Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
"Dizayn Layihələrinin Rolu: Peşəkarlığa gedən yolda ilk addımlar"
5 августа 2024 г. в 04:01
753

"Dizayn Layihələrinin Rolu: Peşəkarlığa gedən yolda ilk addımlar"

Müasir dünyada dizayn sahəsinin vacibliyi hamıya məlumdur. Bəs dizayn sahəsini bu qədər vacib edən nədir? 

Düşünün ki,kofe dükanınız var və müəyyən bir kütləyə sahib olmalısınız. Bunun üçün,sattığınız məhsul qədər,məkanın dizaynı və interyeri gözə çarpmalıdır. Hər hansısa bir insan dizaynı və interyeri pis olan yerdə əlbəttə ki, əyləşib kofe içməz. Dizayn bizim məhsullar, məkanlar və s. ilə qarşılıqlı əlaqəmizə təsir etdiyi üçün, bugünkü dünyada mühim rola malikdir . Effektiv dizayn, estetikanı və istifadəçi məmnunluğunu artırır və müxtəlif sahələrin satış bazarında istehsalçılar arasında rəqabət yaradır. Bütün bunları nəzərə aldıqda, dizayn layihələrinin həyata keçirilməsi vacibliyi sualının cavabı avtomatik olaraq aydınlaşır. 

Lahiyələrin təşkili gənclərə nə kimi yardımçı olur?

Dizayn layihəsi,gənclərdə bu sahəyə marağı oyatmaqda,onları peşəkar dizayner etmək yolunda əvəzsiz bir dəstəkdir. Bu layihələr dizaynın müxtəlif qollarında ola bilər. Məsələn, qrafik dizayn, veb dizayn, məhsul dizaynı və s. fərqi yoxdur,əsas olan kütlənin maariflənməsidir. Düşünün,siz bir sahəni çox sevirsiz və daha çox məlumatlanmaq istəyirsiniz. O zaman edəcəyiniz ilk işlərdən biri nə olmalıdır? Əlbəttə ki, maraqlandığınız sahə ilə bağlı müxtəlif fəaliyyətlərə qoşulmaq. Layihədə iştirak edən insanlar,fikir və məsləhətlərə qulaq asıb, bu işdə yaşadıqları hər hansı bir problemi və ya səhvi müəyyən edə və onu necə düzəltmək lazım olduğunu anlamış olur. Bu,bu işə yeni başlayanlara,gələcək karyerasının inkişafı üçün çox vacibdir. Bəzi ideyalar hətta maddi nəticələrə çevrilə bilər. Belə ki,layihələr konseptual ideyaların və dizaynların faktiki məhsullara, xidmətlərə və ya təcrübələrə çevrildiyi yerdir. Hər hansısa bir konseptual fikir,dizayn sahəsində yeniliyə yol aça bilər. Və bu əlbəttə ki,dizaynerin gələcək karyerası üçün böyük motivasiya mənbəyidir. Ən vacib məqamlardan biri də,çox vaxt layihələr komanda şəklində həyata keçirilir. Bu da gənclərə komanda ilə işləməyi, layihə idarəetməsini və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə,ən əsasda sosiallaşmağa yardımçı olur 

Gənclər dizayn layihələrində iştirak edərək bu sahənin müxtəlif yönlərini kəşf edə və öz maraq və bacarıqlarına uyğun bir karyera yolu seçə bilərlər. Layihələr gəncləri gələcəkdəki dizayn karyerasını daha yaxşı başa düşməyə və yönləndirməyə kömək edir. Layihələrinin həyata keçirilməsi məqsədi yalnız “necə yaxşı dizayn etmək olar?” deyil, həm də iştirak edənlərə,gəlcək məqsədləri üçün motivasiya verməkdir. Eyni zamanda layihələr, gənclərə bu işdə özlərini tapmağa kömək edir. Gənclərin işlərini nümayiş etdirmək və potensial işəgötürənlərə və ya müştərilərə öz bacarıqlarını göstərmək üçün lahiyə əvəzsiz bir vasitədir. Gənclər dizayn layihələri üzərində çalışaraq bu sahədə peşəkar imkanları daha yaxşı başa düşə və öz karyera yollarını qura bilərlər.

Layihə təşkilatçıları hər dəfə yeniliklərə qaçmalı və gənclərin etimadını qazanmalıdır. Bu həm lahiyənin böyüməsinə,həm də daha çox insanın məlumatlandrılmasına yol açır. Təşkilatçılar, yerli dizaynerlərdən başqa, xaricdən olan təcrübəli dizaynerləri də layihəyə dəvət etməlidir. Və hər layihə bitdiyində kütlədən razılığı almaq,nəyi bəyənmədiklərini soruşmaq, layihənin böyüməsinə müsbət təsir göstərir. Düşünürəm ki,bu layihələr vasitəsilə gənclər öz potensialını kəşf edir, peşəkar yoldakı addımlarını gücləndirir və gələcəkdə uğurlu bir karyera qurmaq üçün möhkəm əsaslar yaradırlar. Dizayn layihələrinin təqdim etdiyi imkanlardan faydalanmaq, gənclərin şəxsi və peşəkar inkişafına böyük təsir göstərə bilər. Əsas odur ki,bu layihələr daha tez-tez keçirilməli və bu sahədə maraqlananlarla birlikdə maraqlı işlər görülməsidir.


Namik Xəlilov




13
Müəllif
Şərhlər