Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Startupın mənə öyrətdiyi 19 dərs
27 fevral 2024 19:18
381

Startupın mənə öyrətdiyi 19 dərs

Hədiyyə olaraq çıxartdığım dərsləri sizinlə paylaşacağam. Bu nəticələrə gəlməyim mənə çox vaxta və pula başa gəlib. Bu dərslər əsasən startup təcrübəmdən gəlir. ElmX bu il ən böyük müəllimim oldu. Gəldiyim bu nəticələrlə bəlkə razılaşmayacaqsınız. Bəlkə mən də 1 il sonra bəzi nəticələrdə fikrimi dəyişdim.

Şirkətə solution ilə get, şirkətə təkcə passiv gəlir qazandırmaq solution deyil. Bir şirkətin məsələn siz olmadan 100k qazanması və sizinlə birikdə 105k qazanırsa siz problem həll etmirsiniz. Ona 10k qazandıran şirkəti görən kimi müqaviləyə xitam verəcək. Doordash xatırlayın. Adamlar yalnız çatdırma ilə məşğul olmur, həm də restoranlara sifarişçilərin datasını verir.

Sektordakı bütün şirkətlər sənin partnyorun ola bilməz. ilk “yox” cavabından sonra anladım. Sektorun eyni olması partnyor olmağınız üçün bəs etmir. Hər şirkətin öz satış strategiyası var.

Sənə qarşı səbəbsiz yerə asshole olan insan əslində hamıya qarşı elə davranır. Yəni onun xasiyyəti budur

B2B Məhsulu yaratmamışdan qabaq mütləq potensial şitkətlərə ən azından prototipi göstər.

Pitch deck presentation zamanı pitch daha önəmlidir, deck də önəmli olsa da onu pitch edə bilməyəndə əhəmiyyəti qalmır.

Heç kimin startapına deyə bilməzsən ki, tutacaq ya tutmayacaq. Çoxları yanılıb.

Azərbaycanlılar daha çox hardware sevir, software satmaq bir az çətindir.(yavaş- yavaş düzəlir)

Erkən mərhələlərdə komandaya çox üzv alıb scale etməyə çalışma. Qrafik dizayn, marketing və hr funsiyalarını özün də öyrənə və görə bilərsən. Sonradan böyüyəndə komandaya daxil edərsən.

Universitetlər startuplarla əməkdaşlığa açıq deyil. Hətta bir uni mənə "biz özəl sektorla işləmirik" demişdi. Elə demişdi ki, elə bil qeyri-qanuni işlə məşğul oluruq.😂

Zamana yaxsa pula önəm verirlər deyə soruşsanız bizlər daha çox pula önəm veririk. Ölkədə 1 milyondan çox insan bəzən 2 həftə gözləyir ki, trendyoldan daha ucuza gəlsin məhsul. Əslində daha çox orta təbəqə belədir. Sən kiməsə desən ki, mənə pul ödəməklə digərlərindən zamanda 2 dəfə öndə olacaqsan bir az çətin ola bilər.

Öyrənməyin yaşı olmaz deyirlər, bəzi şeylərin yaşı var əslində. Məktəbdə və universitetdə bizə sadə bacarıqlar: təqdimat etmək, dinləmək, danışıqlar aparmaq, məsuliyyət almaq-vermək öyrədilmir. Startapa atılanda yoxluqlarını hiss etdim və dərhal öyrənməyə başladım. Bizə məktəb yaşından bir şey öyrədilir: Susmaq qızıldır. Bu da sizə listening skills:)

Professionallardan öyrən. Mən startapa yeni başlayanda tanıdığım ən yaxşı startapçı və mentorlarla görüş təyin etdim və hər birinə təşəkkür edirəm. Biri mənə yox demədi və səhvlərimə gülmədilər.

Əgər deyirsən ki, biz bir "ailə"yik( çox şablon və yanlış ifadədir) günün sonunda ailə başçısı olaraq pul gətirməyi də, yəni satışı bacaracaqsan.

Bir sektora atılanda niyə sualını özünə ver. Yəni niyə İT kursu açıram, niyə kuryer, taxi şirkəti açıram.

Startapçısansa "fuck off"(yəni yox cavabı) cavabı almağa hazır olacaqsan. Apple təqdimatını xatırlayan var aranızda: Bizim bir "hə"mizin arxasında 10 "yox" var.

Təsisçilərdən biri çalış technical olsun. Yoxsa həqiqətən çətin olacaq.

"Bəzi" sözü əslində boş sözdür, heç nə ifadə etmir. Bir dəfə investora some companies demişdim və o gülmüşdü və izah elədi ki, bu sözdən nəyə görə qaçınmalıyam.

Kimisə gözlətmə! zoomda belə olsa, heç kəsin mənə borcu yoxdur.

Çoz az insan sənə yaşına, təcrübənə görə güzəştə gedəcək. Biznes biznesdir. Günün sonunda her kes kendi ekmeyinin peşindedir.

Ümid varam 2024-cü il üçün bu yazım çoxlarına kömək edəcək.

Daha çox hədiyyə üçün: elmx.me

Bizi izlə: https://www.instagram.com/elmx.az?utm_source=ig_web_button_share_sheet&igsh=OGQ5ZDc2ODk2ZA==

8
Müəllif
Şərhlər