Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə

İstifadəçi Razılaşması

Qüvvəyə minmə tarixi: 11 oktyabr 2023-ci il

Poscrib Platformasından (bundan sonra "Platforma" adlandırılacaq) istifadəyə dair bu İstifadəçi Razılaşması (bundan sonra "Razılaşma" adlanacaq) Platformanın xidmətlərinin göstərilməsi qaydasını müəyyən edən, həmçinin Platforma və onun istifadəçisi arasında qarşılıqlı münasibətləri tənzimləyən ümumi ofertadır.

  1. Anlayışlar

    1. Bu Razılaşmada və Tərəflər arasında yaranan əlaqəli münasibətlərdə aşağıdakı anlayışlar tətbiq edilir:

      1. Poscrib - Platformanın mülkiyyətçisi və idarəedicisi olan, həmçinin İstifadəçi Razılaşmasının tərəfi olan "Poscrib" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406546021; E-poçt: [email protected]; Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 15-ci mərtəbə, Bakı, Azərbaycan)
      2. Platforma (Sayt) - www.poscrib.com domeni ilə internet şəbəkəsində yerləşən veb sayt.
      3. Razılaşma - Tərəflər arasında Platformadan istifadə qaydalarını tənzimləyən şərtlər, həmçinin onun tərkib hissəsi hesab olunan bütün əlavələr, dəyişikliklər və zəruri sənədləri özündə ehtiva edən müqavilə.
      4. İstifadəçi - Saytda hesab açmaqla qeydiyyatdan keçmiş, İstifadəçi Razılaşmasının şərtlərini qəbul edən yetkinlik yaşına çatmış fiziki şəxs. Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən qeydiyyat aparılması Razılaşmanın şərtlərinin həmin şəxslərin qanuni nümayəndələri tərəfindən təsdiq olunması hesab olunur və yaranan mübahisələr üzrə Poscrib məsuliyyət daşımır.
      5. Ziyarətçi - Platformanın məhdud xidmətlərinə çıxışı olan saytda qeydiyyatdan keçməmiş şəxs.
      6. Cihaz - Platformadan öz funksional məqsədləri üçün istifadə etməyə imkan verən kompüter, planşet, mobil telefon, kommunikator, smartfon və ya digər cihaz.
      7. Məzmun - İstifadəçi tərəfindən saytda yerləşdirilən bütün materiallar, bununla məhdudlaşmayaraq, o cümlədən mətn, səs, şəkil, video habelə hər hansı digər xarakterli məlumat, proqram kodu.
      8. Statistika - İstifadəçinin fəaliyyətini (və ya aktivliyini) izləməyə imkan verən Sayt tərəfindən müxtəlif parametrlər üzrə təqdim olunan yenilənən məlumat.
      9. Aksept - İstifadəçi tərəfindən Saytda qeydiyyatdan keçməklə İstifadəçi Razılaşmasının bütün şərtlərinin qəbul edilməsi.
      10. Platformanın xidmətləri - Sayt tərəfindən İstifadəçilərə təqdim olunan funksiyalar, xüsusiyyətlər və xidmətlər.
      11. Şəxsi Hesab (Profil) - Platforma tərəfindən İstifadəçiyə təyin edilmiş identifikatordan istifadə etməklə müəyyən edilən informasiya sistemində vahid bölmə.
      12. Məxfilik Siyasəti - İstifadəçi Razılaşmasının ayrılmaz hissəsi olan şəxsi məlumatların istifadəsi ilə bağlı qaydalar.
    2. Razılaşmada, 1.1-ci bəndində göstərilməyən digər anlayışlardan istifadə edilə bilər. Bu halda belə anlayışların şərhi Razılaşmanın mətninə uyğun olaraq aparılır. Razılaşmanın mətnində və Razılaşmanı təşkil edən digər sənədlərdə anlayışların birmənalı təfsiri olmadıqda, onlar ilk növbədə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə, sonradan – işgüzar və elmi mənbələri əsasında şərh edilir.
  2. Razılaşmanın predmeti və Aksept

    1. Platforma İstifadəçiyə Poscrib veb-saytından, habelə Saytda müxtəlif vaxtlarda təqdim olunan xidmətlərdən istifadə hüququnu verir.
    2. İstifadəçi Saytda qeydiyyatdan keçməzdən əvvəl bu Razılaşmanın bütün şərtləri ilə tam tanış olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinin tələblərinə zidd olmayaraq, İstifadəçinin Saytda qeydiyyat keçməsi onun bu Razılaşmanın bütün şərtlərini qəbul etməsi (Aksept) mənasını daşıyır.
    3. İstifadəçi Razılaşması İstifadəçi tərəfindən aksept (qəbul) olunduqdan sonra qüvvəyə minir və aşağıdakı tarixlərdə n birinə qədər qüvvədədir: 1) İstifadəçi tərəfindən hesabın silindiyi tarix və ya 2) İstifadəçi Razılaşmasının ləğv edilməsi tarixinə qədər.
    4. Razılaşmanın şərtlərini qəbul etmiş İstifadəçi bu Razılaşma ilə birlikdə aşağıdakı sənədlərin (Zəruri Sənədlər) şərtlərini tam və qeyd-şərtsiz qəbul edir:

