Fərdi məlumatlar haqqında məxfilik siyasəti
Qüvvəyə minmə tarixi: 5 oktyabr 2024-cü il
Fərdi məlumatlar haqqında bu Məxfilik Siyasəti (bundan sonra "Məxfilik Siyasəti") www.poscrib.com domenində yerləşən Poscrib Veb saytının İstifadəçisinin sayt və xidmətlərdən istifadə edərkən toplanan fərdi məlumatlarının toplanılması, emal olunması və bununla əlaqədar fəaliyyətlə bağlı məsələləri tənzimləyir.
Hazırki Məxfilik Siyasəti İstifadəçi Razılaşmasının tərkib hissəsi sayılır.
Terminlər və anlayışlar
Məxfilik Siyasətində İstifadəçi Razılaşmasında və əlavə olaraq bu bəndə nəzərdə tutulmuş anlayışlar və terminlər istifadə olunur:
- Fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.
- Fərdi məlumatların işlənilməsi (emal olunması) - avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya etməməklə fərdi məlumatlarla aparılan hər hansı əməliyyatlar və ya əməliyyatlar toplusu, o cümlədən fərdi məlumatların toplanması, qeydiyyatı, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi, adsızlaşdırılması, bloklanması, silinməsi, məhv edilməsi.
- Fərdi məlumatların məxfiliyi - Fərdi məlumatların subyektinin icazəsi və digər qanuni əsaslar olmadan fərdi məlumatların Poscrib və ya fərdi məlumatların işlənilməsinə hüququ olan şəxs tərəfindən onların yayılmasının qarşısının alınmasına dair tələblər.
- Cookies (Kukilər) - veb-server tərəfindən göndərilən və veb-müştəri və ya veb-brauzer hər dəfə veb-serverdə müvafiq saytın səhifəsini açmaq istəyərkən bir HTTP sorğu göndərən istifadəçi kompüterində saxlanılan məlumatların kiçik bir hissəsi.
- IP-ünvanı - IP üzərində qurulmuş kompüter şəbəkəsindəki unikal şəbəkə ünvanı.
Ümumi müddəalar. Razılıq.
- Platformadan istifadə edən İstifadəçi, məlumatları daxil edərək və qeydiyyatdan keçərək bu Məxfilik Siyasəti ilə və onun şərtləri ilə razılaşdığını təsdiqləyir və fərdi məlumatların toplanmasına və istifadəsinə "Fərdi məlumatlar haqqında" Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yazılı razılığını verir.
- Poscrib İstifadəçi tərəfindən təqdim olunmuş fərdi məlumatların mühafizəsini mümkün ən yüksək səviyyədə təmin edir, İstifadəçinin öz razılığı və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla üçüncü şəxslərə təqdim etmir.
- Məxfilik Siyasətinin şərtlərinə razı olmadıqda, İstifadəçi Saytdan istifadə etməyi dərhal dayandırmalıdır və Şəxsi Hesabını silməlidir.
- İstifadəçi "Fərdi məlumatlar haqqında" Qanunun 7.2-ci maddəsinə uyğun olaraq məlumatların toplanmasına və istifadəsinə yazılı etirazını Poscribə təqdim edə bilər
- İstifadəçi, fərdi məlumatların emalına etiraz etməsi ilə əlaqədar "fərdi məlumatların emalına razılığın ləğvi" başlıqlı məktubunu təqdim olunmuş məlumatların və əməliyyatların məqsədini göstərməklə ilə Poscribin [email protected] email ünvanına və ya Cəfər Cabbarlı 44, Caspian Plaza 15-ci mərtəbə, Bakı, Azərbaycan ünvanına göndərə bilər.
- Bu Məxfilik Siyasəti yalnız www.poscrib.com ünvanına tətbiq olunur. Poscrib İstifadəçi tərəfindən linklər vasitəsilə açılan üçüncü şəxslərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.
- Saytda İstifadəçinin yüklədiyi hər hansı fərdi məlumat Poscrib tərəfindən "olduğu kimi" qəbul edilir. Poscrib şübhə və yoxlama zərurəti olduqda fərdi məlumatların həqiqiliyinin yoxlanılması üçün İstifadəçiyə sorğular göndərə bilər.
