Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Uğursuzluq hekayəm?
2 августа 2024 г. в 14:01
295

Uğursuzluq hekayəm?

Əslində ilk öncə bu blogda Adobe Photoshopla bağlı müəyyən tövsiyyələr vermək istəyirdim amma sonra düşündüm ki,öz səhvlərimi sizlərlə paylaşmağım daha yararlı olar.Çünki,həqiqətən də mənim dizayn "karyeram" demək olar səhvlər,peşmançılıqlar,qərarsızlıqlardan ibarətdir.İndi 0-dan indiyə qədər bütün başıma gələnləri,etdiyim səhv qərarları sizlərlə bölüşəcəm.

Yolun başlanğıcı

13 yaşımda bu işə maraq səbəbim o zaman internetdən tanış olduğum dostlarımın o sahədən pul qazanması idi.Onlara baxıb mən də ən azından internetdən 1 manat qazanmaq üçün bu yola başladım.İlk öncə "Minecraft" oyunu üçün "Youtube thumbnail"-ləri hazırlamağı öyrəndim.Amma bütün yol boyu ən böyük səhvlərimdən olan səhvi də ilk dəfə bu zaman elədim - hazır template işlətmək.Sadəcə "Youtube","Discord" kimi platformalarda hazır psd faylları axtarır sonra yazını və şəkli dəyişib dizayn hazırladığımı düşünürdüm.

İlk dizaynlarımdan biri.
İlk dizaynlarımdan biri.
Bu thumbnaili youtube-dan psd olaraq tapmışdım.
Bu thumbnaili youtube-dan psd olaraq tapmışdım.

Ciddiyət

Zaman keçdikcə inkişaf etdiyimi düşünürdüm amma hələ bu sahədən necə pul qazanacağımı bilmirdim.Kartım belə yox idi.Amma hər kəsə spam atırdım dizaynlarımı reklam etmək üçün.Behance hesabım belə yox idi.Yəni bu işə ciddi yanaşmırdım amma pul qazanmaq istəyirdim.Gələcək peşəm olaraq da düşünmürdüm onsuz uşaqlıqdan həkim olmaq istəyirdim.Burda 2-ci ən böyük səhvim üzə çıxır "Ciddiyətsizlik".

Dərketmə

Artıq yaşım artırdı,dizaynlarıma daha çox vaxt sərf edirdim.Düzdür,hələ də bəzən hazır template-lərdən istifadə edirdim amma artıq bunun səhv olduğuu başa düşmüşdüm və 0-dan özüm hazırlamağa çalışırdım.Artıq Behance hesabı açmışdım,kartım və paypal hesabım var idi. 

Qərarsızlıq

Hər ay bir mövzuda dizayn edirdim.Bir dəfə futbol,bir dəfə thumbnail,bir dəfə posterlər və sairə.Hələ də qərar verməmişdim hansı mövzuda dizaynlar hazırlayacağıma.Hətta "nickname"-ə belə qərar verməmişdim 3 dəfə qərarımı dəyişmişdim.Fiverr hesabı açmışdım amma baxan yox idi.Sosial medialarda səhifələr açdım bəyənən yox idi.Artıq bu işdən bir şey qazana biləcəyimi düşünmürdüm.

Futbol səhifəm üçün hazırladığım poster.
Futbol səhifəm üçün hazırladığım poster.

Yolun sonu..

Artıq 16 yaşım var.Hələ də internetdən 1 manat belə olsun qazana bilməmişəm.11-ci sinifə keçirəm.Bir həftə ərzində hazırlıqlarım başlayacaq.Qarşıma həkim olmağı məqsəd qoymuşam və bunun üçün də çox çalışmalıyam.Artıq bu sahədə bir daha çalışacağımı düşünmürəm - ağlımda bitirmişəm açıqcası.Bir zamanlar hətta dizayn sahəsini həkimlikdən çox istəyirdim.Xəyallar qururdum gələcək üçün.Amma  səhvlərim məni bu sahədən uzaqlaşdırdı.3 illik həyat yolumun belə bir yerdə xatirə olaraq qalmasını istədiyim üçün bu mövzuda blog yazmaq istədim.Həm bəlkə 3 il ərzində qazana bilmədiyim o ən azından 1 manatı burdakı yarışmadan qazanıb hekayəmi xoşbəxt sonla bitirərəm deyə "Poscrib"-i seçdim.Son olaraq bir neçə dizaynımı daha sizlərlə bölüşəcəm.Bura qədər oxudunuzsa diqqətiniz üçün çox sağolun.Ümid edirəm sizə bir yararı olmuşdur.


3
Müəllif
abdylldesign
0 izləyici
Şərhlər