To take advantage of all the features of the platform
Register
or
Log in
azAzerbaijani
enEnglish
OneAnotherDesigner
June 25, 2024 at 5:24 PM
159

OneAnotherDesigner

Bir dəfə qrafik dizayner olaraq bir müsahibəyə qatılmışdım və orada məndən başqa vakantlar da var idi. Müsahibə alan şəxs "Növbəti vakant?",-deyə səslənəndə qapının yayında duran adam əli ilə məni göstərib "Bu da bir başqa dizayner",-dedi. Bu söz xoş gəlməmişdi, çünki dizayn sənətinə qarşı hörmətsizlik olduğunu düşündüm, həmçinin dizayner insanlara...


   Sonra oturub düşünəndə bu söz biraz da satirik gəlməyə başladı. Freelance olaraq işlədiyin bir dövrdə sadəcə artığa qalan işləri həvalə etdikləri biri olmağa başlayırsan və "Oneanotherdesigner" olursan😅


   Bu blog platformumuzda qrafik dizayn başda olmaqla elm, texnologiya, incəsənət, təhsil kimi, bir çox mövzuda yazılarımı və fikirlərimi bölüşəcəm❤️


   Oxucularıma "Aqromnu" salamlar🔥

4
Author
Comments