- Poscrib 18 yaşından kiçik şəxslərin fərdi məlumatlarını qəsdən toplamır, tələb etmir və onlara qanuni nümayəndənin razılığı olmadan Saytdan istifadə etməyə icazə vermir. Əgər Poscrib18 yaşından kiçik şəxsdən razılıq olmadan məlumat alındığını bilsə, Poscrib bu cür məlumatları dərhal siləcək. Əgər Poscribin 18 yaşından kiçik bir şəxsdən və ya onun haqqında hər hansı məlumat almış ola biləcəyinə şübhə varsa, qanuni nümayəndə dərhal [email protected] elektron poçtu vasitəsilə məlumat verməlidir.
- Poscrib fərdi məlumatların mühafizəsini təmin etmək üçün "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Fərdi məlumatların mühafizəsinə dair Tələblərə" uyğun olaraq təşkilati və texniki tədbirlər həyata keçirir. Poscrib məlumatları bir qayda olaraq Azərbaycan Respublikasında yerləşən serverlərdə saxlayır, zərurət olduqda xarici ölkələrdə yerləşən serverlərdən istifadə oluna bilər.
- Saytın Ziyarətçisinin fərdi məlumatları toplanılmır və bu Məxfilik Siyasəti tətbiq olunmur.
Məxfilik Siyasətinin predmeti
- Bu Məxfilik Siyasəti Poscribin İstifadəçi tərəfindən qeydiyyatdan keçərkən (Hesab yaradılması) təqdim etdiyi fərdi məlumatların məxfiliyini mühafizəsi üçün öhdəliyini, fərdi məlumatların toplanılması, işlənilməsi və məhv edilməsi qaydasını tənzimləyir.
Bu Məxfilik Siyasəti çərçivəsində emalına icazə verilmiş fərdi məlumatlar, İstifadəçi tərəfindən Saytda qeydiyyat formasını və digər formaları doldurmaqla təqdim edilir və aşağıdakı məlumatları əhatə edir:
- İstifadəçinin elektron poçt ünvanı (email);
- İstifadəçinin tam adı və istifadəçi adı (username);
- Doğum tarixi, daxil olduğu ölkə;
- Cinsiyyət;
- İstifadəçi tərəfindən könüllü qaydada təqdim edilən bütün digər məlumatlar, şəkillər, linklər və s.
Sayt, sistemin statistik göstəricisinin ("pixel") quraşdırıldığı səhifələrə daxil olarkən avtomatik olaraq ötürülən aşağıdakı məlumatların mühafizəsini təmin edir:
- İP ünvan;
- Cookie (Kuki) məlumatları;
- Brauzer haqqında məlumatlar (və ya Sayta girişi təmin edən başqa proqramlar);
- Daxil olma vaxtı;
- İstifadə olunan brauzerler, əməliyyat sistemləri və fiziki qurğular haqqında məlumatlar;
- Reklam blokunun yerləşdiyi səhifənin ünvanı;
- Referer (əvvəlki səhifənin ünvanı);
- Sayt öz İstifadəçilərin IP-ünvanlarına dair statistika toplayır. Bu məlumat texniki problemləri müəyyən etmək və həll etmək, həmçinin xidmətlərin yaxşılaşdırılması üçün istifadə olunur.
- İstifadəçi Sayt tərəfindən toplanılan zəruri olmayan kukilərin toplanılmasının dayandırılmasını tələb edə bilər. Bu formada kukilərin toplanılmasının məhdudlaşdırıdığı halda Saytın xidmətlərindən bir hissəsinin təqdim olunmasına məhdudiyyətlər yarana bilər.
İstifadəçinin fərdi məlumatlarının toplanılması və işlənilməsinin məqsədi
- Fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi İstifadəçinin Sayta daxil olduğu anda Saytın istifadəçi interfeysi tərəfindən təmin edilmiş formatda Məzmun, şərhlər və digər materialları dərc etmək imkanı vermək, həmçinin İstifadəçilərə Saytın imkanları və xidmətlərinin təqdim edilməsini təşkil etməkdir.
İstifadəçinin e-poçt məlumatının işlənməsi bu məqsədlər üçün istifadə edilə bilər:
- Hesabın yaradılması, Saytda qeydiyatdan keçmək və sayta daxil olmaq üçün;
- Hesabın şifrəsinin bərpa olunması və ya dəyişdirilməsi, Hesabın e-poçtunun dəyişdirilməsi;
- İstifadəçinin razılığı ilə reklam vermək;
- Saytın texniki dəstək xidmətinə müraciət zamanı İstifadəçi ilə əlaqə saxlamaq, Saytın istifadəsinə dair bildirişlərin, təkliflərin və yeniliklərin yönləndirilməsi;
- İstifadəçinin adı (username), yaşı və cinsi haqqında məlumatlar Saytda İstifadəçinin identifikasiyası məqsədilə və Sayt tərəfindən təqdim olunmuş Xidmətlərin fərdiləşdirilməsi üçün işlənilir.
