Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
OPEN DATA - Məlumat Paylaşımının Rolu
16 августа 2024 г. в 04:30
539

OPEN DATA - Məlumat Paylaşımının Rolu

 İnsanlıq uzun və mürəkkəb bir tarix boyunca müxtəlif mərhələlərdən keçmişdir, lakin bu inkişaf həmişə düz xətt üzrə olmamışdır. Xüsusilə 15-ci əsrdə mətbəənin ixtirasından sonra həyatımızı dəyişdirən ixtiralar və yeniliklər ortaya çıxmışdır. Bu dövrdən başlayaraq, məlumatın əlçatanlığı və yayılması elmi və texnoloji inqilabların əsas hərəkətverici qüvvəsi olmuşdur.

Məlumat Paylaşımının Rolu

Niels Bor, bir çoxumuza tanış olan məşhur "Bor atom" modelini yaratmış bir alimdir. Bu modelin yaradılmasında təsirləndiyi nəzəriyyələrdən biri Albert Eynşteynin fotoelektrik effekti, digəri isə Maks Plankın kvant nəzəriyyəsidir. Maraqlı olan odur ki, Albert Eynşteyndə, Plankın fikirlərindən ilhamlanaraq fotoelektrik effekti izah etdi və kvant mexanikasının inkişafına böyük bir töhfə verdi. Niels Bor isə bu iki nəzəriyyədən faydalanaraq öz atom modelini inkişaf etdirdi.

Bu tanınmış alimlərin vacib nəzəriyyələrinin hazırda bizimlə olması, onların masa arxasında öz fikirlərini müzakirə etmələri ilə deyil, öz nəticələrini bütün dünyada hər kəsin əldə edə biləcəyi şəkildə paylaşmaları ilə mümkün olmuşdur.

Rəqəmsal dövrə keçid

 20-ci əsrin sonlarında internetin yaranması ilə biliklərin yayılması tamamilə yeni səviyyəyə çatdı. İnternet, məlumatların qlobal miqyasda sürətli və asan paylaşılmasını təmin etdi. Bu, alimlər və tədqiqatçılar arasında əməkdaşlığın artmasına, fərqli sahələrdən biliklərin bir araya gəlməsinə və innovasiya, yeniliklər və kəşflərin daha sürətlə baş verməsinə səbəb oldu.


Open Data(Açıq Məlumat) nədir?


 Məlumat paylaşımının nə önəmini anladınızsa artıq Open Data konseptinin nə olduğunu bilirsiniz, amma gəlin Open Data-nın ümumi tərifinə baxaq.

 Open Data hər kəsin əldə edib, istifadə edə biləcəyi və yenidən paylayaşa biləcəyi məlumatlardır. Bu məlumatlar adətən dövlət qurumları, özəl təşkilatlar və ya şəxslər tərəfindən verilir. Bu məlumatlar tez-tez müxtəlif formatlarda (mətn, rəqəmsal, qrafik, coğrafi və s.) təqdim olunur və məsələn, hökumət xərcləri, ətraf mühitlə bağlı məlumatlar, səhiyyə statistikası, nəqliyyat məlumatları kimi geniş mövzuları əhatə edə bilər.


Faydaları

Open data-nın dörd əsas faydasına toxunmaq istəyirəm.                                Bunlar: 

  1. Şəffaflıq: Açıq məlumat, təşkilatların və hökumətlərin işləmələrini şəffaflaşdırır. İnsanlar, dövlətin verdiyi qərarları daha yaxşı anlayaraq qərarlarını doğru şəkildə verə bilirlər.
  2. Beynəlxalqlaşma: Open data xarici ölkələr üçün bizim şəxsiyyət vəsiqəmizə bənzəyir. Burdan lazımlı məlumatlar əldə edə bilərlər ki, Bununla həmin ölkə ilə nə tip iş birliklikləri edə biləcəklərinə ilkin təəssüratlar əldə edə bilərlər
  3. Məlumat Əsasında Qərarvermə: İqtisadiyyat, siyasət və digər sahələrdə məlumat əsasında qərarlar vermək üçün open data əhəmiyyətli bir resursdur. Bu, daha effektiv qərarlar almağa kömək edir.
  4. İnnovasiya və İqtisadi İnkişaf: Açıq məlumat, yeni ideyaların və innovasiyanın inkişafını təmin edir. İqtisadiyyatın inkişafına da dəstək olur.

Məlumatların açıq şəkildə paylaşılmasındakı çətinliklər

Məlumatları Open data kimi paylaşılması istənilən məlumatların böyük qismi vətəndaşlardan toplanan məlumatlarıdırki, bu məlumatları xam halı ilə paylaşmaq vətəndaşların məxfiliyinin pozulması deməkdir. Məxfilik pozulmasının qarşısını aşağıdakı yollarla almaq mümkündür:

  • Anonimləşdirilməsinə: Anonim məlumat, şəxsi məlumatların silinməsi və anonimləşdirmə üsullarının tətbiqi ilə əldə edilir. Bu, məlumatın şəxsiyyətə aid olmadan saxlanılmasına imkan verir. 
  • Ümumiləşdirmə (Aggregated): Bu metodda məlumatlar toplanır və ümumiləşdirilərək statistik məlumat kimi təqdim edirlər. 
  • Silinmə: Bu metodda paylaşılacaq məlumatlardan istifadəçi adları və digər şəxsi məlumatlar silinir.

Real Həyat Nümunəsi

İngiltərənin Mançester şəhərində Səhiyyə Nazirliyi tərəfindən açıq şəkildə paylaşılan Xəstəxana məlumatları, analizlər yolu ilə müşahidə edildi, ən çox infarkt səbəbiylə ölümlərin baş verdiyi yerlər ortaya çıxdı. 

Bu məlumatlardan yararlanaraq infarkt ölümlərinin yayıldığı bölgələrdə elektroşok cihazlarını yerləşdirilməsi qərarı alındı. Səhiyyə nazirinin verdiyi aydın məlumatlar əsasında yerləşdirilən elektroşok cihazları ilə infarkt keçirdən insanlara dərhal tibbi müdaxilə etməklə bir çox insanın həyatını qurtardı. Bu tədbirlər nəticəsində 6 ay ərzində infarktdan ölənlərin sayında 40 faiz azalma müşahidə olunub.



Nəticə etibarilə, informasiyanın etibarlılığı və mübadiləsi elmi və texnoloji inkişafın əsas hərəkətverici qüvvəsi olmuşdur. Rəqəmsal dövr və Açıq Məlumat konsepsiyası məlumat mübadiləsini daha geniş və effektiv edib, şəffaflıq, və innovasiyalar gətirmişdir. Düzgün paylaşılan məlumatlar  cəmiyyətə fayda vermək mühüm rol oynayır.


6
Müəllif
Şərhlər