Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Tələbənin kabusu
15 dekabr 2024 16:33
119

Tələbənin kabusu

BÜTÜN TƏLƏBƏLƏR VARLANACAQ!

Azadlıq- 5 yaşımıza qədər davam edən bir prosesdir. 6-18 yaş məktəb həyatı, 18-22 yaş universtet bitirdikdən sonra isə cəmiyyətə atılır və ailə qayğıları başlayır. Həqiqətən 5 yaşımızadək bizdən heçnə tələb olunmur. Bəs biz ömrümüzün qalan hissəsini azad yaşaya bilərik? Bu mümkündür. Lakin, burda bir nüansı unutmayaq. BALANS. Həyatda balansı tutanlar və onu idarə edənlər hər zaman azad yaşayacaqlar. Bəs maddi azadlıq. Bəli bu gün xüsusilə tələbələrin əsas problemlərindən birindən danışaq. Tələbələr universteti bitirəndə ortada qalır? Cavablar məlumdur. Universtet vaxtı heçnə etmir və öz üzərində işləmirlər. Bunu çox eşitdik gəlin indi bunun həllinə fokuslanaq. Ortalama bir tələbə universtetə başlayarkən ilk öncə araşdırmaq yerinə işləmək, sürücülük vəsiqəsi almaq və hardasa satıcı, kassir, ya da ofisant işləməyi düşünür. Bunun mövzusunu sonra danışaq. Çünki, uzun və müzakirəyə açıqdı. Bəs tələbələr niyə araşdırmır? Niyə özünü sadəcə yuxarıda verilənlərlə əziyyətə salır. Cavabı sadədi. Çünki, onlar qaranti pul alacağı aşağı gəlirli işi seçirlər. Niyə belə dedim. Bunu aşağıda görəcəksiz. Tələbələrin 99.9%-də telefon var. Lakin, heç biri onu istifadə edə bilmir. Siz bilirsiz bu gün xarici gənclər chatgpt ilə ayda 8000 dollar qazanır. İlk öncə youtube kanalı açılır chatgpt ilə kontent mətni yazdırılır. Daha sonra xüsusi səsləndirmə üçün istifadə olunan süni intellekt ilə bu mətnlər səsləndirilir. Video-qrafikalar birləşdirilir və yotube videosu hazırlanır. Mövzu və ya məzmun isə gəncin ixtiyarındadır. Başqa bir yanaşmaya nəzərə salaq. Siz yaxşı proqramçısınız. Dostunuz dizaynerdir. Digər bir dostunuz isə çox yaxşı kontent və bloq yazarıdı. Siz üçünüz çox möhtəşəm bir reklam-marketinq fəaliyyəti ilə məşğul ola bilərsiniz. Hazırlayacağınız layihələri yerli və xarici şirkətlərə sataraq möhtəşəm qonorar və gəlirlər əldə edə bilərsiz. Belə dostlarınız yoxdursa, universtetinizdə inan ki, belə istedadlı insanları tapa bilərsiz sadəcə axtarıb-araşdırmalısız. Yenə gəlirik araşdırmaya. 

Əgər hüquqda oxuyursansa, qanunları və konistitusiyanı araşdır analiz et təhlilini apar. Öz yanaşmalarını və təkliflırini irəli sür. Bəlkə elə təklifin və yanaşman oldu ki, bu çox bəyənildi və səni dəyərləndirdilər. İngilis dilində oxuyursansa, xarici ədəbiyyatları oxu, xarici elmi məqalələri əldə et, xarici məlumatları tərcümə edib onları səmərəli şəkildə sata bilərsən. Bu sənin özünə qalıb artıq. İstədiyini mövzunu seç və araşdır. İT-də oxuyursansa, möhtəşəm ideyaları olan insanlar üçün tətbiqlər yarat, web saytlar qur, sənin beynin, əlindəki bacarıqlar və səmərəli fəaliyyətin sənin ən böyük silahındır. SİLAHINI İNDİDƏN İSTİFADƏ ET. 

6
Müəllif
Qasım
0 izləyici
Şərhlər