Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Məlumat Keyfiyyəti və Onun İdarəçiliyi
12 avqust 2024 15:35
305

Məlumat Keyfiyyəti və Onun İdarəçiliyi

 Məlumatın keyfiyyəti, məlumat əsaslı qərarların dəqiq və düzgün bir şəkildə qəbul edilməsi üçün vacib bir meyardır. Təqdim etdiyimiz məlumatın keyfiyyəti, istifadəçinin konkret ehtiyaclarına görə müxtəlif komponentlərdən ibarət olacaq. Bəzən məlumatın dəqiqliyi daha vacib ola bilər, bəzən isə məlumatın zamanında çatdırılması önəmli ola bilər. Həmçinin, məlumat dəstələrində təkrarlanan qeydlərin olmaması da mühüm ola bilər. Bu komponentlərin əhəmiyyəti konkret istifadə məqsədindən asılıdır.

Keyfiyyət İdarəçiliyi.

 Sizlərdə məlumat keyfiyyətinin nə olduğu barədə kiçikdə olsa bir təsəvvür yaratdıq, gəlin məlumatın keyfiyyət idarəçiliyi barədə danışaq.

Məlumatın keyfiyyəti idarəçiliyi, təşkilat daxilində yüksək keyfiyyətli informasiya təmin etməyə yönəlmiş bir praktikalar(Proseslər) toplusudur. Bu tərifdə vurğulamaq istədiyim əsas məqam informasiya sözüdür. Burada yüksək keyfiyyətli məlumat deyil, yüksək keyfiyyətli informasiya qeyd olunur. Bu, məlumatın keyfiyyəti idarəçiliyinin təşkilatda yalnız məlumatın keyfiyyətini artırmaq məqsədini daşımadığını anlamaq üçün vacib bir prinsiptir. Son məqsəd şirkətin ümumi performansını artırmaqdır, çünki daha yaxşı məlumat keyfiyyəti daha yaxşı informasiya təmin edir, daha yaxşı biznes qərarları qəbul etməyə kömək edir və bu, nəticədə şirkət performansını artırır.

Beləliklə, məlumatın keyfiyyəti idarəçiliyinə yatırım etmək, təşkilatınızın ümumi performansını artırmaq üçün edilir. 


Məlumatın keyfiyyəti idarəçiliyi bu 3 əsas prinsip altında hərəkət edərək məlumat keyfiyyətini artırırlar.

  1. Məlumat Profilinqləri: Məlumat profilinqləri, mövcud məlumatın cari vəziyyətini anlamaq üçün başlanan bir prosesdir. Bu proses, məlumatın keyfiyyəti standartları ilə müqayisə edilməsi məqsədini güdür və təşkilatda məlumatın keyfiyyətindəki inkişafı qiymətləndirmək üçün bir meyar müəyyən etməyə kömək edir.
  2. Məlumatın Keyfiyyətinin Təyini: Bu mərhələdə məlumatın necə görünməli olduğunu müəyyən edən keyfiyyət qaydalarını təyin edirik. Bu qaydalar, biznes məqsədlərimizə əsaslanır və növbəti dərslərdə məlumatın keyfiyyəti qaydaları bölməsində daha ətraflı müzakirə ediləcək.
  3. Məlumatın düzəldilməsi: Bu mərhələdə, müəyyən edilmiş keyfiyyət standartlarına uyğun gəlməyən məlumatı düzəltmək üçün ən yaxşı yolu müəyyən edirik. Bu, biznesin fəaliyyətinə mümkün olan ən az problemlə təmin edilməlidir.


Məlumatın Keyfiyyət Ölçüləri.

Məlumat Profilinqini həyata keçirmək üçün məlumat keyfiyyətini necə ölçəcəyik?

Məlumatın keyfiyyəti yalnız məlumatın dəqiq olması ilə məhdudlaşmır. Məlumat dəqiq ola bilər, amma eyni zamanda bəzən məlumat unikal olmaya bilər, fərqli datasetlər arasında uyğunluq göstərməyə bilər və ya tamamlama səviyyəsi aşağı ola bilər. Məlumatın keyfiyyətini daha yaxşı başa düşmək üçün, məlumatın keyfiyyəti ölçülərini anlamaq lazımdır.