Fərdi məlumatların işlənilməsinin üsulları və müddətləri
- İstifadəçinin fərdi məlumatlarının işlənilməsi (emalı) İstifadəçinin razılığı və qanuni yolla, o cümlədən fərdi məlumatların informasiya sistemlərində avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etməməklə aparılır.
- Saytda İstifadəçi tərəfindən təqdim olunan məlumatlar Saytın istifadəsi müddətində və İstifadəçinin hesabını ləğv etdiyi halda, Poscrib tərəfindən müəyyən edilmiş lakin hesabın silinmə tarixindən sonra 30 (otuz) gündən artıq olmayan müddət ərzində saxlanılır.
- İstifadəçi razılaşır ki, İstifadəçi Razılaşmasında göstərilən çərçivədə və qaydada bəzi məlumatlar Saytda paylaşılır.
- Dövlət orqanlarının tələbi ilə İstifadəçilərə aid fərdi məlumatların verilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
- İstifadəçi razılıq verir ki, xidmətlərin göstərilməsi ilə bağlı zərurət olduqda və yalnız zərurət həddində fərdi məlumatların bir hissəsi üçüncü şəxslərlə bölüşdürülə bilər. Bu zaman Poscrib bu Məxfilik Siyasəti çərçivəsində təqdim olunmuş mühafizə tədbirlərini məlumatları təqdim etdiyi şəxs tərəfindən əməl olunmasını yoxlayır və təmin edir.
- İstifadəçi tərəfindən təqdim olunan mobil nömrə yalnız Şəxsi Hesabın təhlükəsizliyinin yoxlanılması məqsədilə istifadə olunur.
- Fərdi məlumatların verilməsinə razılıq İstifadəçi tərəfindən ləğv edilə bilər. Poscrib fərdi məlumatların verilməsi üçün İstifadəçinin razılığının ləğv edilməsi barədə məlumat aldıqdan sonra bu məlumatların ötürülməsini dərhal dayandırmalıdır.
- İstifadəçi məlumat sistemində öz fərdi məlumatlarının toplanması və emalı üçün qanuni əsaslandırmanı tələb edə bilər və bu məlumatın üçüncü tərəflərə verilməsi, emalı və toplanmasının onun üçün hansı hüquqi nəticələr yarada biləcəyi barədə məlumat ala bilər.
- Poscrib İstifadəçinin fərdi məlumatlarının qanunsuz və ya təsadüfi istifadəsinə, məhv edilməsinə, dəyişdirilməsinə, bloklanmasına, kopyalanmasına, bölüşdürülməsinə qarşı və həmçinin üçüncü şəxslərin qanunsuz hərəkətlərindən qorunması üçün zəruri təşkilati və texniki tədbirləri görməlidir.
- Poscrib mühafizə olunmuş HTTPS vasitəsilə Sayta girişi təmin edir. Saytın proqram təminatı icazəsiz daxil olmanın və (və ya) məlumat əldə etmək hüququ olmayan şəxslərə məlumatın köçürülməsinin qarşısını alır.
- Poscrib İstifadəçi ilə birgə İstifadəçinin fərdi məlumatlarının itirilməsi və ya açıqlanması nəticəsində yaranan zərərlərin və ya digər mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri görür.
- Fərdi məlumatların toplanması və emalı məqsədlərinə nail olunduqda və ya müvafiq hesab silindikdə və məlumatları saxlama zərurəti aradan qalxdıqda, fərdi məlumatlar dərhal və tam şəkildə məhv edilməlidir.
İstifadəçinin hüquqları
"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən İstifadəçinin aşağıdakı hüquqları vardır:
- Poscribin informasiya sistemində özü barəsində olan fərdi məlumatlar barədə məlumat almaq;
- Informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
- Informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
- Informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;
- özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan olunmasını tələb etmək;
- Informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
- Informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;
- "Fərdi məlumatlar haqqında" Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
Tərəflərin öhdəlikləri
- İstifadəçi Saytdan istifadə üçün zəruri olan fərdi məlumatları təqdim edir.
- İstifadəçi Fərdi məlumatlarda dəyişiklik olduqda müvafiq dəyişikliyi təqdim edir.
- Poscrib Topladığı fərdi məlumatı bu Məxfilik Siyasətinin 4-cü bəndində göstərilən məqsədlər üçün istifadə edir.
