Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
12 мая 2024 г. в 12:34
337

AYPARA - 4.Bölüm

                 … 3 ay əvvəl … 


Səhnə1. Otel.                 İç. Axşam

Qara ayaqqabı, qara rəngli kostyum - şalvar və ağ rəngli köynək geyinmiş Elgün, otelə daxil olur. Dəhlizlə irəliləyib, liftə yaxınlaşır. Liftə minərək, 2’ci mərtəbəyə çıxır. Elgün liftdən çıxıb, dəhlizlə irəliləyir və 207 nömrəli otağın qapısı qarşısında dayanır. Qapını döyür, qapını Gülay açır. Elgün qarşısında qırmızı rəngli gecə geyimində sarışın Gülay’ı görür.. 


Elgün:

-Gülay’ım.) 


Gülay Elgün’ün qalstukundan yapışaraq, onu otağa çəkir və qapını bağlayır…


Səhnə2. Otel.                  İç. Səhər. 

Gülay otaqdakı ayna qarşısında dodağına dodaq boyası (pamada) çəkir. Bu vaxt otağın qapısı döyülür. Gülay qapını açır və qarşısında Bahar'ı görür.. 


Gülay:

-Bahar ? 

Bahar:

-Özüdürki var, Gülay. 


Bahar və Gülay bir - birinə baxır. Saniyələr sonra isə, onlar qucaqlaşır… 


*


              … 1 həftə əvvəl … 


Səhnə3. Kafe.                   İç. Səhər. 

Kafedəki masa arxasında Bahar və Gülay əyləşib.. 


Gülay:

-Bahar, məncə, sən bir daha düşün. Bir şərəfsizə görə karyeranı bitirməyə dəyərmi ? 

Bahar:

-Başqa yol yoxdur, Gülay. Mən onsuz həyatımın ən böyük səhvini edib, Elgünlə evlənmişəm. Bundan sonra, səhv etsəm belə vecimə deyil. Yadındadır, 3 ay əvvəl qurduğumuz planımız. Bizim bir hədəfimiz vardı, Elgünü məhv etmək. Təsəvvür et, Elgün’ün bizdən başqa neçə Qadın qurbanı var. Biz onlardan sadəcə ikisiyik. Üstəlik, basketbol adı altında Qızlara da pis gözlərlə baxır. Bunun bir sonu olmalıdır, ya yox ?! Sən də sağol ki, 3 aydı hər dediyimi etdin. Sən olmasaydın, Elgünü tələyə düşürə bilməzdim. 

Gülay:

-Nə yalan deyim, itin güvənini qazanmaq o qədər də çətin olmadı. Nə də olmasa, belələri üçün güvən önəmli deyil, qarşı cinsdən olsun bəss edir. Amma, yenə deyirəm, dəyərmi karyeranı məhv etməyə, Bahar ? 

Bahar:

-Dəyər. Həm mən karyeramı tam olaraq məhv etmirəm. Əksinə, Elgünü məhv edəcəm, edəcəyik. 

Gülay:

-Başa düşdüm. O zaman uğurlar sənə.) 

Bahar:

-Təşəkkürlər.) 


Səhnə4. Foto Studio.        İç. Günorta. 

Bahar və Musa studiyada söhbət edir.. 


Bahar:

-Hər şey aydındır da, Musa. Ümid edirəm, başa sala bildim səni.) 

Musa:

-Aydındı, Bahar.) Amma, birşey deyim, Elgün mənim şərəfsizliyimdən şübhələnsə, batdıq.

Bahar:

-Sən aktyor olmaq istəmirdin, Musa ? Al, bu da sənin rolun. Həm də sən deyil, o şərəfsizlik edir. Ona görə də ürəyini buz kimi saxla.) 

Musa:

-Haqlısan.) 

Bahar:

-Mənə bilmədiyim birşey de.) Hadi, başlayaq çəkilişə. Hə, birdə, az əvvəl çəkdiyimiz videonu da mən sənə xəbər edəndə media nümayəndələri ilə bölüşərsən. Son olaraq, bu çəkilən şəkilləri montajda açıq - saçıq etmək olur da ? 

Musa:

-Olur, narahat olma.)

Bahar:

-Əla.) Hadi, sən get indi.) 


Musa otaqdan çıxır. Bahar’ın şəkillərini Qadın fotoqrafçı çəkir… 


*


             … İndiki zaman … 


Səhnə5. Məktəb.             Çöl. Səhər. 

Elgün avtomobilindən düşüb, məktəbə doğru irəliləyərək, məktəbin həyətinə daxil olur… 


Səhnə6. Məktəb - İdman zalı.      İç. Səhər. 

Nuray, Gülşən, Aytac və Şəms basketbol oynayır. Bahar ilə Anar və Mələk isə onlara baxır… 


Səhnə7. Məktəb - Dəhliz.             İç. Səhər. 

Elgün məktəbin içərisinə daxil olur. Dəhlizlə irəliləyəndə Aysu ilə qarşılaşır.. 


Elgün:

-Ay Qız ! 

Aysu:

-Mənimləsiniz ? 

Elgün:

-Hə, səninləyəm. Burda balaca Qız uşağı gördünmü ? 

Aysu:

-Bağça deyil burası, məktəbdir. Burda balaca Qız uşağı olmaz. 

Elgün:

-Nə yaxşı dedin məktəb olduğunu, mən bilmirdim. Məktəb olduğunu mən də bilirəm. Amma, az əvvəl bir Qadın, bir Oğlan və yanlarında da bir Qız uşağı daxil oldu. 

Aysu:

-Tualetdə idim, mən görmədim. 

Elgün:

-Yaxşı. İndi, hara gedirsən, bəs ? 

Aysu:

-Sizə nə ! Siz kimsiniz ümumiyyətlə ? 

Elgün:

-O dediyim balaca Qız uşağının atası. Anası olan Qadınla bu məktəbə girdiyini gördüm. 

Aysu:

-Əslində, mən birini tanıyıram. Dünən də gəlmişdilər. Siz böyük ehtimal onları deyirsiniz. Anasının adı Bahar’dı ? 

Elgün:

-Ay səni çox yaşa. Bayaqdan de də, tanıyıram.) Səncə, harda ola bilərlər indi ? 


Aysu və Elgün bir - birinə baxır… 


Səhnə8. Məktəb - İdman zalı.           İç. Səhər. 

Qızlar basketbol oynamağı dayandırır.. 


Nuray:

-Necə idi, Anar müəllim.) ? 

Anar:

-Möhtəşəm idi.) 

Bahar:

-Həqiqətən, oynamağı çox gözəl bacarırsınız.) 

Qızlar:

(birlikdə) 

-Təşəkkürlər.)

Anar:

-Aysu hardadı ? Xəbəriniz varmı ? 

Aytac:

-Bu gün heç görməmişik, müəllim. 

Bahar:

-Dünən evə gedibdirmi, görəsən ? 

Gülşən:

-Bizə burda yatacam, demişdi. 

Şəms:

-Yəqin, tualetdədir. Gələr harda olsa. 


Bu vaxt idman zalının qapısı açılır. İçəri Aysu və Elgün daxil olur. Hər kəs təəccüb içində onlara, onlar da gülümsəyərək hər kəsə baxır.. 


Mələk:

(Elgün’ə doğru qaçaraq) 

-Ata.) ! 

Elgün:

(Mələk’i qucağına alaraq) 

-Qızım, Mələyim.)! 


Mələk və Elgün qucaqlaşır. Bahar ilə Anar və Qızlar onlara baxır.. 


Bahar:

(arxa fonda səsi) 

-Bu həyatda ya ov olarsan, ya da ovçu. İlk başda ov kimi görünə bilərəm, amma, bu dəqiqə əsl ov qarşımda Mələyimi qucaqlayır. Unutmayın ki, özünü ovçu hesab edənlərin özü bir gün ov ola bilir. Basketbolda isə topu səbətə atmaq ilk başda asan görünür, amma, ata bilməzsən. Dəfələrlə atdığın atışlar uğursuz olar. Amma, sonra, tək bir atışın oyunun taleyini bəlli edir. 


Bahar Musa’ya mesaj atır.. 


Mesaj:

-Paylaş videonu. 


Bahar gülümsəyərək Elgün və Mələk’in qucaqlaşmasına baxır… 


              4.Bölümün sonu


3
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər