To take advantage of all the features of the platform
Register
or
Log in
azAzerbaijani
enEnglish
The power of Energy
November 6, 2023 at 8:11 PM
543

The power of Energy

Yazmaq..

Bundan sonra hər gün yazmalıyam, çünki, başqasına danışmaq əvəzinə burada özümə danışıram, özüm özümü dinləyirəm və ən əsası, özüm özümə məsləhət verirəm. Başqasına danışdığın zaman bu ətrafında olan insanların xarakterinə, bilik səviyyəsinə, dinləmə qabiliyyətinə görə dəyişir. Amma səni səndən yaxşı heç kim tanıya və ən əsası, səni səndən daha gözəl, heç kimi nə başa düşə, nə də ki, dinləyə bilər.

Bundan sonra plannerimdə olan günlük edəcəklərim listinə bir punkt da əlavə olundu:

“Dəyişmək, inkişaf etmək istəməyən heç bir şəxsə köməklik göstərmə, enerjini özünə saxla!"


Enerji

Artıq bir neçə həftədir ki, bu punkt sayəsində enerjimi başqalarına sərf etmir, məhz özümə saxlayıram, bu da axşam saatlarında, ümumiyyətlə gün ərzində yorğun yox, daha yaxşı olmağıma gətirib çıxarır.

Fərqinə belə varmırıq ki, biz kimlərəsə məsləhət verdiyimiz zaman və ya yaxın dostlarımızdan tutmuş, görüşdüyümüz insanlara kimi, kimlərisə dinlədiyimiz zaman, həmin dinləmə üçün biz öz bədənimizdən enerji sərf edirik. Amma bu enerjini biz lazımi qədərini istifadə edib, qalan hissəsini özümüzdə saxlaya və zehni, həmçinin mənəvi cəhətdən daha sağlam olar bilərik.

Bəli, hər şey, elə məhz sağlamlıqdan keçir. Keçən dəfəki postumda yazdığım kimi, sağlamlığımız yerində olmadığı təqdirdə qurduğumuz planların, gələcək xəyalların, hədəflərimizin heç bir mənası yoxdur. Nədə ki, olmayacaq da!

Yaxşı deyiblər;

Ağzımızdan çıxan söz belə, enerjidir, öz təsir gücü var və o öz təsir gücü ilə, sadə bir söz kimi görünsə də, əslində bütün bir günümüzə, həmçinin gələcək həyatımıza təsir edir.

Bunun bir çox sübutuna iş və şəxsi həyatımda qarşılaşdığım insanlarda şahidi olmuşam.

”İnsanlar ağzından çıkan kelimelerin ve beyninden geçen düşüncelerin, bütün evreni dolaşıp tekrar onlara geri döndüğünü bilse, eminim çok daha dikkatli olurdu.” (Albert Einstein)

NYT Bestseller və motivational Coach kimi tanınan Tony Robbins bir çox video-izahında, səhər oyandığımız zaman, gözümüzü açar-açmaz ağzımızdan çıxan tək kəlmə bir sözün belə günümüzə necə təsir etdiyini dəfələrlə izah etmişdir. “Yox əşşi, nə enerji qismətim belə gətirib, belə də olacaq” deyirlər çox zaman hər hansı bir iş alınmayanda, bir cəhətdən doğrudur, qəribə bilirsiniz mi nədir?

İstənilən mövzuda izahlar gətirilən zaman, bir mövzunun tətbiqi bütün insanlar üçün eyni olmur, yəni hamımızın bildiyi kimi, yeganə fərq yenə “İnsan faktorudur” - Fərman Mikayılzadə

Çünki, Allaha inanan biri olaraq, bir şey alınmadığı zaman, bəlkə də bundan daha xeyirlisinin olacağına inananlardanam, yetər ki, bir uğursuzluqdan sonra çökməyək, ayaq üstə, daha dik və daha təcrübəli olaraq, həyatımıza davam edək, bilmirəm, bilirsiniz yoxsa yox, amma inanın ki, həyatda “Davam etməkdən” başqa zövqverici heçnə yoxdur:

  • Bütün ailəsini qəzada itirmiş şəxs, bir müddət deppresiyada olur, amma nə olur olsun, daha sonra davam etməyə qərar verir ”
  • “Yarışlarda dəfələrlə uduzmuş idmançılar və ya iş görüşmələrində dəfələrlə uğursuqluğa vadar olmuş namizədlər, nə olur olsun, daha sonra yenidən cəhd etməyə başlayırlar.”

Hər nə olur olsun, hər nə baş verirsə versin, insanlar hər şeyə rəğmən davam edirlər, bu yolu seçirlər, ən gözəli də bilirsiniz mi nədir?

“İnsan daha çox uğursuzluğa düçar olduqca, əgər davam etməyi seçirsə, mütləq öz istədiyinə tam nail olmasa belə ondan bir aşağı səviyyəyə çatır, və o zaman artıq daha təcrübəli bir şəkildə, öyrəndiklərini başqalarına öyrətməyə, daha təmkinli və daha səbrli olmağa başlayır.”

Ümid edirəm ki, qəlbinizdə kiçik belə olsa, bir qığılcım oyada və həyat yolunuzun yaxşıya doğru dəyişməsi yolunda kiçik də olsa addım atmağınıza kömək ola bildim.

Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm.

Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa bilərsiniz!

Növbəti yazılarda görüşənədək!

Sevgilərlə,


Fərman Mikayılzadə


3
Author
Comments