Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Filosofun qeydləri - "Onlar ölürlər?!"
23 мая 2024 г. в 04:23
346

Filosofun qeydləri - "Onlar ölürlər?!"

Salam sevgili dost. Əslində burda qeyd etdiklərimi bir gün kitab halında çap etdirməyi düşünürdüm, lakin uzun müddət düşündükdən sonra isə bunun mənasız olduğun dəqiqləşdirdim. Texnologiyaların bu qədər inkişaf etdiyi dövrdə vizual kitaba insanlar niyə pul versinlər ki? Burdan sizinlə hər gün kitabın bir mövzusun paylaşmağı düşünürəm. Xoş mütaliələr))


  • Onlar necə də ölürlər...

Hər gün universitetə gedən də Koroğlu metro stansiyasında ən azı 15 dəqiqə gözləyirdim (çünki insanlar həddən ziyadə çox idi). Amma heç vaxt düşünməmişəm ki, qatara gecikmişəm, əksinə növbəti qatara 15 dəqiqə tez gəlmişəm deyə düşünürdüm. Kaş insanlarda belə düşünsələr. Hər səhər hamının üzündə böyük və dərin kədər var idi. Hamı tələsirdi. Nəyə görə? Kimə görə? İnan ki, heç özləridə bilmirdilər. Amma hamı tələsirdi.

Bəzənib-düzənən cavan qızlara həsədlə baxan yaşlı metropaliten işçisi, özünü hamıya göstərmək üçün gen-bol gəzən polis nəfəri, müdirin gözünə girmək üçün işə tez gedən menecer, müəllim qayıb yazmasın deyə tələsən tələbə, başını qatmaq üçün oğlan axtaran qız, qızların diqqətini cəlb etmək üçün yarım litr ətir istifadə edən oğlan, cırılmış-yırtılmış ayaqqabılarını hamıdan gizlədən xala, rayondan Bakıya 3 uşaq və yoldaşıyla işləməyə gələn gənc ailə başçısı və başqaları - stansiyada qatar gözləyən hamını bir-bir süzürdüm. Çox maraqlı tiplər var idi. Onlar özlərinin kiçik dairəsində o qədər böyük işlər görürdülər ki. 

HAMI ÖLÜRDÜ.

Bəlkə məndə ölürdüm?! Yox, yox mən onda artıq ölmüşdüm. Sadəcə özümü diri kimi göstərməyə çalışırdım.

Bir qış günü Elmlər Akademiyası metrostansiyasından çıxıb dərsə gedirdim. Bankla üzbə-üz parkın səkiyə düşən pilləkəni var idi. Axşamdan soyuq olduğu və qar yağdığı üçün pilləkən buz bağlamışdı. Hamı oranı ehtiyyatla enib-qalxırdı. Məndə ehmalca düşməyə qərar verdim amma yenədə buna baxmayaraq sürüşüb yıxıldım. Ətrafdakılar heç kim gülmədi. Düşündüm ki, bəlkə artıq cəmiyyət düzəlib və daha yıxılana gülmürlər. Ətrafa baxanda isə hamının öldüyünü gördüm. HAMI ÖLMÜŞDÜ!

Küçə stilli oğlan telefonda ölmüşdü, "BTS"-in çantasın daşıyan qara qısa saçlı qız dinlədiyi musiqidə ölmüşdü, şaxta bağlamış skamyaya söykənən dayday fikirlərində ölmüşdü, parkinqdə maşında oturan ağsaqqal maşının problemlərində ölmüşdü. Hamı ölmüşdü.

Düşündüyüm və yazdığım cümlələr sənə qəribə gələ bilər amma bunun üçün sənə kömək edə bilərəm. Sadəcə ölümün nə olduğun anlamağa çalış.

Ölüm - işıqlı dünyadan ayrılmaqdır.

Ölüm - səninlə Tanrının arasına girən hər şeydir.

Həmin gün orda olanlar da ölmüşdülər. Tanrının bir parçası olan, bir insan övladı buzun üstündə sürüşərək yıxıldı, amma heç kimin vecinə deyildi: indi sən de, ölmüşdülər? yoxsa mən yanılıram, sağ idilər?

Yer üzündə belə rahat, dikbaş gəzən insanların sonu məni çox düşündürür. Onlara sabahın sözünü kim verdi? Kim onları sabah yuxudan oyanacaqları barədə əmin elədi? Kimsə onları bu dünya da mütləq diriltməlidir. O kəs sən ola bilərsən. Amma əvvəlcə özün dirilməyə çalış. "Cəmiyyət" adlı məzardan, "dostlar" adlı kəfəndən, "xəyal və məqsəd" adlanan baş daşından, "dünya" adlanan məzarlıqdan çıx! 

Dünyaya həqiqi insan gözüylə bax. Gözəlliklərdən zövq al. Və diri olduğundan əmin ol)))

7
Müəllif
Şərhlər