Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Subliminal mesajlar nədir və bizə necə təsir edir?
17 апреля 2024 г. в 18:05
773

Subliminal mesajlar nədir və bizə necə təsir edir?


Subliminal mesaj başqa bir obyektə daxil edilmiş bir işarə və ya mesajdır və normal insan qavrayış hədlərinin altında qalmaq və o anda fərq edilməməsi üçün nəzərdə tutulmuşdur. Subliminal mesajlar insanın şüurlu diqqəti ilə fərq edilə bilməz, lakin bu mesajların insanın şüuraltına təsir etdiyi iddia edilir. Subliminal üsullardan tez-tez reklam və təbliğat sahələrində istifadə olunur. Televiziya serialları və ya filmlərdəki personajların istehlak etdiyi içki markaları və geyimləri subliminal mesajlara nümunədir. Bu üsulların məqsədi, təsiri, istifadə tezliyi və rəqabət kimi əxlaq məsələləri mübahisəlidir. Marka və məhsulların marketinqindən tutmuş cəmiyyətin maraqlarının, ehtiyaclarının və qavrayışının dəyişdirilməsinə qədər bir çox sahədə istifadə olunur. Subliminal mesajdan istifadə etməyin ən geniş yayılmış yolu bir insanı, qurumu və ya məhsulu pis göstərmək üçün pis obyektlə eyni mövzudan istifadə etməkdir. Məsələn hansısa dini(ki bu əksərən islam olur),yaxşı vərdişi pis,gərəksiz göstərmək,həmin din nümayəndələrinin,xalqın siyasəçilərinin fərsiz təqdim edilməsi bunlara misaldır.İndiyə qədər aparılan araşdırmalar nəticəsində ən şüurlu və müdafiəçi insanlar belə ilk baxışdan bu mesajları 100% deşifrə edə bilmirlər. Bu mesajlar insanları hansısa hadisələrə hazırlamaq üçün əvvəlcədən alışdırma xarakteri də daşıyır(bahalaşma,müharibə və s.)İlk subliminal mesaj tətbiqləri 1920-ci ildə BBC tərəfindən edilmişdir. Radio ilk dəfə icad ediləndə cəmiyyətdə belə bir fikir hakim idi ki, radiodan istifadə etmək olmaz, çünki günahdır. Bu fikri pozmaq üçün BBC radionun funksional olaraq faydalı bir cihaz olduğunu irəli sürdü. Bu üsul uğurlu oldu və cəmiyyətdə radioya mənfi baxış dəyişdi.

Beləliklə, bu mesajlar əksərən reklam posterlərində,loqolarda,seriallarda,cizgi filmlərində yerləşdirilir.

Bu mesajlarn din ilə əlaqəli hissəsinə keçsək,görərik ki, xarici film və seriallarda,bəzən də bədii əsərlərdə din xadimləri saxtakar,dələduz,pedofil,axmaq kimi təqdim edilir.Məşhur Simpsonlar cizgi filmindəki bəzi kadrlar bunlara misaldır.

Ancaq Simpsonlardan daha çox izlədiyimiz filmlər də var.Məsələn bir çox komik türk filmində axmaq, avam adamlar kimi verilən obrazlara müqəddəs ayların ismini verirlər.Rəcəb,Şaban,Məhərrəm,Ramazan,Ayşe,Fatma və s. Bunlar bilərək və ya bilməyərək insanlara təlqin edilən mesajlardır ki, mənfi təsir bağışlayır,insanların bilmədən şüuraltında xoş olmayan fikirlər formalaşır.

Bu mesajları da qəbul edə bilməyimiz görək nələrdən asılıdır?

Beyninizin müxtəlif düşüncə tezliklərini qəbul etmə qabiliyyəti sağ və sol beyin yarımkürələri arasında yerləşən hipofiz vəzi adlanan güclü ölçmə aləti tərəfindən idarə olunur. Yeddinci möhür də adlandırılan hipofiz vəzi beyninizi idarə edir. O, beyninizin müxtəlif hissələrini aktivləşdirməkdən məsuldur ki, düşüncə tezliklərini qəbul edib saxlaya bilsin. Düşünmək qabiliyyətinizi açan, onu bütün bədəninizə yayan və daha çox qavramaq üçün bir qapıdır. "Üçüncü göz" olaraq da bilinən hipofiz vəzi çox kiçikdir, ləçəklərlə əhatə olunmuş armuda bənzəyir, dar hissəsində kiçik bir ağız var. Daxili sekresiya vəzi olan hipofiz hormonları beyin vasitəsilə ifraz edir. Epifiz və ya altıncı möhür hormonları bütün bədənə yayıla bilməsi üçün düşüncə tezliklərini gücləndirməkdən məsul olan ölçmə alətidir. Bədənin funksiyaları bu daxili vəzilərdən gələn və qanla qarışan hormon ifrazatları ilə uyğunlaşdırılır. Epifiz vəzi bu harmoniyanın qorunmasına cavabdehdir. Bu tarazlığın səviyyəsi pineal sistem tərəfindən qəbul edilən düşüncə tezliklərinin toplanması ilə müəyyən edilir. Düşüncə tezlikləri nə qədər yüksək olarsa, bədəndə hormon axını bir o qədər çox olar. Epifiz sistemindən gələn elektrik cərəyanı mərkəzi sinir sisteminin mayesindən keçir

İnsanlar ibadət edərkən alınlarını(həmin vəzin yerləşdiyi hissəni)səcdəyə qoyurlar.Alnınızı səcdəyə qoyduğunuz zaman gözləriniz açıq olsun,-deyə buyurur Rəsulullah(s.ə.s)

İnsanın iki gözündən əlavə bəsirət gözü dediyimiz 3-cü gözü ilə insan maddi aləmi deyil, mənəvi aləmi görə bilər. Diqqətlə baxsanız, 3-cü gözü "qaralmış" insanlar onlara heç bir fayda verməyəcəyini,hətta zərər verdiyini bildiyi halda bəzi şeyləri izləyir,yeyir, içir, dinləyir və bunlara laqeyd yanaşır. Siz insanlara "bu sənə zərərdir"-dediyinizdə onlar sizə"bilirəm,yenə də davam edirəm, hətta mənə belə xoşdur",-deyə cavab verərlər. Onlar "sizi məhv edəcəyik"cümləsini hansısa musiqinin içərisində subliminal mesaj kimi dinləyir və hətta cümləni dərk etməyərək bununla əylənirlər. Bu cür insanlar sizin məsləhətinizi dinləməz, sizinlə tez münaqişəyə girər, ona təlqin edilmiş "doğruları" əsas gətirmədən müdafiə edər və aqressiya nümayiş etdirərlər. Bunun üçün gözləri qapalı insanın eyni zamanda qulağı da kar olur....


7
Müəllif
rehime ekberli
0 izləyici
Şərhlər