  • Dəqiqlik(Accuracy): Məlumatın dəqiqliyi, məlumatların real dünyadakı vəziyyəti dəqiq şəkildə əks etdirməsini ifadə edir. Yəni, məlumatlar, məsələn, işçilərin adları, telefon nömrələri və digər məlumatlar, gerçək dünya məlumatları ilə uyğun olmalıdır.

Məsələn: 

  1. Cədvəldə gördüyünüz "United Kingdom" yerinə "United Kin" yazılması, bu asanlıqla aşkarlana bilər.


  •  Etibarlılıq (Validity): Məlumatın etibarlılığı, məlumatın gözlənilən format, növ və aralığa uyğun olub-olmadığını yoxlayır. Yəni, məlumatın düzgün olub-olmadığı deyil, məlumatın müəyyən edilmiş qaydalara uyğun olub-olmadığı əhəmiyyətlidir.

Məsələn:

  1. Telefon Nömrələri: Telefon nömrələri eyni formatda olmalıdır. Məsələn, telefon nömrələrinin area kodu mötərizədə olmalıdırsa, bütün telefon nömrələrində bu format qorunmalıdır. Əgər bir telefon nömrəsi format qaydalarına uyğun gəlmirsə, bu, etibarlılıq problemini göstərir.
  2. Tarix Formatı: Tarixlər müəyyən bir formatda təqdim edilməlidir.


  •  Vaxtındalıq(Timeliness): Məlumatın vaxtındalığı məlumatın gözlənilən və tələb olunan zamanda əlçatan olmasını təmin etməkdir. Bu anlayış, məlumatın yenilənməsi ilə qarışdırılmamalıdır. Məlumatın vaxtında olması, məlumatın lazım olan anda əldə edilə bilməsi deməkdir. Elə məlumat dəstləri varki, bu məlumat dəstləri vaxtında analiz edilmədikdə öz dəyərini itirir. Bu tip məlumatlarda məlumatın vaxtındalıq keyfiyyət metriki ön plana çıxır.


  • Tamlıq(Completeness): Məlumatın tamlığı, müəyyən bir məqsəd üçün tələb olunan bütün məlumatların mövcud və əlçatan olması deməkdir. Bu o demək deyil ki, hər bir məlumat sahəsi 100% dolu olmalıdır, lakin kritik məlumatların tamlığı təmin edilməlidir.

Məsələn:

  1. Cədvəldə gördüyünüz doğum tarixi(Date of Birth) sütununu ələ alaq, müştəri seqmentləri yaradarkən istiadə olunan vacib bir məlumatdır.


  • Unikallıq (Uniqueness): Məlumatın unikallığı, bir məlumat dəstində təkrarlanan qeydlərin sayını ölçür. Məlumat unikaldırsa, yalnız bir dəfə mövcud olmalıdır. Bir qeyd bəzən bəzi sahələri fərqli olsa belə, təkrarlana bilər.

Məsələn:

  1. Employe ID'i 5 və 8 olan iki məlumat sətrimiz var. Eyni şəxsi məlumatlara sahibdirlər. Bu, məlumatın təkrarlanması deməkdir və məlumatın unikallığı prinsipini pozur.


Uyğunluq (Consistency): Məlumatın uyğunluğu, fərqli məlumat dəstləri arasında olan məlumat dəyərlərinin bir-biri ilə ziddiyyət təşkil etməməsi ilə əldə edilir. Bu, eyni məlumatın bir neçə fərqli dəstdə eyni olması deməkdir. 

Məsələn:

  1. Bir cədvəldə ID' i 5 olan bir müştərinin adı başqa əlaqəli bir cədvəl eyni fərqli yazılıbsa, uyğunluq pozulub.


Məlumat keyfiyyəti təşkilatların uğuru üçün həlledici əhəmiyyət daşıyır. Yüksək keyfiyyətli məlumatlar, daha dəqiq və effektiv qərarların qəbuluna imkan yaradır, bu da ümumilikdə şirkətin fəaliyyətini gücləndirir. Məlumat keyfiyyəti idarəçiliyi proseslərini tətbiq etməklə, təşkilat təkcə məlumatların deyil, həm də informasiyanın keyfiyyətini artırır, bu da rəqabət qabiliyyətini yüksəldir. Bu səbəbdən, məlumat keyfiyyətinə investisiya qoymaq, uzunmüddətli uğurun əldə edilməsi üçün vacibdir.



6
Müəllif
Şərhlər