Hacı Hacıağa Dadaşov: Bakı şəhərinin inkişafına yönəlmiş xeyriyyəçilik və işgüzar addımlar.
Xeyriyyəçi Hacı Hacıağa Dadaşov 1828-ci ildə Bakıda anadan olub.
Gildiyaçı tacir, milyonçu, uzun müddət Bakı Dumasının nümayəndəsi, 1870-ci ildə ilk qocalar və kimsəsiz körpələr evinin təsisçisi, rus imperatoru lll-cü Aleksandrın taç qoyma mərasiminə təşrif buyuran və imperatordan Mülki Müşavir tituluna layiq görülən ilk azərbaycanlı: Hacı Hacıağa Dadaşov.
1876-cı ildə Azərbaycan tacirləri üçün dərəcələr təyin edildikdə birinci dərəcə rütbəsini alan tacir olmuşdur. Öz fərasəti, işgüzarlığı və tədbirliyi nəticəsində milyonçu səviyyəsinə yüksəlmişdir.
Digər Bakı milyonçularından fərqli olaraq neftlə deyil, dəniz ticarəti və mülklər tikdirməklə varlanib. O, gəmilər inşa etdirməkllə Azərbaycanda gəmiçiliyin təməlini qoymuşdur. Bakıda Gəmi Təmiri Zavodunun yaradılmasıda H.Dadaşovun adı ilə bağlıdır.
Hacıağanın xüsusi xidmətlərindən biri onun III Aleksandrdan icazə alaraq Azərbaycanda ilk dəfə Avropa tipli məktəb oğlanlar üçün seminariya açdırması olmuşdur.
1870-ci ildə Baki Dumasinin iclaslarinin birində qocalar evinin acilmasi barədə məsələ qaldirir. Butun xərcləri oz uzərinə alaraq Bilqəhdəki 10 hektarliq sahəsində iki mərtəbəli pansionat tikdirir. Təməli qoyulan qocalar evinin yaranmasının marağlı tarixçəsi var: bir dəfə uşağları tərəfindən küçəyə atılmış qoca bir kişi Hacıdan sığınacaq istəyir. Bu hadisədən çox təsirlənən Hacı çox keçmir ki, Bilgəhdəki mülkünü qocalar evinə çevirir. Bu günə kimi fəaliyyətini davam etdirən sığınacağın yerləşdiyi küçəyə 2000-ci ildən kənd ağsaqqallarının xahişi ilə H.DADAŞOVUN adı verilib.
Son dərəcə dindar və halal olan H.H.Dadaşov xeyriyyə işlərində həmişə yaxından iştirak edib. 1888-ci ildə Bakiya Şollar su kəmərinin çəkilişində onun da rolu vardır. Sərmayəsinin 25% Bakı əhalisinin sudan faydalanması üçün xərçləmişdir.
"Metropol" adlanan mehmanxanasından (indiki Nizami adına Ədəbiyyat Muzeyi) əldə etdiyi gəliri yalnız xeyriyyə məqsədi ilə istifadə edirdi. O, 1904-cü ildə ermənilər tərəfindən təqib olunan Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevi məhz bu otelin zirzəmisində gizlətmişdi.
Kasıbın ümidü, pənahı 1905-ci ilin sentyabrın 27-si Bakıda vəfat edir. Çəmbərəkənd qəbiristanlıqda dəfn olunub.
Allah rəhmət eləsin 🤲
Dadaşovlar sülaləsinin bir üzvü ilə qısa olsada tanıtmağa çalışdım, daha ətraflı video materiala baxarağ əldə edə bilərsiniz 📥