Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
8 Mart Beynəlxalq Qadınlar Günü

8 Mart Beynəlxalq Qadınlar Günü

  8 Mart Beynəlxalq Qadınlar Günü, dünya üzrə Qadınların sosial, iqtisadi, mədəni və siyasi uğurlarını qeyd etmək və qadın hüquqları uğrunda mübarizəni xatırlamaq məqsədi ilə qeyd olunur. Bu gün, Qadınların bərabərlik və ədalət uğrunda mübarizəsinin simvoluna çevrilib və hər il dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə qeyd olunur.

  8 Mart Beynəlxalq Qadınlar Gününün kökləri 20 - ci əsrin əvvəllərinə qədər uzanır. 1908 - ci ildə ABŞ`da tekstil fabriklərində işləyən Qadınlar daha yaxşı iş şəraiti, daha yüksək əmək haqqı və səsvermə hüququ uğrunda mübarizə apararaq küçələrə çıxdılar. Bu etirazlar zamanı qadınların hüquqları uğrunda mübarizəsi daha da gücləndi.

   1910 - cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən "Beynəlxalq Sosialist Qadınlar" Konfransında, Almaniyanın sosial-demokrat partiyasının üzvü Klara Zetkin qadınların bərabər hüquqları uğrunda mübarizəni simvollaşdıran bir gün təsis edilməsini təklif etdi. Bu təklif qəbul edildi və ilk dəfə 1911 - ci ildə Avstriya, Danimarka, Almaniya və İsveçrədə qadınlar günü qeyd olundu.

   8 Mart tarixi isə, 1917 - ci ildə Rusiyada baş verən inqilabi hadisələrlə əlaqədar olaraq seçildi. Rusiyada qadınlar "çörək və sülh" şüarı altında aclıq və müharibəyə qarşı etiraz aksiyaları keçirdilər. Bu hadisələr nəticəsində 8 Mart, Qadınların mübarizə günü kimi qəbul edildi.

    8 Mart yalnız Qadınların məişət və ailə həyatındakı rolu ilə yanaşı, onların cəmiyyətdəki bərabər hüquqlarını və fəaliyyətini qeyd etmək üçün bir fürsətdir. Bu gün qadınların iqtisadi, siyasi və sosial sahələrdəki uğurlarını qiymətləndirmək, həmçinin Qadın hüquqları uğrunda davam edən mübarizəyə diqqət yetirmək üçün istifadə olunur.

   Dünyanın bir çox ölkəsində 8 Mart əsasən çiçəklər, xüsusilə də mimozalar ilə qeyd olunur. Bu gün Qadınlara hörmət və sevgi nişanəsi olaraq hədiyyələr verilir, təbrik mərasimləri keçirilir. Lakin, 8 Mart yalnız bayram deyil, həm də Qadınların hüquqları uğrunda mübarizə günüdür.

   Azərbaycanda da 8 Mart, Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün Qadınlar ailələrində, iş yerlərində və ictimai həyatda xüsusi qayğı və hörmətlə qarşılanır. Dövlət səviyyəsində Qadınların sosial müdafiəsi, onların hüquqlarının qorunması və bərabər imkanların yaradılması üçün müxtəlif tədbirlər həyata keçirilir.

   Azərbaycan Qadınları tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynamışlar. Müasir dövrdə də Qadınlar elm, təhsil, mədəniyyət, siyasət və iqtisadiyyat sahələrində uğur qazanaraq ölkənin inkişafına töhfə verirlər.

   8 Mart Beynəlxalq Qadınlar Günü qadınların bərabərlik, ədalət və azadlıq uğrunda mübarizəsinin simvoludur. Bu gün yalnız qadınların nailiyyətlərini qeyd etmək deyil, həm də onların hüquqları uğrunda davam edən mübarizəyə diqqət yetirmək üçün bir fürsətdir. Qadınların cəmiyyətdəki rolu və əhəmiyyəti heç vaxt unudulmamalıdır.

   8 Mart bütün qadınlara hörmət, sevgi və bərabərlik günüdür ! 

   Unutma ! #dahaFərqliSən , Qadın ! Bayramın mübarək !

4
Şərhlər