- Poscrib Fərdi məlumatların məxfi saxlanmasını təmin edir, İstifadəçinin əvvəlcədən yazılı razılığı olmadan açıqlamır, həmçinin Məxfilik Siyasətində və qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatları üçüncü şəxslərə vermir, satmır, açıqlamır və ya hər hansı digər formada yaymır.
- Poscrib İstifadəçinin fərdi məlumatlarının məxfiliyinin, bu cür məlumatların qorunması üçün istifadə olunan mövcud işgüzar prosedura uyğun olaraq, qorunması üçün tədbirlər görür.
- Poscrib İstifadəçinin və ya onun qanuni nümayəndəsinin, eləcə fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqanın müraciəti və ya sorğusu əsasında, müvafiq istifadəçiyə aid fərdi qeyri-qanuni istifadənin yoxlanılması dövrü ərzində fərdi məlumatların bloklanmasını təmin edir.
- "Fərdi məlumatlar haqqında" Qanunun 12-ci maddəsinə əsasən, Poscrib İstifadəçinin sorğusu daxil olduğu gündən 7 iş günü ərzində ilkin cavab məktubunu göndərməlidir. Poscrib məlumatların işlənilməsi həcmindən asılı olan müddət ərzində İstifadəçiyə aid toplanan fərdi məlumatlar barədə ona məlumat verməli, həmçinin bu Məxfilik Siyasətində göstərilən qaydada məlumatlara dair onun hüquqlarını təmin etməlidir.
Tərəflərin məsuliyyəti
- İstifadəçinin fərdi məlumatlarının istifadəsi ilə bağlı yaranan bütün anlaşılmazlıqlar və mübahisələr Məxfilik Siyasətində və İstifadəçi Razılaşmasında göstərilən qaydada həll edilir.
Aşağıdakı hallarda Poscrib fərdi məlumatın verilməsi və ya açıqlanmasına görə məsuliyyət daşımır:
- Məlumat publik məlumatdır
- İstifadəçidən alınmaqdan əvvəl digər üçüncü şəxs tərəfindən təqdim olunmuşdur
- İstifadəçinin razılığı ilə açıqlanmışdır
- Poscrib Saytdan qadağan olunmamış formada istifadə nəticəsində üçüncü şəxslər tərəfindən İstifadəçi barədə fərdi məlumatların əldə olunmasına və istifadəsinə görə məsuliyyət daşımır. İstifadəçi özü tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirlərin, şifrələrin və digər məlumatların texniki vasitələr daxil olmaqla, istənilən qaydada ələ keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
- "Fərdi məlumatlar haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində İstifadəçiyə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
- Azərbaycan Respublikasının məhkəmələri bu Məxfilik Siyasətindən irəli gələn və ya əlaqədar olaraq yaranan hər hansı mübahisələrə dair müstəsna səlahiyyətlərinə malikdirlər.
Digər şərtlər
- Məxfilik Siyasəti ictimaiyyətə açıq bir sənəddir, onun cari nəşri https://poscrib.com/az/docs/privacy saytında yerləşir.
- Poscrib İstifadəçinin razılığı olmadan bu Məxfilik Siyasətinə dəyişiklik etmək hüququna malikdir. Dəyişiklik olduqda Poscrib İstifadəçiyə bu barədə əvvəlcədən həm Sayt həm də e-poçt üzərindən məlumat verir.
- Yeni Məxfilik Siyasəti, Məxfilik Siyasətinin yeni nəşri ilə başqa hal nəzərdə tutulmayıbsa, Saytda yerləşdirildiyi andan etibarən qüvvəyə minir.
- Toplanan məlumatlar, onların istifadəsi və açıqlanması şərtləri haqqında məlumat almaq məqsədi ilə Saytı nəzərdən keçirmək İstifadəçinin məsuliyyətidir. Saytdan istifadəyə davam edilməsi dəyişikliklərin qəbul edilməsi mənası daşıyır. Dəyişiklik edilmiş Məxfilik Siyasəti, dəyişikliklər haqqında təsdiqdən asılı olmayaraq, İstifadəçi üçün tətbiq olunur.
- Bu Məxfilik Siyasəti Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənir və şərh olunur.
Əlaqə
İstifadəçi, fərdi məlumatların emalı ilə bağlı sorğu və şikayətlərini Poscribin e-poçt: [email protected] və Cəfər Cabbarlı 44, Caspian Plaza 15-ci mərtəbə, Bakı, Azərbaycan ünvanına göndərə bilər.
"POSCRIB" Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1406546021
E-poçt: [email protected]
Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 15-ci mərtəbə, Bakı, Azərbaycan