"Indiana Jones and the Great Circle" oyunu gəlir !
Keçdiyimiz günlərdə premyera tarixi bəlli olan "Indiana Jones and the Great Circle" üçün hazırladığım məqaləmə xoş gəldiniz ! Məqaləmdə oyun haqqında ən önəmli detallara nəzər yetirəcəyik. Hazırsınızsa, başlayaq.)
9 Dekabr 2024 tarixinde PC və Xbox Series üçün satışa çıxacaq və ilk gündən də Game Pass kitabxanasına yerləşdiriləcək olan "Indiana Jones and the Great Circle" , standart versiyasından əlavə Premium və Collector’s olmaqla yanaşı iki özəl versiya ilə oyunçuların qarşısına çıxacaq. Premium versiyası, əsas oyuna üç günlük erkən giriş fürsəti təqdim edərkən, hekayə genişləməsi "The Order of Giants", rəqəmsal sənət kitabı və "Temple of Doom və The Last Crusade" temalı oyun içində kozmetikalarla gələcək.
MachineGames dizayn direktoru Jens Andersson, "Indiana Jones and the Great Circle" oyununun açıq uclu bir oyun olduğunu və Wolfenstein ilə müqayisədə təkrar oynanabilirlik haqqında bir az fərqli düşündüklərini, söylədi. İstədiyimiz zaman əvvəlki yerlərə qayıdıb onları tamamilə araşdıra biləcəyik.
Andersson bu sistemin "bölüm seçimi" kimi işləyəcəyini, kilidini açdığımız avadanlıq və bacarıqlardan istifadə edə biləcəyimizi, açıqladı. Məzmunun əksəriyyəti istəyə bağlı olacaq, baxmayaraq ki, bu, bəzi yollarla hekayəyə zərər verə bilər.
Oyunda hər şeyi görmək istəyən oyunçular personajımızın gündəliyindəki bütün qeydləri və fotoşəkilləri tamamlamalı olacaqlar. Hekayəyə fokuslanan oyunçular üçün oyun müddətinin daha qısa olacağı, hər şeyi yaşamaq istəyən oyunçular üçün kəşf ediləcək çox şeyin olduğu və bunun həqiqətən böyük bir oyun olduğu deyilir.
Bax beləcə, bu məqaləmin də sonuna gəldik. Bəs, siz oyunu oynayacaqsınız, yoxsa, oyunçu YouTube`rlərdən izləyəcəksiniz ? Mən izləyəcəm.)
Bu tərzdə məqalələrin gəlməsini istəyirsinizsə, dəstək olmağı unutmayın.) Növbəti məqalələrdə görüşmək diləyi ilə !