

Bahar:

-Nə təklifi ? 


Anar ayağa qalxıb, kostyumun yan cibindən üzük qutusunu çıxarır.. 


Bahar:

(ayağa qalxaraq) 

-Anar, sən cibində üzükmü daşıyırsan.) ? Özü də, hardan bilirdin sənə aşiq olduğumu ki, üzük də hazırdı.) 

Anar:

-Hiss edirdim.) 


Anar Bahar'ın qarşısında diz çöküb, üzük qutusunu açır.. 


Anar:

-Mənimlə evlənib, daha fərqli bir həyata başlamağa nə deyirsən ? Mənimlə evlənərsənmi, Bahar ? 

Bahar:

-Bilmirəm, düşünməliyəm. 

Anar:

-Yaxşı, düşün. 

Bahar:

-Düşündüm.) Hə, deyirəm.) 


Anar üzüyü Bahar'ın barmağına taxır və ayağa qalxır. Bahar ilə Anar öpüşür… 


Bahar:

(arxa fonda səsi) 

-Aypara’nın hekayəsi belə başladı. Xəyanətə uğradığımı öyrəndiyimdə qurduğum oyun və oyun sayəsində bir - birindən fərqli 5 Qız'ı tanımağımla. Biz Qadınlar zərif və zəif deyilik. Əksinə, hər sahədə güclü və cəsuruq. O sahələrdən biri də basketboldu. Dünyada yüzlərcə Qadınlardan yığma basketbol komandası var və uğurları basketbol sahəsində dildən - dilə dolaşır. Səbətdən keçirdiyimiz hər top, psixiloji - fiziki şiddətin və cinayətin qurbanı olan Qadınların əziz xatirəsinə iltifah olunur.. 


6.Bölümün sonu

1.Sezon Finalının sonu 


3
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər