Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Yazarın özəllikləri hansılardı ?
17 июля 2024 г. в 17:36
262

Yazarın özəllikləri hansılardı ?

  • Hər kəsə Salam. Yeni bir məqaləmdə hər birinizi xoş gördüm. Bu gün sizə yazarın özəlliklərindən bəhs edəcəm. Hazırsınızsa, başlayaq.)

  Yazar olmaq istəyirsinizsə, ilk öncə hər şeylə maraqlanan biri olmasınız. Türklər buna "meraklı" deyirlər. Dramanın əsas qaydalarından biri məhs budur. Çünki, çox da gözəl olmayan bir filmin və ya serialın "Nə olacaq bunun sonunda ?" sualını verib maraqlanırsınızsa izləyirsiniz. Yəni, yazdığınız şeyin sadəcə sizə maraqlı olması bəss etmir, həm də maraq duyğusunu yaratmağı da çox gözəl bilməlisiniz. Birdə, unutmayın ki, çox maraqlanan çox bilir.)

  Yazarın ikinci özəlliyi reallıq və həqiqəti bilməsidir. Real həyatda insanlar bir reallıq gördüyündə, davamını öyrənmək istəməzlər. Halbuki, hər reallığın bir həqiqəti var. Həqiqətə başqa adla "məna" da deyə bilərik. Yeni yazarlığa başlayan yoldaşlar bilməyə bilər, amma, filmləri izlədikcə bu dediyimi başa düşəcəksiniz.

  Yazarın üçüncü özəlliyi çox oxuması, dördüncü özəlliyi isə çox izləməsidir. Normal bir insan, yəni, film sevər çox film izləyər. Amma, bir ssenarist abartılı bir şəkildə film izləməlidir və filmin yaxşı-pis olması önəmli deyil. Unutmayın ki, pis işlərdən daha çox şey öyrənə bilərsiniz. 

  Yazarın beşinci özəlliyi səbrli olmasıdır. Yazı işinə ürəyini vermiş, yazı işindən pul qazanacam deyən insanın səbrli olması çox önəmlidir. Hətta, bunu ilk özəllik olaraq da seçə bilərsiniz. Səhifələrlə yazmaq, gündə 3 saat, bəzən 5 saat masa arxasında oturmaq səbr tələb edir. Arada qalxıb gimnastik hərəkətləri edin, yoxsa, beliniz ağrıyar.) 

  Daha bir məqaləmin sonuna gəldik. Ümid edirəm, bu məqaləmdə də sizə faydalı olan məlumatlar vermiş oldum. Növbəti məqalələrdə görüşərik.) Hələlik !

5
Müəllif
Dəstəkçilər
Avatar
Avatar
Şərhlər