Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Əməliyyat xərclərini azaltmağın 3 əsas yolu
26 ноября 2023 г. в 09:15
413

Əməliyyat xərclərini azaltmağın 3 əsas yolu

Faktiki olaraq hər bir sahibkar bilir ki, iş dünyasında pul qazanmaq üçün pul xərcləmək lazımdır. Korporativ modeliniz nə olursa olsun, təşkilatınız əvvəlcə düzgün aktivlərə, resurslara və əməyə investisiya etmədən inkişaf edə bilməz.

Şirkətinizin ölçüsündən asılı olmayaraq, onu müvəffəqiyyətli bir şəkildə idarə etmək üçün xərclərinizi mümkün qədər minimuma endirməyə çalışmalısınız. Amma bu, hər şey demək deyil. Bununla yanaşı, siz mənfəətinizi artırmaq üçün yeni yollar da tapmalısınız.

Xərclər nə qədər az olursa olsun, biznes gəlirləri yetərincə yüksək deyilsə, aradakı fərq, yəni mənfəət sizi qane edəcək qədər böyük olmayacaq.

Təəssüf ki, əməliyyat xərclərini azaltmağın ideal yollarını tapmaq göründüyündən daha mürəkkəb ola bilər. Axı, siz həyata keçirdiyiniz strategiyaların təkcə büdcənizi deyil, həm də müştərilərinizi də məyus etməyəcəyindən əmin olmalısınız. Hədəf kütlənizə göstərdiyiniz xidmətin onları qane edəcək qədər keyfiyyətli olduğunu tənzimləmək də bu prosesin danılmaz bir parçasıdır.

Aşağıda qeyd olunan 3 əsas taktiki həmlə sayəsində kiçik və ya böyük bizneslər əldə olunan mənfəət miqdarını xeyli artıra, qoyulan investisiyadan maksimal dərəcədə gəlir əldə edə bilərlər.

1) Təkrarlanan əməliyyatları avtomatlaşdıraraq işçi qüvvənizin gücünə güc qatın

İxtisaslı işçi qüvvəsinə əmək haqqının vaxtı-vaxtında ödənilməsi hər biznesin hesaba qatmalı olduğu ən böyük məsələlərdən biridir. Komandanı idarə edərkən, yeni komanda üzvlərinin işə götürülməsi qiymətindən tutmuş işçilərin işə qəbulu və təliminə qədər müxtəlif xərclər nəzərə alınmalıdır. Üstəlik, rəqabətqabiliyyətli maaş və müavinətlər təklif etdiyinizdən də əmin olmalısınız. Biznesinizdə istedad ehtiyacını aradan qaldıra bilməsəniz də, yatırdığınız investisiyadan mümkün qədər yüksək gəlir əldə etməyə çalışa bilərsiniz.

Tez-tez təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və iş prosesini sadələşdirmək üçün heyət üzvlərinə düzgün alətlərlə yardım etmək, onların daha az vaxt ərzində daha çox iş görməsinə şərait yaradacaq. Bu, həm də əlavə komanda üzvlərinə olan ehtiyacınızı nisbətən aradan qaldırmaqda sizə dəstək olacaq.

Avtomatlaşdırmanın müştəri təcrübəsini təkmilləşdirməyə də yardımı toxuna bilər. Siz bu taktikadan istifadə etməklə azaldılmış insan səhvləri, sualların daha sürətlə cavablandırılması və ümumilikdə, müştərilərin daha yüksək məmnunluq dərəcəsinə nail ola bilərsiniz. Bu və bunun kimi nüanslar sizin və müştərilərinizin əldə edə biləcəyi üstünlüklərdən yalnız bir neçəsidir.

2) İşinizə yarayacaq məlumatları toplayın və rəqibləriniz üzərində üstünlük əldə edin

Data biznesinizin sahib olduğu və ola biləcəyi ən qiymətli resurslardan biridir. O, alıcıları sadiq müştərilərə çevirməyin ən yaxşı yolları haqqında sizi məlumatlandıra, faydalı resurslardan maksimum dərəcədə istifadə etməkdə sizə kömək edə və ya komanda performansını yaxşılaşdırmaq üçün sizə məsləhətlər verə bilər.

Qısası, düzgün dataya sahib olduqda, istifadə etdiyiniz hər bir strategiyadan maksimum fayda əldə etdiyinizdən tam əmin ola bilərsiniz.

Data qaranlıqda əldə tutulan məşəl rolunu oynayır. Onun sayəsində önümüzü görür, bir neçə addımı öncədən düşünmə şansı əldə edir və biznesin gələcəyini təhlükəyə atacaq addımlar atmaqdan qurtuluruq.

3) Biznes partnyorlarınızla mütəmadi olaraq danışıqlar aparın

Əksər şirkətlər mal və xidmətlərin çatdırılmasını təmin etmək üçün müntəzəm işləməli olduqları ən azı bir neçə tərəfdaşa sahibdirlər. İstər material tədarükçüləri, istər logistika şirkətləri, istərsə də istehsalçılarla işləyin. Yol boyu nəzərə alınacaq müxtəlif xərclər mütləq olacaq.

Sövdələşməni yeniləyərkən ən yaxşı şərtləri əldə etdiyinizi güman etməkdənsə, danışıqlara hazır olduğunuzdan əmin olun. Mütəmadi olaraq təchizatçılarınızla əlaqə saxlayın və sadiqliyiniz müqabilində onlardan qiymətdə endirimlər və xüsusi təkliflər istəyin.

Sövdələşmənizdə ən yaxşı şərtləri əldə etmədiyinizi düşünürsünüzsə, alternativ həll yollarına üz tutun. Bəzən sadiqliyiniz iş dünyasında öz bəhrəsini verəcək, lakin vaxtaşırı partnyorları dəyişməyin faydası da danılmazdır.

Biznes dünyasında əsas məqsəd mümkün qədər çox mənfəət əldə etməkdir və hər bir şirkət öz biznes partnyorları ilə bu uğurda qurduqları əlaqələrin gəlirlilik dərəcəsinin yüksək olduğundan əmin olmalıdır.

Doğru qərarlar sizi rəqiblərinizdən bir neçə addım önə keçirəcək

Bütün müəssisələrin nəzərə alınmalı olan əməliyyat xərcləri var. Kompleks bir şirkəti idarə edərkən həmişə müəyyən ödənişlər olacaq, amma bu, pul axınınızı optimallaşdırmaq üçün müəyyən addımlar ata bilməyəcəyiniz demək deyil. Yuxarıdakı strategiyalardan istifadə edərək siz şirkətinizin performansına, reputasiyasına və ya müştərilərə xidmət qabiliyyətinə xələl gətirmədən xərclərinizi minimuma endirməyə başlaya bilərsiniz. Doğru tətbiq olunduqda bu dəyişikliklərin işçilərin mənəvi ehtiyaclarını və müştəri məmnuniyyətini yaxşılaşdıracağını göz ardı etmək olmaz.

Biznesinizi daha səmərəli bir şəkildə idarə etdiyiniz zaman, siz özünüz də daxil olmaqla bütün əsas tərəflər bu yüksəlişi hiss edəcək.

5
Müəllif
Şərhlər