    5. Razılaşma, o cümlədən onunla bağlı Zəruri Sənədlər, Poscrib tərəfindən ən azı 30 (otuz) gün əvvəlcədən xəbərdarlıq etməklə dəyişdirilə bilər. Razılaşmanın və/və ya orada göstərilən Zəruri Sənədlərin yeni versiyası, əgər Razılaşmanın yeni versiyasında başqa hal nəzərdə tutulmayıbsa, Saytda yerləşdirildiyi və ya İstifadəçinin diqqətinə har hansı formada çatdırıldığı andan qüvvəyə minir.
    6. Bu Razılaşma Ziyarətçilərə şamil edilmir. Platforma saytda qeydiyyatdan keçməyən şəxslər qarşısında heç bir öhdəlik daşımır.
    7. Razılaşmanın cari versiyası https://poscrib.com/az/docs/agreement ünvanında yerləşdirilib.
    8. Razılaşma üzrə tərəflər arasında münasibətlər Azərbaycan Respublikası qanunvericiliyi əsasında tənzimlənir və Razılaşmada qanunvericilik ifadəsi qeyd edilən hissələrdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi nəzərdə tutulur.
  3. Platformadan ümumi istifadə şərtləri

    1. Platformada yerləşdirilən Məzmuna baxmaq İstifadəçinin məcburi qeydiyyatını və/və ya girişini tələb etmir.
    2. Ziyarətçi İstifadəçi olmaq və Saytın xidmətlərindən istifadə imkanlarının genişləndirilmək üçün qeydiyyatdan keçməlidir (Şəxsi Hesab yaratmalıdır). İstifadəçi ona məxsus etibarlı elektron poçt ünvanından istifadə etməlidir, hansıki qeydiyyat prosesi zamanı avtomatik olaraq göndərilən e-mailində göstərilən linki açmaqla təsdiq edilməlidir. İstifadəçi düzgün olmayan elektron poçt ünvanı (mövcud olmayan, səhvlərin göstərilən) daxil etdiyi təqdirdə, Platforma hesab yaratma prosesinin uğurla başa çatmasına təminat vermir.
    3. Qeydiyyatdan keçmək üçün İstifadəçi qeydiyyat formasında verilən xanalara özü haqqında dəqiq və düzgün məlumat verməyi və bu məlumatı aktual saxlamağı öhdəsinə götürür. İstifadəçi yanlış məlumat təqdim edərsə və ya Poscrib-də İstifadəçinin təqdim etdiyi məlumatın natamam və ya etibarsız olduğuna şübhə yaransa, Poscrib İstifadəçinin hesabını bloklaya və ya silə bilər.
    4. Qeydiyyat proseduru başa çatdıqdan sonra İstifadəçinin Platformada unikal Şəxsi Hesabı yaradılır və Hesab vasitəsilə İstifadəçi Platformanın funksiyalarından istifadə etmək hüququ əldə edir.
    5. Şəxsi Hesab vasitəsilə İstifadəçi Platformada Məzmun yerləşdirir, dəyişdirir, silir, şərh yazır, səs verir və digər funksiyalardan istifadə edir. İstifadəçi Şəxsi Hesab üzərindən Statistik məlumatları Platformadan əldə edir. Şəxsi Hesab əsasında İstifadəçinin Profili yaradılır və Profildə istifadəçi adı, tam ad və soyadı, şəkli, tarixçə, bioqrafiya, və digər məlumatlar açıq formada göstərilir.
    6. Poscrib istənilən vaxt İstifadəçidən qeydiyyat zamanı göstərilən məlumatların təsdiqini tələb etmək və bununla əlaqədar təqdim təsdiqedici sənədləri (xüsusən şəxsiyyəti təsdiq edən sənədləri) tələb etmək hüququnu özündə saxlayır. Məlumatın verilməməsi yalan məlumatın verilməsinə bərabər tutula və 3.3-cü bənddə nəzərdə tutulmuş nəticələrə səbəb ola bilər. İstifadəçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatlar qeydiyyat zamanı göstərilən məlumatlara uyğun gəlmirsə, habelə qeydiyyat zamanı göstərilən məlumatlar istifadəçini müəyyən etməyə imkan vermirsə, Poscrib 3.3-cü bənddə göstərilən tədbirləri tətbiq etmək hüququna malikdir.
    7. İstifadəçi haqqında hesabda və İstifadəçinin Şəxsi Hesabında olan məlumatlar, o cümlədən İstifadəçinin fərdi məlumatları Məxfilik Siyasətinə uyğun olaraq Poscrib tərəfindən saxlanılır və qorunur.
    8. Qeydiyyatdan keçmiş İstifadəçi Şəxsi Hesabdan və Platformanın digər funksiyalarından istifadə qaydasını müstəqil olaraq özü müəyyən edir, lakin həmin qaydalar, heç bir halda bu Razılaşma və Məzmun Qaydaları ilə ziddiyyət təşkil edə bilməz.
    9. Saytdan istifadə edərkən İstifadəçinin avadanlıqları ilə bağlı texniki problemlər yarandıqda, o, Platforma sahibinə [email protected] ünvanından elektron poçtla məlumat verməlidir. Platforma sahibi 15 iş günü ərzində İstifadəçinin mesajını nəzərdən keçirir və problemi həll etmək üçün ona elektron poçt ünvanı vasitəsilə tövsiyələrini göndərir.
    10. İstifadəçinin elektron poçt ünvanı və şifrəsindən istifadə edərək, Hesaba icazəsiz daxil olma halı aşkarlandığında, İstifadəçi, Platforma sahibinə bu Razılaşmada qeyd olunan əlaqə vasitələri və ya elektron poçt ünvanı vasitəsilə ilə dərhal məlumat verməli və Hesabının şifrəsini dəyişdirməlidir.
  4. Hesabın ləğvi qaydaları

    1. İstifadəçi Şəxsi Hesabı ləğv etmək və özü haqqında məlumatları tamamilə silmək hüququna malikdir. Silinmə barədə sorğu göndərildikdən sonra 30 gün ərzində İstifadəçi silinmə tələbini ləğv edə bilər. 30 gün sonra Hesab və fərdi məlumatlar birdəfəlik silinəcəkdir. Saytdan Hesabın silinməsi İstifadəçinin könüllü fəaliyyəti olub qeydiyyatın ləğv edilməsidir.
  5. Əqli Mülkiyyət

    1. Sayta, Platformanın təqdim etdiyi Xidmətlərə dair, eləcə də şəkillər, video və səs, metodik məzmun, dizayn elementləri, məlumat bazaları, proqram kodu və mətnləri daxil olmaqla, bütün hüquqlar Poscribə məxsusdur. İstifadəçi tərəfindən, Saytda olan Poscribin müstəsna hüquqlarını köçürmək, dəyişdirmək, silmək, əlavə etmək, nəşr etmək, törəmə əsərlər yaratmaq, onlara əsaslanan məhsullar hazırlamaq, satmaq, və ya hər hansı digər şəkildə qanunsuz istifadə etmək qadağandır.
    2. Məzmun və onun bütün kompenentləri həmin Məzmunu hazırlayan və Platformaya yerləşdirən İstifadəçinin və digər müəllif hüquqları sahiblərinin müstəsna hüquqlarının obyektləridir. İstifadəçi Poscribə Məzmunun saytda yerləşdirilməsi və bununla əlaqədar istifadə hüququna dair müstəsna və ötürülə bilməyən hüquq verir.
    3. Üçüncü şəxslər tərəfindən İstifadəçinin müəlliflik hüququnun pozulması və/və ya İstifadəçi tərəfindən üçüncü şəxsin müəlliflik hüququnun pozulması hallarında Poscrib hər hansı məsuliyyət daşımır.
    4. Platformada əqli mülkiyyət hüquqlarının pozulması halı aşkar edildikdə, müvafiq hüquqları pozulmuş şəxs mübahisələrin məhkəməyəqədər həlli qaydasında pozuntunun aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə [email protected] elektron poçt ünvanına müvafiq etiraz məktubunu göndərə bilər.
  6. Məsuliyyətin məhdudlaşdırılması

    1. Sayt və Saytın Xidmətləri "olduğu kimi" təqdim edilir. Platforma Sayt və Xidmətlərin İstifadəçinin məqsəd və tələblərinə uyğun olmasına zəmanət vermir. Platforma mümkün olan bütün tədbirləri görməklə yanaşı, Sayta girişin davamlı, tez, etibarlı və səhvsiz olacağına təminat vermir. Saytdan istifadə zamanı daha yaxşı nəticə əldə etmək üçün İstifadəçi brauzerlərin yeni versiyasını istifadə etməyi öhdəsinə götürür.
    2. Poscrib zəmanət vermir ki:

