Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Neftin qiyməti niyə qlobal iqtisadiyyat üçün vacibdir?
30 yanvar 2024 18:10
394

Neftin qiyməti niyə qlobal iqtisadiyyat üçün vacibdir?

Neft dünya miqyasında ən vacib əmtəələrdən biridir və ÜDM'nin təxminən 3%-ni təşkil edir – neft məhsulları kimyəvi maddələrdən və gübrələrdən tutmuş geyim, yanacaq və hətta günəş panellərinə qədər hər şeydə tapıla bilər. 

İqtisadiyyat böyüdükcə neftə tələbat artır və bu da inflyasiyanın artmasına səbəb olur. 2020-ci ildə pandemiya səbəbiylə neftə tələbat azaldı və bu iqtisadi aktivliyi kütləvi şəkildə aşağı saldığı üçün tarixdə ilk dəfə neftin qiyməti sıfırdan aşağı düşdü. Hazırda isə neftin qiyməti 82 dollar/barel səviyyəsindədir. Bu qiymət artımına nə səbəb oldu və neftin qiyməti niyə bu qədər dəyişkəndir?

Bunun üçün üç əsas səbəbi qeyd etmək olar:

  1. İqtisadi artımın maksimum həddə çatmasının neftə tələbatı artırması: COVID-19 başlayanda iqtisadi aktivliyin və neftə tələbatın azalması müşahidə edildi. Üstəlik, iqtisadi böhranın nə dərəcədə ağır olacağı və nə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənlik var idi. Bu amillər neft qiymətlərini onilliklər ərzində görünməmiş çox aşağı səviyyəyə çatdırdı və hətta qiymətin mənfi 40 dollara düşməsi müşahidə olundu. Bu çətin dövr bir neçə ay çəkdi. Sonra neft və neft məhsullarına tələbi artıran iqtisadi canlanma baş verdi. İndi təxmin edilir ki, neftə tələbat pandemiyadan əvvəlki səviyyəyə qayıdıb və ya onu keçib. 
  2. Uzun investisiya dövrləri və ehtiyatlı kapital ayırmaları səbəbindən məhdud neft tədarükü: OPEC yavaş-yavaş neft hasilatını artırır, lakin məhdud ehtiyat gücü ilə bazara həddindən artıq tədarük etməmək üçün ehtiyatlı davranır. Ehtiyat gücündən başqa, neft hasilatı çox uzun investisiya dövrlərinə malikdir. Bu proses mənbələrin yoxlanılmasından ilk istehsala qədər on il çəkə bilər. Bəzi qeyri-ənənəvi mənbələr daha sürətli istehsalı təmin edə bilər, lakin onların miqyası məhduddur. Üstəlik, bütün istehsalçılar kapital bölgüsündə ehtiyatlı davranırlar. Çünki, sektorda yeni sahələri inkişaf etdirməmək və kapitalı yaşıl investisiyalara yönəltməmək üçün güclü təzyiq var.
  3. Geosiyasi gərginliklər: Ötən il Rusiya ilə Ukrayna arasında geosiyasi gərginlik və Yaxın Şərqdə artan qeyri-sabitlik neft bazarında narahatlıqları artırdı və qiymətdə bir sıra dəyişikliklər oldu.
Pandemiyadan sonrakı müddətdə neftin qiymətinin artması
Pandemiyadan sonrakı müddətdə neftin qiymətinin artması

İnflyasiya dəyəri

Bu kontekstdə neft qiymətləri inflyasiyanın ən əsas səbəbi deyil, lakin yenə də əhəmiyyətlidir. Neftin qiymətinin artması təkcə yanacaqdoldurma məntəqəsində deyil, demək olar ki, istifadə etdiyimiz bütün mal və xidmətlərdə hiss olunur. Çünki neft ilkin xammal, enerji mənbəyidir və bir çox şeylərin daşınmasında istifadə olunur.

Nizamlı enerji keçidi

Hazırda bir çoxumuzu bir sual düşündürür. İnsanlar iqlimə uyğun alternativlərə müraciət etdikcə artan neft qiymətləri bərpa olunan enerji bazarı yaradacaqmı?

Yüksək neft qiymətləri elektrik nəqliyyat vasitələri və hidrogen kimi digər alternativlərin iqtisadiyyatını yaxşılaşdırır və digər potensial həlləri dəstəkləyir, lakin bərpa olunan enerjiyə birbaşa təsir göstərmir. Çünki bərpa olunan enerji neftin birbaşa əvəzedicisi deyil və real dünyada bərpa olunan enerji ilə bağlı vəziyyət o qədər də sadə deyil.

Bəs nefti gələcəkdə nə gözləyir?

Ümumi gözləntilər ondan ibarətdir ki, neft qiymətləri uzunmüddətli dalğalanmalar göstərəcək. Hər halda, neftin qiyməti qısa müddət ərzində 100 dollar və ya daha çox səviyyədə qala bilər, lakin bu, uzun sürməyəcək. Çünki, ortamüddətli perspektivdə təklif tələbin artmasına uyğun gəlməlidir. Əsas qeyri-müəyyənlik bunun nə vaxt baş verəcəyidir və bu barədə ekspertlər arasında ciddi fikir ayrılıqları var. Bəziləri bu zirvənin bir neçə il, bəziləri isə bir neçə onilliklər ərzində baş verəcəyini söyləyirlər.

Enerji istehsalında dəyişim (mavi-neft, göy-günəş enerjisi)
Enerji istehsalında dəyişim (mavi-neft, göy-günəş enerjisi)

Hazırda bütün dünyada enerji istehsalına sərmayə qoymağı dayandırmaq üçün təzyiq var, lakin buna ehtiyacımız olduğunu başa düşməyə də ehtiyac var. Ona görə də 2050-ci ilə qədər enerji keçidi ilə bu balansı tapmalıyıq. Məsələ keçidi zəiflətmək deyil, keçidin istehlakçılar, əhali və sənaye tərəfindən idarə olunmasıdır. Bu, təkcə “Big Oil”-in deyil, hər birimizin vəzifəsidir. Əks halda, bizi çox nizamsız bir gələcək gözləyir.

8
Müəllif
Şərhlər