Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Filosofun qeydləri #3 - Daş masadakı buğda
27 avqust 2024 21:08
265

Filosofun qeydləri #3 - Daş masadakı buğda

"Ruzinin gələn vaxtı köpəyi yuxu tutar"

Bir gün məsciddə oturub zöhr namazına hazırlaşırdım. Birdən gözüm məscidin kitab şkafındakı "Mərifət inciləri" kitabına sataşdı. Kitabın həcmi o qədər də böyük deyildi. Açıb içini varaqladım və bir hekayə ilə rastlaşdım. Hekayə tam olaraq belə idi:

"Bir gün uzaq kəndlərin birində Zahid adlı çoban yaşayırdı. Artıq 4 gün idiki ara verməyən istilər əlindən Zahidin tarlası yanmış və buğdaları kül olmuşdu. Bu fəlakətin 5-ci günündə artıq səbr edə bilməyən çoban aşağı kəndlərin birinə yardım üçün üz tutdu. Bir çobanın qapısını döyüb ondan dolanmaq üçün azuqə və çörək istədi. Sağ olsun çoban Zahidi əliboş qaytarmadı - ona 3 parça çörək və bir az azuqə verdi. Çobanla sağollaşıb qapıdan uzaqlaşmaq istəyəndə çobanın iti Zahidə hürməyə başladı. Zahid əlindəki 3 parça çörəkdən birini itə atdı ki, ondan uzaq dayansın. Lakin it çörəyi iyləyib yenə Zahidə tərəf hürməyə başladı. Zahid daha bir çörəyi itə atdı ki, bəlkə başı qarışar və ondan əl çəkər. Amma çifayda, it Zahidin yolunu buraxmırdı. Sonda əlacsız qalan Zahid qaçmaq istəyərkən it arxadan tullanıb Zahidin əbasını yırtdı. Qəzəblənən Zahid: "Sən nə axmaq itsən belə! Çörəyimi almağın bəs deyildi, hələ üstəlik əbamıda yırtdın" deyə qışqırdı. İt uca Allahın inayəti ilə dil açıb Zahidə dedi: "mən axmaq deyiləm. Mən 4 ildir ki, bu çobanın qapısında nökərəm. Səhər tezdən onun qoyunları ilə gedər, axşamda qaş qaralan kimi qayıdıram. Bu 4 il ərzində yeməyimi az-çox verdi, bəzən məni unudurdu və gecələrlə mən ac qalırdım. Amma yenədə başqa qapıya üz tutmadım. Kimsənin əlinə baxmadım. Ac vaxtımda da, tox vaxtımda da bu qapıda dayandım. 5 gün Allah ruzi kəsdi deyə nə tez başqa qapıya üz tutdun? İndi sən de, mənəm axmaq ya sən?" 

Zahid artıq səhvini başa düşmüşdü. Bir əlindəki azuqəyə baxırdı, birdəki göylərə. İndi qəhərlə dolmuş ürəyi yalnız Allahdan bağışlanma diləyirdi. Və budur göy guruldadı, yağış yağdı."

Bəli sevgili oxuyucu məndə sənin kimi bu hekayəni oxuyanda gözlərim dolmuşdu. Keçmişimə qayıdıb etdiyim səhvlərə görə çox peşman olmuşdum. Sən demə ruzini axtarmaqla deyil, zəhmət çəkməklə qazanmaq lazım imiş. 

Bəzən biz gecə-gündüz bir çiçək üçün çalışırıq - zəhmət çəkirik, dost-tanışdan kömək istəyirik amma Allahın bizim üçün hazırladığı bağçadan xəbərsizik. Bir işimiz alınmadı deyə həmən üzülür və təssüf hissi keçiririk amma unutma ki, bu yolun sonu deyil. Qarşıda səni nələrin gözlədiyini bilə-bilməzsən. 

Sənə həyatımdan bir misal çəkmək istəyirəm. Bu ilin aprel ayında magistr təhsilim üçün Türkiyyə universitetlərinin birindən qəbul almışdım. Amma qəbulu təsdiqləmək üçün illik təhsil haqqının ən 50%-ni ödəmələyidim. Borc-xərc elədim, bir həftə ərzində dayanmadan çalışdım ki, o pulu düzəldim amma çifayda. Alınmadı. Həqiqətən bu mənə çox pis təsir etmişdi. Depressiv bir hala düşmüşdüm. Vaxt gəldi yetişdi və mən Azərbaycanda da magistra qəbul oldum. Amma eyni vəziyyət burda da var idi və bu dəfə mən təhsil haqqının 50%-ni deyil, tam məbləği ödəməliydim. Qeydiyyatın bitməsinə son 2 gün qalmış mənim bütün təhsil haqqım tapıldı və mən bu pulu ödədim. Geriyə isə özümə layiqli iş tapdım və ola biləcəyimdə daha çox xoşbəxt oldum. Mən o buğdanı tapdım. Sən demə səhv yerdə axtarırmışam. Buğda bağçada deyildə, məhz daş masada bitibmiş.


7
Müəllif
Şərhlər