      • Platformadan istifadə etməklə əldə edilə bilən məlumatlar dəqiq və etibarlı olacaq və istənilən məqsəd və ya hər hansı bir halda istifadə oluna bilər (məsələn, hər hansı faktları müəyyən etmək və/və ya təsdiq etmək);
      • Xidmətlərdən istifadə etməklə əldə edilən hər hansı məhsulun, xidmətin, məlumatın və Məzmunun keyfiyyəti İstifadəçinin gözləntilərinə cavab verəcək;
    3. Platforma və ya onun nümayəndələri heç bir halda, İstifadəçiyə və ya üçüncü şəxsə vurulmuş hər hansı bir dolayı, təsadüfi, qəsdi zərər üçün, eləcə də əldən çıxmış gəlir və ya itirilmiş məlumatlar, şərəf, ləyaqət və ya işgüzar nüfuzun zədələnməsinə səbəb olan hallar üçün məsuliyyət daşımır.
    4. Poscrib heç bir şəkildə İstifadəçilər tərəfindən Platformada təqdim edilən və/və ya yerləşdirilən Məzmun ilə əlaqəli deyil və belə Məzmun və ya onun komponentlərinin məzmununu, həqiqiliyini və təhlükəsizliyini, o cümlədən İstifadəçilər tərəfindən yazılan hər hansı şərhlərin, h qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamır və məsuliyyət daşımır. Poscib Məzmunun yalnız bu Razılaşmaya və bu Razılaşmada göstərilən Zəruri Sənədlərə uyğunluğunu yoxlaya bilər. Digər hallarda Məzmun və ya şərh sahibi hüquqlarını pozduğu şəxs və ya dövlət orqanları qarşısında birbaşa məsuliyyət daşıyır.
    5. İstifadəçi tərəfindən yerləşdirilən Məzmunun mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu, üçüncü şəxslərin hüquqlarının pozulması, o cümlədən İstifadəçi tərəfindən belə Məzmunun və ya onun yerləşdirilməsinin hüquqa zidd olduğu hallarda İstifadəçi üçüncü şəxslər qarşısında birbaşa məsuliyyət daşıyır və Poscribi bu cür iddialardan qoruyur.
    6. Saytın bölmələrində digər İnternet resurslarına keçidlər yerləşdirilə bilər. İstifadəçi Platformanın bu resursların mövcudluğu və onlarda yerləşdirilmiş məlumatlar, eləcə də bu resursların istifadəsi ilə bağlı hər hansı nəticələrə görə məsuliyyət daşımır.
  7. Yekun müddəalar

    1. www.poscrib.com saytı "Poscrib" Məhdud Məsuliyyətli Cəmiyyətinin (qeydiyyat ünvanı: Cəfər Cabbarlı 44, Caspian Plaza 15-ci mərtəbə, Bakı, Azərbaycan) mülkiyyətidir.
    2. Bu müqavilə publik müqavilədir və https://poscrib.com/az/docs/agreement ünvanından əldə edilə bilər. Müqavilənin bütün əvvəlki versiyaları da göstərilən ünvanda mövcuddur.
    3. Saytdan istifadə etmək məqsədindən asılı olmayaraq, İstifadəçi Razılaşması bütün İstifadəçilər üçün tətbiq olunur. İstifadəçi Razılaşmanı qəbul etmədikdə Saytdan istifadəni dərhal dayandırır.
    4. Məhkəmə tərəfindən İstifadəçi Razılaşmasının hər hansı müddəasının etibarsız hesab edilməsi bütün Razılaşmanın etibarsızlığına səbəb olmayacaqdır.
    5. Bu Razılaşmanın müddəaları İstifadəçi ilə Poscrib arasında agentlik, tərəfdaşlıq, birgə fəaliyyət, əmək münasibətlərinin və ya Razılaşmada açıq şəkildə nəzərdə tutulmayan digər hüquq münasibətlərinin yaranması kimi başa düşülə bilməz.
    6. İcraçı və İstifadəçi arasında elektron poçt vasitəsilə mesaj mübadiləsi yolu ilə əldə edilmiş razılıqlar yazılı razılaşma kimi tanınmalıdır. Saytın istifadəsi və İstifadəçi Razılaşması ilə əlaqədar İcraçı ilə əlaqə [email protected] e-mail ünvanı vasitəsilə həyata keçirilə bilər.
    7. Bu İstifadəçi Razılaşmasından və ya onunla əlaqədar yaranacaq bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Razılıq əldə olunmadıqda, bu İstifadəçi Razılaşmasına dair bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir.
  8. Əlaqə

    "Poscrib" Məhdud Məsuliyyətli Cəmiyyəti

    VÖEN: 1406546021

    E-poçt: [email protected]

    Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza 15-ci mərtəbə, Bakı, Azərbaycan