To take advantage of all the features of the platform
Register
or
Log in
azAzerbaijani
enEnglish
Filosofun qeydləri #2 - Həyat davam edir.
May 25, 2024 at 5:44 AM
362

Filosofun qeydləri #2 - Həyat davam edir.

Azərbaycanın məhşur gənc yazarlarından biri olan Rövşən Abdullaoğlunun bir kitabı var idi "Çətin olsa da həyat davam edir". Kitabın adı kimi içində yazılanlarda çox möhtəşəm idi. Kitabı oxuduqca həyat motivasiyam daha da artır, yaşamaq eşqim coşub-daşırdı.

Həyatdakı çətinliklər hələ uşaq yaşlarımızdan başlayır. Amma kiçik yaşlar kiçik problemlər yaradır. Biz böyüdükcə sevgili dost, bizim problemlərimizdə böyüyür. Gəl ilk problemimizi xatırlayaq... çətindir? Əlbətdə çətin olacaq. 

  • Görəsən yer üzündə özünü anladığı anda ilk probleminin nə olduğun xatırlayan var? 
  • Bəs bundan öncə yazdığım postu (Filosofun qeydlər - Onlar necə də ölürlər) oxuyarkən hansı problemi oldğunu xatırlayan var?

Bəlkə də var, bəlkə də yox. Deməyim odur ki, problemlər "mühit" kimidir. "Mühit" yaranmır və yaradılmır. "Mühit" həmişə var, olub və olacaq. Problemlərdə "mühit"dən yaranır. Bəs neyləyək? Qaçaq? Qalıb mübarizə aparaq? Bilmirəm... Bildiyim tək şey var ki, həyatımız anında daha gözəldi.

Fərz edək ki, dünən atanla problemin var idi və onunla danışmırdın - küsmüşdün. Bu gün isə o problemin yoxdur - çünki atanda yoxdur. Bu üzücü bir şeydir. Bəzən elə insanlar olur ki, deyirsən "kaş yanımda olaydı da problem yaşasaydım" və ya "onunla bütün problemlərə varam". Unutma ki, sevgili dostum problemlər həmişə var, olub və olacaq.

Bu gün, elə bu dəqiqə qalx və 5 fərqli adamdan uşaqlığı ilə bağlı fikirlərin soruş. Görəcəksən ki, heç kim normal uşaqlıq keçirməyib. Hamı çətinliklə bu həddə gəlib çatıb. Bəs niyə? Çünki yaranışda bu işıqlı dünyaya biz cəza olaraq göndərilmişik. 

Tanrının bağında hər şey əla idi. Adəm və Həvva üçün heç bir çətinlik və ya problem yox idi. Amma onlar o meyvəni yedilər. Qəzəblənən Tanrı Adəmdən sonra gələcək nəsli işıqlı dünyada yaşamaqla cəzalandırdı. Və biz doğulandan - ölənə qədər problemlərlə qarşılaşmağımızın sirri də budur. Üzülmə, sadəcə bax gör Tanrı bizə ayədə nə deyir: "sənin qəlbinin daraldığın bilirik". 

Unutma dəyərli dostum dərdi dünya olanın, dünya boyda dərdi olar. Çətin olsa da həyat davam edir. 

7
Author
Comments