Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Diqqətsizliyin altındaki səbəblər
23 декабря 2023 г. в 15:23
597

Diqqətsizliyin altındaki səbəblər

Hamı səndən onu istəyir.

Hamının səndən istədiyi bir mövzu var : “Diqqət”

Hamı və hərşey bizim diqqətimizi istəyir.Sosial şəbəkələr,reklamlar,insanlar və s. hamı özlərinin gəlir və fayda qazanması üçün bizim diqqətimizə ehtiyac hiss edirlər.Bu diqqəti sadəcə fokuslanmaq kimi yox,həm də “vaxt” kimi düşünün.İnsanlar onlara ayırdığınız vaxt qədər qazanırlar.Bu qazancı sadəcə maddi olaraq düşünməyin,həmçinin mənəvi olaraq da belədir.Sosial şəbəkələr onlara ayırdığınız vaxtı artırmaq üçün çox vaxt maraq oyadacaq bildirişlər göndərirlər.Reklamlar reklamverənlərin qazancı üçün marağınızı oxşayacaq tərzdə hazırlanırlar.Burada reklamlara baxmayın,sosial şəbəkələrinizi silin tərzində bir yazı görməyəcəksiniz.Çünki bunlar günümüzün reallığıdır.Burada görəcəyimiz məsələ prioritetləşdirmə barədədir.

Sizlərdən fikirləşməyinizi istədiyim bir mövzu var.İnsanlar diqqətinizi yayındırdıqda prioritetlərinizi düşünüb onlara qayıtmalısınız,və bugün burada bu məsələdə fərqli bir baxış bucağı qazanacaqsınız.İnsanların sizdən istədiklərini öyrəndiniz.İndi isə bu sualları düşünün : Siz nə istəyirsiniz ? Bu diqqətinizi alan nüanslar bu istəyinizə çatmada necə rol oynayır ? Mənfi rol oynayırsa nə etməlisiniz ? Bütün bunlar barədə diqqət nədir,prioritetlərimizi necə müəyyənləşdirməliyik və vaxtımızı necə idarə edə bilərik ? 

Diqqət hiss və düşüncələrimizi bir iş üzərində cəmləmə qabiliyyətidir.Bu qabiliyyət bu dövrün insanında ötən illərdə olduğundan daha azdır,çünki bugünlərdə diqqətimizi yayındıran,diqqət müddətimizi azaldan birçox vasitələr vardır.Beynimiz qısa müddətdə o qədər nüans və məlumat ilə qarşılaşıb ki artıq diqqət müddəti azalıb.Buna ən çox səbəb olan vasitə sosial şəbəkələrdir.Biz bilirik ki sosial şəbəkələrdə məqsədsizcə keçirdiyimiz vaxt bizlər üçün faydalı deyildir,amma bu bizi dayandırmağa yetmir.Sosial şəbəkələrin zərərləri barədə növbəti abzaslarda geniş toxunacağam.

Dedik ki,diqqət bir qabiliyyətdir.Və qabiliyyət sonradan qazanıla bilən və inkişaf etdirilən bir davranışdır.Bəs bu qabiliyyəti necə artıraq ? Diqqəti artırmaq üçün onu o an içində bölə biləcək səbəbləri və ümumi diqqət müddətimizin az olma səbəblərini araşdırıb aradan qaldırmalıyıq.Unutmayın ki,hamı sizdən diqqətinizi istəyir,və sizin istədikləriniz fərqlidir.Ona görə də maraqlarımıza uyğun işlərə diqqət və vaxt sərf etməliyik.Bunun üçün də prioritetimiz olmalıdır : “Əvvəl mən sonra onlar” deyə bilməliyik.Yaxşı tutaq ki diqqətimizi bölə biləcək səbəbləri aradan qaldırdıq.Misal olaraq kitab oxuyuruqsa daha səssiz otağa keçdik,telefonumuzu digər otağa qoyduq,masamızdan artıq vasitələri kənarlaşdırdıq.Bu artıq diqqətimiz yayınmayacaq mı deməkdir ? Xeyr çünki diqqətimizi yayındıran səbəblər iki yerə bölünür kök səbəblər və adi səbəblər.

İş görərkən bizi bölən səbəblər o an üçün keçərlidirsə adi səbəblər,ümumi diqqət müddətimiz azdırsa burada isə kök səbəblər xarakterikdir.Adi səbəbləri nə qədər aradan qaldırsaq da kök səbəbləri araşdırıb aradan qaldırmadıqca o, başqa adi səbəbləri yaradaraq işimizi baltalayacaqdır.Misal olaraq kitab oxumamızda bizi telefonumuzun böldüyünü düşündüyümüz bir anı təsəvvür edək.Tutaq ki o an bu telefon bizim adi səbəbimizdir.Bu halda telefonumuzu bizi narahat etməyəcək bir məsafəyə aparsaq da diqqətimizi böləcək bu səfər bir başqa səbəblərlə qarşılaşacağıq.Amma əslində əsas səbəb,ağlımızın bir başqa işlərin təsirilə mənfi emosiyada olması,kitabın bizdə maraq oyatmaması,kitabın bizi sıxması yaxud da keçmiş mənfi xatirələrimizi xatırlatması və s. ola bilər.

Burada 2 psixologik amili nəzərdə tuturam.Birincisi əsas səbəbləri tapmaq,ikincisi isə prioritetimizə görə hərəkət etmək.Bir əvvəlki abzasda da dediyim kimi bildiyimiz hərşeyi etmirik,burada bu iki psixoloji amil ortaya girir.Əvvəlcə adi səbəblərin arxasındaki səbəbləri axtarmalıyıq,daha sonra ümumi diqqət müddətimizə sosial şəbəkənin təsirinin fərqində olub onlara ayırdığımız vaxtı qısaltmalıyıq.Bütün bunlardan sonra diqqətimizi yayındıracaq istənilən səbəblərə qarşı artıq daha güclü olacağıq.

Sosial şəbəkələrin təsiri


Sosial şəbəkələr saniyələr içində faydalı və eyni zamanda faydasız milyonlarla informasiya təqdim edir.Beynimiz çox qısa periodda xoşbəxtlik hormonu ifraz etdiyi üçün,bu prosesi sevir.Beynimiz biz onu gücləndirmədikcə təmbəlliyə və ətalətə meyil edir.Beynimizi təmbəl bir insan kimi düşünün,necə ki təmbəl insan hardasa heçnə etmədən,çox az iş görərək fəaliyyətini davam etdirir,eynilə beynimiz də elədir.Beynimiz minimum işlə maksimum tətmini arzulayır.Və bu biz onu sosial şəbəkələrdə minimal müddətlə həzz almağa alışdırdığımızda o artıq uzun çəkən,tətmini daha sonra gələn işlərə vaxt ayırmaq istəmir.


Xülasə etsəm,diqqət hamının,xəyallarımızın belə ehtiyacıdır.Buna görə də nəyə və nə qədər vaxt ayırdığımıza baxmalı,bunları araşdırmalıyıq.Və bunlarla bərabər bunları yaradan səbəbləri aradan qaldırmaq ən vacib prioritetimiz olmalıdır.

6
Müəllif
Şərhlər