To take advantage of all the features of the platform
Register
or
Log in
azAzerbaijani
enEnglish
November 4, 2023 at 7:28 PM
2292

Dizaynın tarixi təkamül mərhələləri

Dizayn- bu sözün bir çox variantı çoxumuza tanışdır. Desək ki, sözün ilkin forması ibtidai insanların sadə əmək alətlərini daha fərqli formada dəyişdirməsi ilə ortaya çıxıb, bəlkə də yanılmarıq. İlk dizayn nümunələrini elə bu alətlər hesab edirlər.

Dizaynın yaranma tarixi 19-cu əsrin ortalarına təsadüf etsə də, əsas formalaşması 20-ci əsrdə baş verib. Bu isə sənaye istehsalının intensiv inkişafı ilə əlaqədardır.

Daha çox yaradıcılığın və kreativliyin tələb olunduğu bu sənətin müasir dövrdə bir neçə növü inkişaf edib. Bəzi ənənəvi dizayn sahələrinə aşağıdakılar daxildir:

Qrafik Dizayn: Müasir dövrdə çox tez-tez rastladığımız bu dizayna mesajları çatdırmaq üçün vizual məzmun yaratmağı əhatə edir. Buraya çap, rəqəmsal media, brendinq və marketinq materialları üçün dizayn nümunələri daxildir.

Sənaye Dizaynı: Bu sahə həm estetika, həm də funksionallığı vurğulayan məhsulların dizaynı ilə əlaqədardır. Sənaye dizaynerləri məişət texnikası, mebel, istehlak malları və daha çox şeylər üzərində işləyirlər.

İnteryer Dizaynı: Yaşayış, ticarət və ya ictimai mühitlərdə estetika, funksionallığı nəzərə alaraq daxili məkanların dizaynına diqqət yetirir.

Moda Dizaynı: Geyim, aksesuar və digər geyinilə bilən əşyaların yaradılmasını əhatə edir.

UX/UI Dizaynı: İstifadəçi Təcrübəsi (UX) Dizaynı və İstifadəçi İnterfeysi (UI) Dizaynı rəqəmsal təcrübələr yaratmağa yönəlib. Bu mütəxəssislər vizual elementlərə və interfeys dizaynına diqqət yetirirlər.

Memarlıq: Memarlıq dizaynı estetika, funksionallıq, təhlükəsizlik və davamlılığa diqqət yetirərək binaların dizaynı və tikintisi ilə məşğul olur.

Məhsul Dizaynı: Bu dizayn daha çox fiziki məhsulların formasını, funksiyasını və istehsalını nəzərə alaraq spesifik inkişafına diqqət yetirir.

Daha populyar olar qrafik dizaynla bağlı araşdırmalarımızın nəticəsini təqdim edirik.

Qrafik dizayn təkcə veb-saytdakı və ya reklamdakı gözəl şəkillərdən ibarət deyil. Bu, uzun illər ərzində inkişaf etmiş bütöv bir elmdir. Beləliklə, biz sizə qrafik dizaynın yaradılması və inkişafının bütün tarixini danışmağa qərar verdik.

Qrafik dizayn müəyyən bir mesajı çatdırmaq üçün qrafik elementlərin yaradılması və birləşməsi ilə məşğul olan bir yaradıcılıq sahəsidir. Bu sənət növü insanların evlərinin divarlarına rəsm çəkməyə başladığı qədim dövrlərdə yaranmışdır.

İlk daş təsvirlər mağara divarlarında tapılıb və qrafik dizaynın ilk nümunələri hesab edilir. Bu dizaynlar kömür və digər təbii materiallardan istifadə etməklə yaradılmışdır.

Sivilizasiyanın inkişafı ilə qrafik dizayn daha mürəkkəb və müxtəlif oldu. Qədim Misirdə qrafik dizayndan heroqliflər və digər simvollar yaratmaq üçün istifadə olunurdu.

Qədim Yunanıstanda isə qrafik dizaynla məbədləri və digər ictimai binaları bəzəyən mozaika və freskalar yaradırdılar.

1796-cı ildə Sənaye İnqilabının inkişafı və litoqrafiyanın ixtirası ilə ilk jurnallar, reklam broşürləri və afişaları meydana çıxdı.

20-ci əsrdə kompüter və qrafik proqram təminatının ixtirası ilə qrafik dizayn daha da əhəmiyyət kəsb etməyə başladı. Bu gün qrafik dizayndan loqoların yaradılması, məhsulun qablaşdırılması, reklam kampaniyaları, veb dizayn və s sahələrdə istifadə olunur.

1922-ci ildə Lazarus Mark Sherinqton Shell üçün ilk loqotipi hazırlamağa başladı. Kimin ağlına gələrdi ki, qabıqlı bir balıqqulağı şəkli bir şirkəti simvolizə edəcək? Lakin Şerinqton bunu bacardı.

 1936-cı ildə Helvetica şriftinin ilk versiyası yaradıldı və bu, dünyada ən populyar şriftlərdən birinə çevrildi. 1950-i illərdə isə “minimalizm” istiqaməti ortaya çıxdı.

1990-cı illərdə isə internetin yayılması sayəsində qrafik dizayn daha da əlçatan oldu. İndi hər kəs öz veb-saytını və ya loqosunu özü yarada bilər. Ancaq bu, peşəkar dizaynerlərə olan tələbatın azalması kimi anlaşılmamlıdır.

Və beləcə günlərimizə gəlirik. Bu gün qrafik dizayn həyatımızın ayrılmaz hissəsidir. Biz onun nümunələrini hər yerdə görürük: küçələrdə, mağazalarda, saytlarda. Və onlar getdikcə daha daa mükəmməlləşirlər.

Qrafik dizaynda bütün prosesləri həyata keçirən, bir çox sifarişçilərin “sehrbaz” hesab etdikləri dizaynerlərdən də danışaq.

Orijinal və yenilikçi ideyalar yaratmaq bacarığı dizaynda əsasdır. Yaradıcı düşüncə konsepsiyanın inkişaf etdirilməsində və unikal dizaynların yaradılmasında sizə məhz bu meyarınız kömək edəcək.

Hər bir dizaynerdə mütləq estetik hiss və zövq olmalıdır. Dizayna diqqət yetirmək və estetikanı yaxşı başa düşmək çox vacibdir. Bu, rəng, balans, tipoqrafiya və vizual kompozisiya yaxından duymağı əhatə edir.

Dizayn proqramlarında və alətlərində işləməyi peşəkar şəkildə bacarmaq dizayner üçün vacibdir. Bunun üçün Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign), Sketch, Figma və ya digər dizayn proqramlarından istifadə etməyi bilməlisiniz.

Dizayn həm də detallara diqqətli olmağı tələb edən sahələrdəndir. Ona görə də, əlinə “maus” alan dizayner hər bir incəliyə həssaslıqla yanaşmalıdır. Müasir dövrdə yaxşı və tələbata uyğun olan bir dizayner olmaq istəyirsinizsə, yenilikləri daim izləməli və öz üzərinizdə işləməlisiniz!


4
Author
Comments