Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Mən 40 şirkətin CEOu ilə görüşdüm və bunları öyrəndim.
3 mart 2024 13:28
354

Mən 40 şirkətin CEOu ilə görüşdüm və bunları öyrəndim.

2023-cü il mənim ən çox dərs çıxartdığım il oldu. Çox şey öyrəndim

Öyrənmək normalda iki yolla baş verir. Ya gedib təlimçiyə pul verirsən, səni öyrədir, ya da çətin yoldan, səhv edərək öyrənirən. Startapçılar daha çox 2-ci yoldan keçirlər.

Əgər şanslısansa, başın daşa dəyməmiş öyərənə bilirsən.

Amma məsələ budur ki, dəyəndən sonra da heç vaxt öyrəndiklərini yaddan çıxartmırsan.

Mən çox səhvlər etmişəm və bəzi startup CEOlar mənə böyük dərslər öyrədib və mənə çox kömək ediblər.

ElmXa görə 40dan çox CEO, CTO və digər C-level nümayəndələrlə görüşdüm. Hər bir şirkət rəhbəri ilə görüşdükdə nə qədər yanlış yolda olduğumu, səhv etdiyimi anlayırdım. Ən maraqlı bilirsiz nədir? İndi də səhv edirəm və bunu bilmək üçün bəlkə də hansısa rəhbərlə tanış olmalıyam.

Bu yazımda çalışacağam heç bir insan və şirkət adı çəkməyim və CEOları nömrələrlə qeyd edəcəyəm(CEO 1)

CEO 1

Mənim ilk görüşdüklərim arasında təhsil mərkəzinin təsisçiləri yer alırdı. Yanılmıramsa, yaz ayları idi və Yaşar(CTO/ElmX) və Ruslan(CMO/ElmX) ilə birlikdə getmişdim şirkətə. Bizi çox yaxşı qarşıladılar və bunları öyrəndim:

  • Rəqiblərini iki dəfə analiz et
  • Marketingə daha çox önəm verməlisən
  • Satış strategiyanı əvvəlcədən müəyyənləşdir

Bu görüş avqust ayında olmuşdu və mənim həyatımda hələ də təsiri var. Görüş bir kafedə baş tutdu və bu insan deyərdim ki, Azərbaycandakı Simon Sinek idi.

Həqiqətən “fuck up”larımın sayını o görüşdən sonra itirdim. Bunları öyrəndim.

  • Əgər B2B biznes modelin varsa, mütləq bir şeyi yaratmamışdan qabaq get bir neçə şirkətə danış.
  • Heç vaxt tələsmə
  • Qarşılıqsız kömək etməyi öyrəndim
  • MVP(minimum mümkün məhsul) hazır deyilsə, reklama 1 qəpik də pul xərcləmə
  • Pitch deckim bərbad gündə imiş və mükəmmək problem və solution necə olmalıdır.
  • Problemi bir cümlə ilə göstər
  • Bazarı tez-tez araşdır
  • Brending önəm ver
  • Mütləq roadmapin olsun

CEO 3

Bu görüş sentyabr ayının əvvəllərində, yenə bir kafedə, tarqovuda olmuşdu və 30 dəq gecikmişdim(məndən asılı deyildi)

Bu CEO bizim dolayı rəqib idi və bizə mənə çox kömək oldu.

  • müştərin yoxdusa, investora getmə
  • ideya nə olursa, olsun, satmırsansa, o dəyərsizdir.
  • Komandanı başlanğıc üçün çox böyütmə

CEO 4

Bu şirkət rəhbəri ilə görüş avqust ayının sonunda olmuşdur və Xaçmazdan gəlmiş görüş üçün. Bu görüş partnyorluq üçün nəzərdə tutulmuşdu, amma işlər gözlənildiyi kimi getmədi, amma böyük bir dərs aldım:

Hər kəs sənin partnyorun ola bilməz, hamını məmnun edə bilməzsən

Mən bu dərsi aldım və hətta bu CEO ilə görüş mənim üçün maraqlı təcrübə oldu. Ghosted edilməyə başaldım, mesajlara baxmaq, amma cavab verməmək. Koordinator təyin etmələrinə baxmayaraq, kommunikasiyanı davam etdirməmələri. Nəsə etməli idim. Bilirdim ki, bu CEO əslində böyük bir qrupa tabedir və Qrupun CEOu Linkedində tapdım və hər şeyi ona izah elədim. Qrupun CEOu bütün məsələni araşdırdı və problemin özlərində olduğunu etiraf elədi və hətta mənə öz telegram hesabını verdi. Bu insan möhtəşəm idi. Daha sonra mənə həmin koordinator cavab göndərdi və beləliklə problem həll edildi.

CEO 5

Bu görüş yanılmıramsa, yaz ayında olmuşdur və bu insan həqiqətən bizə kömək etmək istəyirdi və mənə bu dərsi verdi.

Qətiyyən saatı 30 man olan co-working yerlərə pul xərcləmə.

Bir kofe alıb, hansısa kafedə saatlarla işləyə bilərsən.

6
Müəllif
Şərhlər