Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Mənə bir mən lazım, bir də anlayan (Mövlana)
7 may 2024 19:16
438

Mənə bir mən lazım, bir də anlayan (Mövlana)

Ruh nədir? İndi bu mətni oxumazdan əvvəl beynində olan hər şeyi bir kənara qoy. Bütün dünyəvi qayğılardan kənar olmağa çalış. Sənə bir neçə deyəcək sözüm var: sən kimsən? və ya kim olduğuva necə əmin ola bilirsən? Sualın cavabından asılı olmayaraq onu deyə bilərəm ki, sən cəmiyyət üçün çox dəyərli insansan. Sən bu günlərə qədər öz ayaqların üstündə böyük çətinliklərlə gəldin. Hətta bu mətni oxuduğun mobil cihazını və ya notebookunu əldə etmək üçün bəzi şeyləri qurban vermisən. Bu günə qədər çox insan tanıdın, çox insanların əsl sifət və zatların gördün. Sənə qarşı haqsızlıqların da çox olduğunu bilirəm. Haqqının yeyildiyini, sənə lazım olan qaydada dəyər verilmədiyini də bilirəm. Günün sonunda günəş qürub edərkən üzüvü göylərə tutub kömək gözlədiyini də bilirəm. Göylərdən cavab gəlmir? Gəlir... gəlir... Sadəcə o cavabı eşitmək deyil, görmək lazımdır. Məgər sən çətinə düşəndə Tanrı sənə köməyə gəlmədimi? Sən tək qalanda qəlbivi Öz nuruyla parıldatmadımı? Sənə gələcək və gəlməkdə olan bəlaları görəsən deyə çətinə salmadımı? Düşünmə ki, sən sıradan bir insansan. Xeyr, sən ən dəyərli və ən lazımlı adamsan. 

Tanrı bizi necə yaratdı? Həqiqətən də O, bizləri bir nütfədən yaradıb, Öz nurundan üfləyib can vermədimi? O bizi varlıqların ən alisi olaraq yaratmadımı? 

Müsəlman ümmətində və zoologiya elmində bir qayda var: "Heyvanın başını üzü qibləyə kəsin". Bu ona görədir ki, heyvanın içində insan həyatı üçün zərərli olan bütün çirkli qanlar axıb getsin. Bəs sual yaranır ki, heyvanı başı aşağı sallayanda qanı axmır? 

Sevgili dost, Kəbə daşını müqəddəs edən nədir? Kəbə daşını müqəddəs edən onun böyük enerjidən ibarət olmasıdır. Kainatı, qalaktikaları, heyvanları, dağları-daşları və insanları həyatda saxlayan enerjidir. Hansı ki, Tanrının bizi yaradanda özündən bizə üflədiyi o enerji - yəni RUH.

Bu bir az dərin məsələ olduğu üçün mən sənə o qədər geniş məlumat verə bilmərəm. Çünki bunları sən özün araşdırmalı və qəti bir qərara gəlməlisən. Bunun üçün mən sənə bir neçə açar verə bilərəm. Birinci Qurani-Kərimi və İncili Azərbaycan dilində oxumaqdır. Ardıyca isə İmadəddin Nəsimi və Ruminin yaradıcılığını araşdır. O zaman ruhun nə olduğunu, harda olduğunu anlayacaqsan. 

Unutma ki, biz Ondan yarandıq və Ona da qayıdacayıq. 

Hörmətlə sənin dəyərli insan olduğundan əmin olan yazar...

6
Müəllif
Şərhlər