Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
- Ssenari nədir, necə yazılır və hansı terminləri var ?
14 июля 2024 г. в 13:42
1787

- Ssenari nədir, necə yazılır və hansı terminləri var ?

  • Salam. Hər birinizi məqaləmdə xoş gördüm. Bu gün sizinlə birlikdə "Ssenari nədir, necə yazılır və hansı terminləri var ?" suallarına cavab tapacağıq. Hazırsınızsa, başlayaq.)

  Ssenari teatr oyunu, pyes, serial, film, animasiya, video oyunu kimi əsərlərin səhnələrini və ardıcılığını göstərən yazılı mətnlərə verilən addı. Ssenari görüntü və səsə dönüşə biləcək bir düşüncənin, bir olayın mətnləşmiş halıdır. 

  Ssenarilər Amerikan və Fransız tərzi olaraq 2 fərqli növdə yazıla bilir. Amerika tərzində hər səhnə üçün altı xəttli şəkildə başlıq yazılır. Həmin başlıqda səhnənin nömrəsi, personajlar, məkan, iç - çöl və gündüz - gecə kimi şeylər qeyd edilir. Fransız tərzində isə, səhifə 2  yerə ayrılır və solda görünəcəklər, sağda isə dialoqlar yazılır. Mən Amerikan tərzinə daha çox üstünlük verirəm.

  Ssenaridə texnik detallara yer verilməz. Ssenari formatında bir səhifə 1-1,5 dəqiqəyə bərabərdi.

   Sinopsis - ssenarinin giriş, inkişaf və nəticə hissələrini yığcam formada əks etdirir. Ortalama olaraq 1-3 səhifəlik sinopsistdə dialoqlar yer almır. Ssenari tam hazır olmadan yazılır və loqlayndan daha iri həcmlidir. 

   Loqlayn - qısametrajlı və ya uzunmetrajlı filmlərin, serialların, televiziya şoularının, romanların içində baş verən bütün hadisələrin məzmun və dinamikasını açıqlayan tək bir cümlədir. Çox zaman 20-25 sözdən ibarət olan loqlayn, əksər hallarda ssenaridən daha əvvəl hazır olur. Loqlayn nə qədər rahat formalaşarsa, yaxşı ssenarinin ortaya çıxma ehtimalı bir o qədər çoxalır.

   Bax belecə, gəlib - çatdıq məqaləmənin sonuna. Ümid edirəm, sizə faydalı olan məlumatlar vermiş oldum. Növbəti məqalələrdə görüşmək diləyi ilə.) Hələlik !



6
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər