Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
17 мая 2024 г. в 20:58
306

AYPARA - 5.Bölüm

… Qaldığımız yerdən davam edirik … 


Səhnə1. Məktəb - İdmaz zalı.       İç. Səhər. 

Bahar Musa’ya mesaj atır.. 


Mesaj:

-Paylaş videonu. 


Bahar gülümsəyərək Elgün və Mələk’in qucaqlaşmasına baxır. Amma, sonra, Musa’ya atdığı mesajı hər iki tərəfdən də silir. Elgün Bahar'a yaxınlaşır. Bahar və Elgün üzbəüz dayanır, digərləri isə onlara baxır..


Elgün:

-Daha nə qədər qaçacaqdın ? 

Bahar:

-Qaçmaqmı ? Mən qaçsaydım, indi, səninlə üzbəüz dayanmazdım. 

Elgün:

-Elə bildin Qızımı məndən ayıra biləcən ? Mən qoymaram ki, Qızım da sənin kimi əxlaq.. 

Bahar:

(Elgün’ün sözünü kəsərək) 

-Nə badə o cümləni tamamlayasan. 


Bahar və Elgün bir - birinə sərt baxışlarla, digərləri də onlara baxır.. 


Bahar:

-Bu arada, az əvvəl səni xilas etdim, xəbərin olsun. 

Elgün:

-Xilasmı etdin ? 

Bahar:

-Bəli. Əgər, indi bu dəqiqə həyatımdan, həyatımızdan getməzsən, sənin açıq-saçıq videonu bütün ölkə izləyəcək ! 


Elgün təəccüb dolu baxışlarla Bahar'a, Bahar gülümsəyərək Elgün’ə, digərləri də onlara baxır.. 


Elgün:

-İnanmıram. Yalan deyirsən. Həm sən çoxdan biabır olubsan. İndi də montajlı video ilə məni biabır etməklə hədələyirsən ?! 

Bahar:

-Montajmı ? Real həyat hadisələri əsasında lentə alınmış kadrlar necə montaj ola bilər ki ? Əsl, montaj bilirsənmi nə idi ? Mənim fotolarım ! Bəzən deyirəm, siz kişilər nə qədər də axmaq və sadəlövsünüz. Bir şəklin montaj olduğunu başa düşə bilməyəcək qədər cahilsiniz ! Uzun sözün qısası, ya bizi rahat buraxarsan, ya da onca Qadına göstərdiyin şiddət və təcavüzün cavabını qanun qarşısında verərsən ! 


Elgün və Bahar bir - birinə, digərləri də onlara baxır.. 


Bahar:

(arxa fonda səsi) 

-El arasında bir deyim var, ipini boş buraxma. Bəlkə də, mən zamanında ipini boş buraxmasaydım, bütün bunlar yaşanmazdı. Əxlaq və namus sadəcə biz Qadınlara məxsus bir anlayış deyil. Bəziləri Qadının əxlaqını və namusunu qoruyur, amma, öz əxlaqını və namusunu unudur. Üstəlik, başqa Qadınların da əxlaq - namusu ilə oynayır və pozur. Amma, bilmirlər ki, “ədalətin bumu dünya” dedikləri bu dünyada ədalət gec - tez yerini tapır. İndi, düşünürsünüz ki, mən də Elgün həyatımızdan getdi deyə, onu rahat buraxdım. Xeyr. Bu da ona qurduğum son oyun idi və Elgün yenə məğlub oldu, törətdiyi əməllərinə görə həbs edildi. Bax, gördünüzmü, ədalət yerini tapdı. 


*

… 1 Ay sonra … 


Səhnə2. Məktəb - İdman zalı.             İç. Səhər. 

Nuray, Gülşən, Aytac, Aysu və Şəms idman zalında toplaşıb.. 


Şəms:

-Aranızda bilən var, Bahar bizi niyə çağırıb ? 

Aysu:

-VAllah biz də səninki kimiyik, xəbərimiz yoxdur. 

Aytac:

-Görəsən, nə deyəcək bizə ? 

Gülşən:

-Bəlkə, buralardan gedir, bizimlə sağollaşmaq üçün çağırıb. 

Nuray:

-Getməsin. Çox yaxşı insandı. Həm getsə, Anar müəllim də pis olacaq. Yəqin, bilirsiniz də, Anar müəllim Bahardan xoşlanır.) 

