Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Azərbaycanlıların problemini həll edən startaplar
11 mart 2024 04:23
495

Azərbaycanlıların problemini həll edən startaplar

Bir neçə həftədir ki, həm bizim, həm də xarici investorları və startapçıları diqqətlə izləyirəm. Düzü problem həll etməklə bağlı məndə bir neçə fikir formalaşıb.

Gəlin sizə bir sual verim. Kiborq nədir? Bunun nə olduğunu bilən var? Kiborq insanın bədən üzvlərini robotlaşdırmasıdır. Bir növ dəmiradam kimi düşünün. Bunu nəyə görə deyirəm? Çünki insanlar artıq sağlam olmaq üçün deyil, daha sağlam olmaq üçün investisiya edir.

Mən düşünürəm ki, 2024-cü ilə qədər artıq həll edilməmiş problem qalmayıb. Yəni əsas problemlər artıq həll edilib. Ya da qalıb, bizlər necəsə onun alternativini istifadə edirik. Mən burada qlobal problemlərdən danışmıram: İqlim Dəyişikliyi, Qida çatışmazlığı. Hətta bəzi startapçılar bu problemləri həll edə biləcəyini belə iddia edir. Yəqin Shark Tankda hər kəs DƏNİZ SUYUNU QIZILA ÇEVİRƏN adamı görüb. Bəzi absurd iddialar edən var.

Düşünürəm ki, Heç vaxt düşünülməmiş və ya edilməmiş bir startap artıq nadirən tapılacaq. Buna görə də kopyalamaq artıq normal sayılmalıdır. Azərbaycan bazarındakı Push30 tanıyırsız. 2 il əvvəl bazarda rəqibi yox idi. Startapçılar gördü ki, “AHA, Abunəlik sistemi ilə fitness işləyirmiş!”. Allfit və Onefit daxil oldu bazara. Necə ki, Bakıya oxumağa gələn tələbələr kirayə ev və ya yoldaş tapa bilməyəndə bina.az, AirBnB kimi bir şey yaratmağı düşünür(Guya dahidi). Yəni bazarda bir müddət tək olacaqsız. İnanın mənə rəqib çıxacaq.

“Əgər daxil olduğunuz bazarda rəqibiniz yoxdursa, bundan bir az şübhələnsəniz yaxşı olar”

Gəlin sizə bir səhvimi deyim. Məhsulu Azərbaycan bazarı üçün hazırladım. Bu səhvi mən etdim. Startaplar Qlobal üçün Doğulur. Startapınla nə qədər böyük miqyası əhatə etsən, o qədər çox gəlir əldə edəcəksən.

Azərbaycana fokuslanmayın. Qlobal məhsul hazırlamaq üçün lazım gələndə bir Amerikalı kimi, lazım gəldikdə də Yapon kimi düşünə və onların qarşılaşdığı problemləri bilməlisiz. Bunu bilməyin ən yaxşı yolu səyahət etməkdir. Oradakı insanla danışmaqdır. Təsadüfi deyil ki, ən böyük problemi həll edən startapçılar ən çox səyahət edənlərdir. Yasamalda yaşıyıb oradan çıxa bilməsən, elə sonda Yasamaldakılar üçün bir məhsul hazırlamış olacaqsan.

Gələk Azərbaycanlılar tərəfindən ən çox istifadə edilən saytlara: Turbo.az Bina.az Manato.az Misli.az Trendyol və.s

Bunlar əslində bizim öz saytlarımız deyil. Bunlar Qazaxıstana və Baltik ölkələrinə aid saytlardı. Bizlər elə softwarelər istifadə edirik ki, hardware ilə bağlıdır. Software satmaq bir az çətindir açığı burada. Satanlar da B2B satışdan qazanır. 80/20 qaydasının nə yeridir. Gəlirin 80%i 20% korporativ müştəridən gəlir. Sizcə bizlər nəyə görə Trendyol istifadə edirik? və ya Bolt, Uber? Vaxt qazanmaq üçün? Əlbəttə xeyr. Daha ucuz başa gəldiyi üçün.

“Turbo.az saytı elə. saytlardandır ki, sayta visitdə qətiyyən azalma olmur. Bunu Google-dan yoxlaya bilərsiniz.”

Artıq yazdıqlarımı sum up eləmək vaxtı gəlib çatıb. Əgər Azərbaycanlılar bir saytdan istifadə etmirsə, bu o demək deyil ki, bu startup uğursuzdu. AirBnB və Twitch populyar deyil. Bu bilirsiz nə deməkdir? Yəni Azərbaycan üçün Twitch yaratsanız, yenə də istifadə edilməyəcək. Yəni cəmiyyətin tarixi, sosial, iqtisadi və siyasi təcrübəsi buna uyğun deyil.

  1. Xalqın tək şəxsiyyət vəsiqəsi ilə kredit alıb digər Banka olan kreditini bağlaması lazımdır- Manato.az
  2. Xalq ayağını yerdən götürməlidir. 500azn maaş alıb, 200000km sürülmüş maşın almalıdır ki, özünü rahat hiss eləsin. kruqda hörməti artsın- Turbo.az
  3. Evlənmək üçün ev almalıdır. Bunun üçün yenə İpoteka- Bina.az və Bank saytı 
  4. Ayda 1 dəfə təzə paltar almalıdır və həmin paltarı ucuz almaq üçün bəzən 2–3 həftə gözləməlidir- Trendyol

Azərbaycan bazarında rəsmi mənbəyə əsasən 100 startap var. ElmX bağlansa 99 olacaq ;) Hələ də cavabını tapa bilmədiyim suallardan biri də nəyə görə digər Qafqaz xalqları daha çox və uğurlu startap ortaya qoyur. Məsələn Gürcüstanda startap sayı daha çoxdur. Ermənistan da 1000dən çoxdur. Nəyə görə Estoniyada bu qədər uğurlu startap var. Bəziləri deyəcək ki, vergilərə görədir, dövlətə görədir. Məncə bu sualın cavabı o qədər də sadə deyil. Bu da qoy digər məqalənin mövzusu olsun.

Daha çox kəşf edin: https://elmx.me/

6
Müəllif
Şərhlər