19 Mart 2025 15:02
•
84 baxışPOSCRİB`in ilk çoxseriyalı ssenerasi AYPARA`nın yeni sezonu nə zaman ?
- İlk bölümü 21 Aprel 2024-cü ildə təqdim edilən və ilk sezonu 6 bölümdən ibarət olan, İdeya və Ssenari müəllifi olduğum AYPARA çoxseriyalı ssenarisi, yeniyetmə Qızlardan ibarət basketbol komandasının sıfırdan qalibiyyətə doğru gedən yolculuğunu POSCRİB platformunun oxuyucularına təqdim etmişdi. İlk bölümə bu zamana qədər gələn baxış sayı 617, 6 bölümün toplam baxış sayı isə 2919`du.
- POSCRİB`in ilk çoxseriyalı ssenarisi AYPARA`nın yeni sezonu nə zaman başlayacaqmı ? Yeni sezonda oxuyucuları hansı sürprizlər gözləyir ? Bütün bunlardan əlavə, 2015 - ci ildən ssenarilər yazan biri olaraq, Ssenari sahəsinə töhvə verəcəyim #dahaFərqli ilk nədir ? NV oxuyucularını necə bir fərqlilik gözləyir ?
- AYPARA çoxseriyalı ssenarinin yeni sezon bölümləri ÇOX YAXINDA POSCRİB platformunda təqdim ediləcək. Yeni sezonda oxuyucuları yeni personajlar, bir - birindən fərqli hadisələr gözləyir. Macəra, komediya və romantik dolu yeni sezon bölümləri üzünüzdə təbəssüm, qəlbinizdə sevgi yaratmağa davam edəcək !
- Digər tərəfdən, 2025 - ci il ərzində "Ölkənin ilk özəl və #dahaFərqli ssenari" platformu fəaliyyətə başlayacaq. Adını "reklam" olmasın deyə, bura yazmıram.) Amma, onu deyə bilərəm ki, həmin platformda həm mənim, həm də mənim kimi həvəskar, qeyri - peşəkar və peşəkar ssenaristlərin müəllifi olduğu ssenarilər təqdim ediləcək. İstifadəçilər tamamilə ödənişsiz qeydiyyatdan keçərək, ssenariləri pulsuz oxuya, şərh yaza və bəyənə biləcək. Hələki, bu qədər məlumat bəsdi.)
- Uzun sözün qısası, POSCRİB `də də həm #dahaFərqli məqalələr paylaşmağa, həm də AYPARA `nın yeni sezon bölümlərini təqdim etməyə davam edəcəm. Dəstəyiniz üçün TƏŞƏKKÜRLƏR !
4