Qızlar:

-Oha.) 

Nuray:

-Nə oha.) ? Gözlərindən hiss olunur. Baxın, bu söhbət aramızda qalsın aaa.) 


Bu vaxt zala Bahar ilə Anar və Mələk daxil olur.. 


Mələk:

-Gəldik eee, gəldik.) 

Qızlar:

-Xoş gəldiniz.) 

Anar və Bahar:

-Sabahınız xeyir, Qızlar.) 

Qızlar:

-Sabahınız xeyir.) 

Bahar:

-Qızlar, indi, hamınız eyni düşünürsünüz ki, Bahar xalanız sizə nə deyəcək.) 

Şəms:

-Bəli, onu düşünürük.) 

Anar:

-Baharın sizə bir təklifi var.) 

Aysu:

-Təklifmi ? Nə təklifi ? 

Anar:

-Geri çevirə bilməyəcəyiniz bir təklifdi.) 

Aytac:

-İddialısınız yəni.) 

Anar:

-Təbiiki də.) 

Gülşən:

-Ay, ürəyimiz partlayacaq, deyin görək.) 

Bahar:

-Sizə birlikdə basketbol komandası qurmağı və 3 il sonra “Narıncı Top” adlı yarışda iştirak etməyinizi təklif edirəm.) 


Qızlar şok dolu gülümsəmə ilə Bahar’a, Bahar isə gülümsəyərək Qızlara, Anar və Mələk də onlara baxır.. 


Bahar:

-Eee, nə deyirsiniz, Qızlar.) ? Qəbul edirsinizmi təklifimi ? 

Nuray:

(Qızlara baxdıqdan sonra) 

-Bəli. Təklifinizi qəbul edirik.) 

Bahar:

-O zaman “Aypara” xeyirli olsun.) 

Qızlar:

-Olsun.) 


Qızlar Bahar'ı, Bahar da Qızları qucaqlaşır. Anar və Mələk də bir - birilə qucaqlaşır… 


*


… 3 il sonra - Bakı şəhəri … 


Səhnə3. Stadion.               İç. Axşam. 

Şərhçi Məlahət oyunu şərh edir.. 


Məlahət:

-Axşamınız xeyir, əziz izləyicilər ! Bakı Olimpiya Stadionundan birbaşa canlı bağlantı ilə NV tv ekranlarındayıq və bu atəşli oyunu mən Məlahət sizə şərh edəcəm ! Bu gün 3 illik fasilədən sonra, Bahar Məmmədova sahələrə geri dönür ! Xatırladım ki, Bahar Məmmədova 3 il əvvəl internetdə yayılan görüntülərinə görə keçmiş həyat yoldaşı tərəfindən kulubdan qovulmuş və basketboldan uzaqlaşmışdı. Daha sonra, o yayılan görüntülərin montaj olduğu, Bahar'ın xəyanətə uğradığı üçün Elgün’ə oyun qurduğu və Elgün’ün onlarca Qadına şiddət - təcavüz göstərdiyi görüntüləri ortaya çıxmışdı. Keçən 3 il ərzində Bahar “Aşiqlər” adlı kənddə yaşamış və həmin kənddə 17 yaşlı 5 Qızı kəşfetmişdi. Məhs həmin 5 Qız bu axşam “Aypara” adı altında meydana çıxacaq ! Aypara’nın rəqibi isə “Qala” komandası olacaq. Qeyd edim ki, bu “Narıncı Top” kuboku üçün keçirilən yarışın ilk oyunudur. Qazanan komanda ¼ finala keçmiş olacaq. Budur, hər iki komandanın Qızları meydana çıxır. Oyunun hakimi isə Anar Məmmədov’du. 


“Aypara “ və “Qala” komandalarının basketbolçu Qızları meydana gəlir. Qızlar yerlərini alır. Bahar və Mələk isə kənarda dayanıb, oyunu izləyir.. 


Tamaşaçılar arasında yaşlı bir kişi əyləşib, yalnız Aysu’ya baxır.. 


Səhnə3. Stadion.             Çöl. Axşam. 

Stadionun qabağına başdan - ayağa qara rəngli paltar geyinmiş və başına da qara rəngli kepka, gözünə də qara rəngli eynək taxmış biri gəlir… 


                 5.Bölümün sonu 


5
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər