Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Həyatımdakı insan narsistdir?
18 aprel 2024 04:23
309

Həyatımdakı insan narsistdir?

Tez-tez narsizm terminini eşidirik, nədir bəs narsizm? Narsist insan görəndə onu necə tanıyaq? Ümumiyyətlə bu narsistlər bizim üçün təhlükəlidir? Bütün bu sualların cavabını əslində hər birimiz bilirik. Necə? Təəssüf ki hamımızın həyatında müxtəlif zaman dilimlərində narsist insanlar olub, amma qalıcı olmayıblar. Çünki onların zərərini anlayıb uzaqlaşdırmışıq. Soruşsam ki, məktəb vaxtı yaxın bir dostun var idi, indi hanı o? Deyəcəksən, doğrudan, elə biri var idi, amma yavaş-yavaş aramızda məsafə yarandı, indi heç bilmirəm ki, hardadır, nə edir. Çünki şüuraltın sənə mesaj verib, o zəhərlidir, səni zəhərləməmiş uzaqlaş ondan. Vay o hala ki, sən narsist adamı tanımayasan, onun manipulyasiyasının qurbanı olasan. Bəli, düz eşitdiniz, narsistlərin ən sevdikləri oyun qurbanlarını manipulyasiya etməkdir. Manipulyasiya sizi məhv edə biləcək dərəcədə təhlükəlidir. Ətrafımızda bir çox insan narsist ola bilər, ən anlaşılmayanı isə münasibətdə olduğunuz şəxs yəni partnyorunuzdur. Hisslər mövzuya qarışanda məntiqli düşünməyi unuduruq. Öz aramızdır, hansımız sevməmişik ki? Amma bu sevgi həyatımızdan daha vacibdirmi, bir düşünək. Sevgilisi tərəfindən maniplyasiya olunan insanlar bir müddət sonra özlərini onun gözü ilə görməyə başlayır və getdikcə dəyərsiz olduqlarına inanırlar. Narsist sevgili nə edir? Sən ona bəyəndiyin saç rəngini və ya saç kəsimini modelin üzərində atırsan və deyirsən, bax mən də belə etmək istəyirəm. Aldığın cavab isə çox güman belə olacaq:

  • Çox qəşəngdir, amma bu modelin üzərində belə görünür, sən o model kimi deyilsən, incimə. Sonra peşman olmağını istəmirəm.

Sizi düşünürmüş kimi edir, əslində isə sizin ağlınıza ilk şüphə toxumunu atdı, mənə hər şey yaraşmaz, mənim çatışmayan cəhətlərim də var axı, qüsursuz deyiləm. Diqqətli olun, bu böyük bir problemin ilk siqnalıdır. Narsist sevgililəri aydınlaşdırmaq üçün indi psixologiyada yeni terminlər də var. Love bombing, gaslighting, ghostling. Bunlar haqqında da geniş danışarıq, ona qədər isə siz düşünün, heç narsist insan tanıyırsınız? 

5
Müəllif
Şərhlər