Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Planlamada 5 nüans
7 dekabr 2023 20:06
452

Planlamada 5 nüans

Peşəkar və karyera həyatımız üçün qoyduğumuz hədəflərə çatmağın yolu planlamadan keçir."Planlı bir axmaq plansız bir dahini məğlub edə bilər"-demişdi Warren Buffett.

Planlama uğur ilə uğursuzluğu,zəfərlə məğlubiyyəti bir-birindən ayıran mühüm nüansdır.Hər birimiz kiçik ya böyük olsun gündəlik planlar qururuq.Bunlara nail olmamızda bizim motivasiyamız,disiplinimiz və iradə gücümüz böyük rol oynayır və bunlara da planlama əhəmiyyətli təsir göstərir.

Bəs planlamanı necə yerinə yetirək ki uğur ehtimalımız daha yüksək olsun ? Necəki hədəflərimiz planlarımızdan asılıdır,bu cür də planlama bu 5 nüansdan asılıdır : 

Spesifiklik: 

Plan qurarkən geniş hədəflər yerinə detallı və net hədəflər təyin etmək planın ilk adımıdır.Misal olaraq kitab oxuyacam,ingilis dili öyrənəcəm spesifik bir plan deyildir.Bucür planlar işimizi bizə çətin və böyük göstərə həmçinin stresə sala bilər.

Bunun yerinə bu vaxt ərzində,günün bu hissəsində,bu hissəni oxuyacağımızı planlamaq daha effektlidir.Net hədəflər təyin edərkən nəyi istədiyimiz və nə edəcəyimiz bizə daha aydın olur.Və sonrasında bunu necə edəcəyimizi tapmağımızı asanlaşdırır.

Ölçüləbilənlik: Hədəfinizə çatdığınızı bilmənizi təmin edəcək şeyləri müəyyənləşdirin.Tutaq ki ixtisasınız üzrə kitab bitirməyi hədəfləmisiniz və bütün materialı bitirmisiniz.Hədəfinizə çatdığınızdan əminsiniz ? Oxuyub bitirməyiniz bütün materialı bildiniz mi deməkdir ? Bunu ölçməsəniz,test etməsəniz hədəfinizə çatıb çatmadığınızı bilməyəcəksiniz.Bu da sizə imtahan yaxud müsahibə anlarında çətinlik yaradacaq.

Çatıla bilən: Çətin ama realist olaraq çata biləcəyiniz hədəflər seçin.Əgər gəliriniz ayda 1000 azndən ibarətdirsə "bu il 50.000 pul qazanacam" çox çətin və reallıqdan uzaq bir plan olar.Siz bunun yerinə sizin üçün daha az çətin və reallığınıza uyğun plan qurmalısınız.Məsələn bu məbləği 5.000-ə çatdırmaq,daha sonra 10.000-ə və bunlara çatdıqca bir pillə də bunların üstünə.

Əlaqəli: Hədəflərinizi şəxsi inkişaf planınızla əlaqəli hala gətirin.Demək istədiyim odur ki,bizneslə məşğul olmaq planınız varsa,şəxsi inkişafınız üçün etdiklərinizi buna uyğunlaşdırın.

Son tarix: Hədəfinizə çatmaq istədiyiniz bir bitiş tarixi seçin.Bu ertələməni aradan qaldıracaq,işinizi gün və ya saatlara bölmənizi təmin edəcək,uzatmadan maksimum effektlə işlənəyinizə gətirib çıxaracaq və s.

4
Müəllif
Şərhlər