Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
3 ноября 2024 г. в 20:34
95

Ssenari yazarlığının keçmişdən günümüzə uzanan tarixi

  Ssenari yazarlığının tarixi, teatrın və film sənayesinin inkişafı ilə sıx bağlıdır. İnsanlar əsrlər boyu hekayələri müxtəlif yollarla danışmağa çalışıblar. Lakin müasir mənada ssenari yazarlığı xüsusilə kino və televiziya sənayesinin yüksəlişi ilə formalaşmışdı. Ssenarinin tarixi əsasən qədim teatr ssenarilərindən başlayaraq müasir film ssenarilərinə qədər müxtəlif mərhələlərdən keçmişdir.


  Ssenari yazarlığının ilkin formaları qədim Yunanıstan və Roma teatrına gedib çıxır. Qədim Yunan dramaturqları, məsələn, Sofokl, Euripid və Aristofan, teatr üçün pyeslər yazmışdı. Bu əsərlərdə dramatik strukturları ilk dəfə sistemləşdirmişlər. Həmin pyeslər müəyyən struktur qaydalarına əsaslanır və dialoqlar vasitəsilə hekayələri tamaşaçılara təqdim edirdi. Qədim yunan dramaturgiyası dramatik ssenari anlayışını inkişaf etdirmiş, bununla da ssenari yazarlığının təməlini qoymuşdur.


  Orta əsrlər dövründə Avropada dini mövzulu dramatik əsərlər populyar idi. Bu dövrün teatr pyesləri əxlaqi və dini mesajlar verməklə insanları maarifləndirməyi, əyləndirməyi hədəfləyirdi. Rönesans dövründə, xüsusilə İngiltərədə, Vilyam Şekspir kimi böyük dramaturqların əsərləri teatr sənətini zirvəyə çatdırdı. Şekspir və onun çağdaşları müxtəlif mövzu və strukturları birləşdirərək kompleks hekayə, xarakter inkişafı üçün təməl yaratdılar.


  19-cu əsrin sonlarında kinonun ixtirası ilə vizual hekayə anlatımında yeni bir dövr başlandı. İlk dövrlərdə filmlər sadə və qısa səhnələrdən ibarət idi. Dialoqlar və ardıcıl hadisə xətti olmurdu. Lakin 20-ci əsrin əvvəllərində filmin inkişafı ilə daha mürəkkəb hekayə strukturları ortaya çıxdı. D.W. Griffith kimi rejissorlar filmləri strukturlaşdırmaq üçün ssenarilərin əhəmiyyətini dərk edərək ilk film ssenarilərini yaratdılar.


  1930-1950-ci illər arası Hollywoodun "qızıl dövrü" sayılır. Bu dövrdə ssenarilər kompleks və genişlənmiş strukturlara malik olmağa başladı, ssenari yazarlığı peşəkar bir sənət sahəsi kimi inkişaf etdi. Filmlər dramatik üç hissəli struktura uyğun olaraq yazılırdı: giriş, inkişaf və nəticə. O vaxtkı film studiyaları güclü ssenarist qrupları ilə işləyir, mükəmməl dialoqlar və konfliktlər yaradan peşəkarlar cəlb edirdilər. Bu dövrdə "Casablanca", "Gone with the Wind" kimi möhtəşəm ssenarilərlə yadda qalan filmlər çəkildi.


  1960-cı illərdən etibarən Hollywood və digər ölkələrin film sənayesi dəyişməyə başladı. Sosial və mədəni dəyişikliklər ssenari yazarlığında yeni janrların yaranmasına gətirib çıxardı. 1980-ci illərdə texnologiyanın inkişafı, xüsusi effektlərin artması, fantastika və elmi-fantastika janrlarının populyarlaşması ssenarilərin quruluşuna, mövzusuna da təsir etdi.

   

   Televiziya sənayesinin inkişafı ilə ssenari yazarlığı yeni bir istiqamət aldı. Televiziya serialları üçün ssenarilər daha çox detallar və daha uzun hadisə xətti ilə yazılır. Televiziya serialları ssenari yazarlarından uzunmüddətli xarakter inkişafı və kompleks hekayə qurmalarını tələb edir. Serial ssenariləri ənənəvi üç hissəli strukturu çox vaxt aşır və daha çox epizodik və ya mövsüm əsaslı ssenarilərə malik olur.


  Son illərdə rəqəmsal platformaların, xüsusilə də "Netflix", "Amazon Prime" və "Disney+" kimi onlayn axın platformalarının yüksəlişi ssenari yazarlığını bir daha dəyişdirdi. Bu platformalar fərqli mövzularda orijinal və cəsarətli ssenarilərə olan tələbi artırdı. Ssenarilər indi təkcə kinoteatrlar və televiziya üçün deyil, müxtəlif rəqəmsal platformalar üçün də yazılır, bu isə ssenari yazarlığının sərhədlərini genişləndirir.


  Ssenari yazarlığının tarixi insanlar tərəfindən hekayə danışmaq ehtiyacının incəsənətdə necə inkişaf etdiyini, hər bir dövrün texnoloji və sosial dəyişiklikləri ilə necə formalaşdığını göstərir. Kino, televiziya və rəqəmsal media sahəsindəki yeniliklər ssenari yazarlığını daha mürəkkəb, yaradıcı etmişdir. Bu sahə daim inkişaf edir. Hər yeni dövrdə yeni texnologiyalar və platformalar ssenari yazarlığının gələcəyini müəyyən edir.


   Beləcə, bu məqalənin də sonuna gəldik. Ümid edirəm, bəyəndiniz.) Həm mənəvi, həm də maddi cəhətdən dəstək olmağı unutmayın 🧡 Yeni məqalələrdə görüşmək diləyilə hələlik ! 

5
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər